Məhkəmə qərarları › İş №2(027)-2456/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2456/2022

18.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2456/2022 18.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 26 iyun 2011-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktının müəyyən edilməsi, qızı X4 doğum haqqında şəhadətnamə verilərkən, vətəndaş qrafasında X12, ata qrafasmda “X7”, ana qrafasında isə “Ərizəçi” kimi qeyd olunması; qızı X2 24 dekabr 2013-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktının müəyyən edilməsi, qızı X5 doğum haqqında şəhadətnamə verilərkən, vətəndaş qrafasında X13, ata qrafasında “X7”, ana qrafasında isə “Ərizəçi” kimi qeyd olunması; oğlu X6 08 iyun 2014-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktının müəyyən edilməsi, oğlu X8 doğum haqqında şəhadətnamə verilərkən, vətəndaş qrafasında “X15”, ata qrafasında “X7, ana qrafasında isə “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi X7 ilə 2010-cu ildə el adəti üzrə evlənərək ailə qurmuşdur. Rəsmi nikahlarnı 11 oktyabr 2021-ci il tarixində qeyd etdirmişlər. Faktiki nikahda olduqları müddətdə 26 iyun 2011-ci il təvəllüdlü X12, 24 dekabr 2013-cü il təvəllüdlü X13 və 08 iyun 2014-cü il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Uşaqları Quba rayonu, Adur kəndində ev şəraitində doğulmuşlar. Uşaqları ev şəraitində doğulduğu üçün uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Lakin uşaqların doğulmağına görə tibb müəssisəsindən sənəd olmadığına görə bu mümkün deyildir. Belə ki, Maraqlı şəxs tərəfindən verilən 19 sentyabr 2022-ci il tarixli, 402, 403, 404 nömrəli arayışlara əsasən uşaqları 26 iyun 2011-ci il təvəllüdlü X12, 24 dekabr 2013-cü il təvəllüdlü X13 və 08 iyun 2014-cü il təvəllüdlü X15 barəsində Maraqlı şəxsndə 01 yanvar 2008-19 sentyabr 2022-ci illərdə doğum haqqında akt qeydinin aşkar olunmaması bildirilmişdir. Eyni zamanda doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığı üçün Maraqlı şəxs tərəfindən 19 sentyabr 2022-ci il tarixli, 05/Q-504 nömrəli imtina məktubuna əsasən doğum faktının bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi təklif edilmişdir. Bu faktın müəyyən olunması ona uşaqlara doğum haqqında şəhadətnamə, daha sonra isə şəxsiyyətlərini təsdiq edən sənəd almaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərziçəinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında 11 oktyabr 2021-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 408703 №-li şəhadətnamədən görünür ki, X7 ilə X14 arasında nikah xx.xx.2021-cı ildə bağlanmış 04 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada «Fərhadova» soyadı verilmişdir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixdə Quba rayonu Adur kənd sakinləri X9, X10 və X3 iştirakı ilə tərtib olunmuş Aktlarda göstərilir ki, X16 xx.xx.2011-ci ildə Quba rayonu, Adur kəndində doğulmuş, X13 xx.xx.2013-cü ildə Quba rayonu, Adur kəndində anadan olmuş və X15 xx.xx.2014-cü ildə Quba rayonu, Adur kəndidnə anadan olmuşdur. İş materiallarında olan Quba rayon Qarxun kənd tibb məntəqsəinin xx.xx.2022-ci il tarixli, arayışlarından görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X12, xx.xx.2013-cü il tarixdə doğulmuş X13 və xx.xx.2014-cü il tarixdə doğulmuş X15 hal-hazırda sağlamdırlar və valideynlərinin himayəsində yaşayırlar. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 402 №-li Arayışdan görünür ki, xx.xx.2008-xx.xx.2022-ci illər doğum haqqında akt qeydləri yoxlanılmışdır, X12 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 403 №-li Arayışdan görünür ki, xx.xx.2008-xx.xx.2022-ci illər doğum haqqında akt qeydləri yoxlanılmışdır, X13 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 404 №-li Arayışdan görünür ki, xx.xx.2008-xx.xx.2022-ci illər doğum haqqında akt qeydləri yoxlanılmışdır, X15 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022 -ci il tarixli, 05/Q- 504 saylı məktubda qeyd olunmuşdur ki,“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarında qeyd edilmişdir ki, Doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu qaydalarda nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi doğum faktının bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Ərizəçi oğlu Səxavət Fərhadovun arvadıdır. Şəlalənin xx.xx.2011-ci ildə Quba rayon Adur kəndində Günay, xx.xx.2013-cü ildə Aygün və xx.xx.2014-cü ildə Aydın adlı uşaqları doğulmuş, həmin uşağların doğumunu ev şəraitində həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qızıdır. X30 Fərhadovla 2010-cu ildə el adəti üzrə evlənib ailə qurmuş, birgə yaşadıqları müddətdə xx.xx.2011-ci ildə Günay, xx.xx.2013-cü ildə Aygün və xx.xx.2014cü ildə Aydın adlı uşaqları doğulmuş, doğulmuş, həmin uşağların doğumunu ev şəraitində həyata keçirmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Ərizəçi ilə X7 2010-cu ildə birgə nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X12, xx.xx.2013-cü il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X15 doğulmuşlar. Uşaqlar evdə anadan olduğundan və onların anadan olmasını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından onların doğumun rəsmi olaraq qeyd etdirə bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi X7 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş X1 26 iyun 2011-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilməli, X4 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X12” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunmalı, X2 24 dekabr 2013-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilməli, X5 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X13” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunmalı, X6 08 iyun 2014-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilməli, X8 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X15” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi X7 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş X1 26 iyun 2011-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilsin; X4 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X12” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunsun. Ərizəçi X7 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş X2 24 dekabr 2013-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilsin; X5 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X13” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunsun. Ərizəçi X7 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş X6 08 iyun 2014-cü il tarixdə Quba rayonu, Adur kəndində doğulması faktı müəyyən edilsin; X8 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qarafasında “X15” ata qrafasında “X7” və ana qrafasında “Ərizəçi Rəxifan qızı” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar