Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2497/2021 15.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “uşağın anadan mənşəyinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “uşağın anadan mənşəyinin müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06.06.2016-cı il tarixdə Quba rayonu, Girgah kəndində doğulmuş Hafiz adlı uşağın ondan, yəni Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə verərək, 16.06.2016-cı il tarixdə Quba rayonu, Girgah kəndində doğulmuş Hafiz adlı uşağın ondan, yəni Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, X8 ilə 2015-ci ildə ailə qurmuş, 06.06.2016-cı il tarixdə nikah; rəsmiləşdirmişlər. Onların birgə nikahından 16.06.2016-cı il tarixdə evdə bir oğlan uşağı doğulmuşdur. Uşaq hal-hazırda sağlamdır və onun və həyat yoldaşının himayəsindədir. Oğlu ev şəraitində doğulduğu üçün sonuncunun doğumu barədə tibbi şəhadətnamə ala bilməmişlər. Uşağın doğumundan sonra uzun müddət keçdiyi üçün Qeydiyyat şöbəsindən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. 16.06.2016-cı il tarixində doğulmuş oğlu Hafizin mənşəyinin müəyyən olunması tələb olunur. O, Hafizin anası, X8 isə atasıdır. Qeyd olunanları nəzərə alaraq, ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilən X1 ərizəçinin dediklərini təsdiq etməklə, izahatında göstərdi ki, o, uşağın atası X2 bibisidir. Uşaq doğulan gün o, yaylaqda olmuş, yaylaqdan qayıdandan sonra uşağın doğulduğunu görmüşdür. Kəndin yollarından keçmək çətin olduğu üçün, həm də şəxsi avtomobilləri olmadığı üçün Ərizəçi vaxtında xəstəxanaya apara bilməmişlər. Məhkəmədə digər şahid qismində dindirilən X3 ərizəçinin dediklərini təsdiq etməklə, izahatında göstərdi ki, o, Ərizəçi qayınanasıdır. Uşaq doğulan gün şəxsi avtomobilləri olmadığı üçün Ərizəçi vaxtında xəstəxanaya apara bilməmişlər və uşaq evdə doğulmuşdur. Hazırda uşaq sağ və salamatdır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ №115459 nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X4 06.06.2016-cı il tarixdə rəsmi nihaka daxil olmuş və nikah bağlanandan sonra arvada “Həbibova” soyadı verilmişdir; Quba rayonu, Zıxır kənd tibb məntəqəsinin 28.06.2016-cı il tarixli məlumat anketindən görünür ki, 16.06.2016-cı il tarixdə saat 18:35-də Quba rayonu, Girgah kəndində doğulmuş X5 anası Ərizəçi, atası X7r. Uşaq Quba rayonu, Zıxır kənd tibb məntəqəsində tibbi qeydiyyatdadır. Hal-hazırda uşaq sağ və salamatdır; Quba rayonu, Zıxır kənd tibb məntəqəsinin 23.09.2019-cu il tarixli arayışından görünür ki, 16.06.2016-cı il tarixdə doğulmuş X9 valideynlərinin himayəsində yaşayır; Quba rayonu, Zıxır kənd tibb məntəqəsinin 13.12.2021-ci il tarixli arayışından görünür ki, 16.06.2016-cı il tarixdə doğulmuş X9 valideynlərinin himayəsində yaşayır; Maraqlı şəxs 08.10.2021-ci il tarixli 242 nömrəli arayışından görünür ki, 2013-2020-ci il illər üzrə X9 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 08.10.2021-ci il tarixli 05/Q- 568 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasf’nın 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ,uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-cü il tarixli 52 saylı qərarının 13-16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təqdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tətəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, ölüm,nikah,nikahın pozulması, ad soyad dəyişmə və övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim etmək mümkün olmadıqda X6 doğumunun bərpa edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.1 bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Həmin sənədin 2.6 bəndinə əsasən 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə “uşağın anadan mənşəyi (analıq), uşaq tibb müəssisəsindən kənarda doğulduqda və müvafiq sənədlər olmadıqda, şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur”. Azərbyacan MPM-nin: 307.2-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi 16.06.2016-cı il tarixdə Quba rayonu, Girgah kəndində bir oğlan uşağını doğması faktı müəyyən edilməli, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən ata qrafasında “X8”, ana qrafasında “Ərizəçi” göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 16.06.2016-cı il tarixdə Quba rayonu, Girgah kəndində “X9” adlandırdığı bir oğlan uşağını doğması faktı müəyyən edilsin. Akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən ata qrafasında “X8”, ana qrafasında “Ərizəçi” göstərilsin. Doğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2497/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2497/2021
15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver