Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2457/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qıının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs uşağın anadan mənşəyinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 2017-ci il tarixdə Quba rayonu Dağlı kəndində doğulmuş oğlu X2 ondan, yəni Ərizəçi doğulmaqla mənşəyinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Quba rayonu Xınalıq kəndində anadan olmuşdur. 2012-ci ilin sentyabr ayında X7 rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən 11 avqust 2013-cü il təvəllüdlü X12 adlı və 08 aprel 2017-ci il təvəllüdlü X6 adlı uşağları anadan olmuşdur. Oğlu Elgün ev şəraitində doğulmuşdur. O, uşağına doğum haqqında şəhadətnaməni vaxtında almadığı üçün müddəti ötürmüşdür. Hazırda oğlu Elgün sağ və salamatdır. Bunu Quba rayon. Dağlı kənd tibb məntəqəsinin 14 sentyabr 2022-ci il tarixli arayışı da bir daha təsdiq etmişdir. X11 artıq gələn ilə məktəbə getməli bir Azərbaycan Respublikası vətəndaşı kimi təhsil hüququndan istifadə etməlidir. Lakin oğluna doğum haqqında şəhadətnamə ala bilmədiyi üçün bu gələcəkdə ona böyük problemlər yaradacaqdır. Həmçinin oğlu Elgün qayda qanun ilə müəyyən edilmiş hüquqlarından istifadə edə bilməyəcəkdir. O, oğlu X3 doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 sentyabr 2022-ci il tarixli, 05/Q-497 nömrəli məktubu ilə bundan imtina edilmiş və məhkəməyə müraciət etməyi tövüsiyyə edilmişdir. Ona görə də 08 aprel 2017-ci il təvəllüdlü oğlu Allahverdiyev (Şükürov) Elgün Həmzə oğlunun ondan doğulması, yəni uşaqların anadan mənşəyinin məhkəmə qaydasında müəyyən olunması tələb olunub. Oğlu Elgünün doğum haqqında şəhadətnaməsi olmadığı üçün hal-hazırda Azərbaycan Respublikası vətəndaşlığından irəli gələn heç bir hüquqa malik deyildir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, 2012-ci ilin sentyabr ayında Ərizəçi ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən 11 avqust 2013-cü il təvəllüdlü X12 adlı və 08 aprel 2017-ci il təvəllüdlü X6 adlı uşağları anadan olmuşdur. Oğlu Elgün ev şəraitində doğulmuşdur. O, uşağına doğum haqqında şəhadətnaməni vaxtında almadığı üçün müddəti ötürmüşdür. Hazırda oğlu Elgün sağ və salamatdır. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan arayışdan görünür ki, X1 yaşayır, xx.xx.2017-ci il təvəllüdlüdür və şəxsiyyəti təsdiq edilir. İş materiallarında olan Quba rayonu, Dağlı kənd Tibb məntəqəsinin arayışından görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş X13 hal-hazırda sağ və salamatdır və Dağlı kəndində yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi xx.xx.2017-ci il tarixdə Quba rayonun Dağlı kəndində bir oğlan uşağı (valideynləri tərəfindən “Elgün” adlandırılan uşağı) doğması faktı iş üzrə toplanmış sübutlarla – ərizəçinin izahatı, Dağlı Tibb məntəqəsinin arayışları ilə müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Quba rayonunun Dağlı kəndində xx.xx.2017-ci il tarixdə doğulmuş Elgün adlı uşağın anası olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Quba rayonunun Dağlı kəndində xx.xx.2017-ci il tarixdə doğulmuş Elgün adlı uşağın Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2457/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2457/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver