Məhkəmə qərarları › İş №2(027)-2474/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2474/2022

28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2474/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və 25 aprel 1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızının bacı olmaqla, X4 onun, yəni Ərizəçi xalası olmasına dair qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X26 ilə X14 1922-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1924-cü il tarixdə X15 və 25 aprel 1931-ci il tarixdə Mamedofa Umleyla doğulmuşlar. X4 doğum qeydində soyadı Məmmədova, Mamedofa Umleylanın doğum qeydinin arxiv surətində soyadı Mamedof qeyd olunmuşdur. X26 (1941-ci il) və X14 (10 yanvar 1962-ci il tarixdə) vəfat etmişlər. X15 ümumiyyətlə ailə qurmamış, 09 aprel 1994-cü il tarixdə Quba şəhərində vəfat etmişdir. X11 22 avqust 1953-cü il tarixdə X5 ilə ailə qurmuş və Bağırova soyadını qəbul etmişdir. Birgə nikahlarından xx xxxxxx 1956- cı il tarixdə o, Ərizəçi doğulmuşdur. X29 09 iyul 1999-cu il tarixdə vəfat etmişdir. X1 doğum qeydində soyadı Məmmədova, ata qrafasında atası X26, ana qrafasında X14, X29nın doğum qeydinin arxiv surətində soyadı Mamedof, ata qrafasında X27, ana qrafasında X18, nikah haqqında qeyddən çıxarışda soyadı Məmmədova, atasının adı Əlhür, ölüm haqqında şəhdətnaməsində isə atasının adı Əlhül qeyd olunmuşdur. Hansı ki, X15 ilə Mamedof(Məmmədova) Umleyla Əlhül qızı doğma bacı olmaqla valideynləri, ataları X26, anaları isə X7r. X2 ailə qurmamış və övladı olmamışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışı və Quba rayon Qeydiyyat Şöbəsinin 12 may 2022-ci il tarixli, 187 saylı arayışı ilə də təsdiq olunur. Hazırda xalası Zəhra Məmmədovadan miras qalmış əmlakı (yaşayış evi) vərəsəlik üzrə öz adına rəsmiləşdirmək istəyir. X22 doğum şəhadətnaməsində soyadı Məmmədova, ata adı Əlhür, Umleyla Bağırovanm doğum qeydində soyadı Mamedof, ata qrafasında ata adı Əlhor, nikah haqqında şəhadətnamədə soyadı Məmmədova, nikahın qeydə alınması barədə çıxarışda ata adı Əlhür və ölüm haqqında şəhadətnamədə ata adı Əlhül qızı qeyd edildiyindən vərəsəliyi həll etdirə bilmir. Bunun üçün xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və 25 aprel 1931-ci il tarixdə doğulmuş Mamedof (Məmmədova) Umleyla Əlhül qızının bacı olmaları, X4 o, Ərizəçi xalası olmasına dair qohumluq faktının müəyyən olunması tələb olunur. X15 ilə X3 doğma bacı olması şahidlərin iştirakı ilə də təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X8 və X16 izahat verərək, xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və 25 aprel 1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızının bacı olduqlarının, X4 isə Ərizəçi xalası olduğunu bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqənin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Quba şəhərində anadan olmuşdur. Onun anası X6r. İş materiallarında olan təvəllüd barəsində sənəddən görünür ki, X11 xx.xx.1931-ci il tarixdə anadan olmuşdur. Onun atası X26, anası isə X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1999-cu ildə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X15 xx.xx.1924-cü il tarixdə anadan olmuşdur. Onun atası X26, anası isə X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci ildə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X10 və X5 xx.xx.1953-cü il tarixdə Quba rayon qeydiyyat şöbəsində 89 nömrəli akt qeydi ilə nikahları qeydə alınmışdır. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.1924-cü il təvəllüdlü X4 ailə vəziyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1946-cı ildən xx.xx.1994-cü ilədək olan “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X4 Nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.1994-cü ildə vəfat etmiş vəonun vəfatından sonra qalan vərəsələri barədə Quba şəhər İƏD üzrə nümayəndəliyində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arxiv arayışından görünür ki, Quba VVAQ şöbəsinin ölüm aktlarının qeydi kitablarında X17 1941-ci ildə vəvat etməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Quba şəhər sakinləri X8, X19 və X12 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X26 ilə X14 xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və xx.xx.1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızının valideyinləridir və xx.xx.1924-cü il təvəllüdlü X15 və xx.xx.1931-ci il tarixdə doğulmuş X13 doğma bacıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.1924-cü il tarixdə doğulmuş X15 ilə 25 aprel 1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızı bacıdır. X15 isə Ərizəçi xalasıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və 25 aprel 1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızının bacı olmaqla, X4 Ərizəçi xalası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1924-cü il tarixdə doğulmuş X4 və 25 aprel 1931-ci il tarixdə doğulmuş Bağırova (Mamedofa) Umleyla Əlhül qızının bacı olmaqla, X4 Ərizəçi xalası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar