Məhkəmə qərarları › İş №2(027)-250/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-250/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-250/2021 08.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2011-ci ildə vəfat etmiş anaları X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, ailə üzvləri - X1, anaları X8, qardaşları Əzizov Mömün Abduləli oğlu, bacıları X11 və onlar - Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 olmuşdur. Ataları ilə anaları xx xxx 1954-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. X1 xx xxxxxx 1991-ci ildə, anaları X8 xx xxxxxx 2011-ci ildə, bacıları X11 xx xxxxxxx 1993-cü ildə, qardaşları Əzizov Mömün Abduləli oğlu xx xxxx 2003-cü ildə vəfat etmişdir. X3 və Əzizov Mömün Abduləli oğlu anadangəlmə əlil olduğundan ailə qurmamışdılar. Hal-hazırda miras qoyanın üç vərəsəsi - Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 - vardır. Valideynlərindən ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin əmlak əvvəlcə atalarının mülkiyyətində olmuş, atanın ölümündən sonra qanun üzrə vərəsəlik hüququna dair xx xxxxxx 1993-cü il tarixli şəhadətnamə əsasında analarının mülkiyyətinə keçmiş və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MN ******* saylı Çıxarış verilmişdir. Hal-hazırda qeyd olunan miras qalmış əmlaka vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyirlər. Bununla əlaqədar xx xxxxxxxx 2020-ci il tarixində Maraqlı şəxsnə müraciət ediblər. Notariat Ofisinin xx xxxxxxxx 2020- ci il tarixli, 1037 saylı məktubu ilə mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, mirası faktiki qəbul etməylərinə dair sənəd təqdim etmədiklərini əsas götürərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Ona görə də mirası qəbul etmək faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğları izah edilmişdir. Həmin faktı başqa yolla təsdiq etmək mümkün deyildir. Bu fakt yalnız məhkəmə vasitəsilə müəyyən edilməlidir.Göstərilənləri nəzərə alaraq, xx xxxxxx 2011-ci ildə vəfat etmiş anaları X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəasində yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçi Ərizəçi2 ərizəni müdafiə edərək, ərizədə göstərilən tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Ərizəçi3 və maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi3 və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Ərizəçi3 və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il 2205 nömrəli arayışdan görünürki, Ərizəçi1 ünvan 3 ünvanında qeydiyyatdadır, hazırda həmin ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il 2206 nömrəli arayışdan görünürki, Ərizəçi3 ünvan 5 ünvanında qeydiyyatdadır, hazırda həmin ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il 2207 nömrəli arayışdan görünürki, Ərizəçi2 Abduləli qızı ünvan 6 ünvanında qeydiyyatdadır, hazırda qeydiyyatsız Quba şəhəri 29-cu məhəllədə yaşayır. İş materialında olan Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən MN seriyalı ******* saylı, reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan çıxarışın surətindən görünürki, ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 103.9 kv.m yaşayış, 95.6 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Əzizova Mələkə Hacıbaba qızının adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan İV- ЖГ 301260 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə ağ ciyərin emfiziması səbəbindən vəfat etmişdir. İş materialında olan AZ-İ 502478 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizova Mələkə Hacıbaba qızı xx.xx.2011-ci il tarixdə üremik koma səbəbindən vəfat etmişdir. İş materialında olan İV- ЖГ 414766 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə böyrək çatışmamazlığı səbəbindən vəfat etmişdir. İş materialında olan AZ-İ 025942 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizov Mömin Abduləli oğlu xx.xx.2003-cü il tarixdə qara ciyər koması səbəbindən ölmüşdür. İş materialında olan İ-ИЕ 074011 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, Ərizəçi1 xx.xx.1955- ci ildə Qubada anadan olmuş, atası X10, anası Əzizova Mələkə Hacıbaba qızıdır. İş materialında olan Vİİİ-ЖГ 381148 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, Əzizov Mömin Abduləli oğlu xx.xx.1962- ci ildə Qubada anadan olmuş atası, X10, anası Əzizova Mələkə Hacıbaba qızıdır. İş materialında olan A3 ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, Ərizəçi2 xx.xx.1964-cü ildə Qubada anadan olmuş atası X10, anası Əzizova Mələkə Hacıbaba qızıdır. İş materialında olan İ-ЖГ 395209 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, X11 xx.xx.1972- ci ildə Qubada anadan olmuş atası X10, anası Əzizova Mələkə Hacıbaba qızıdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2152 nömrəli arayışdan görünürki, xx.xx.1991-ci il tarixində vəfat etmiş X1nun, xx.xx.2011-ci il tarixində vəfat etmiş anaları Əzizova Mələkə Hacıbaba qızının vərəsələri Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Abdul oğludur. Digə vərəsələri X11 xx.xx.1993-cü ildə, Əzizov Mömin Abduləli oğlu xx.xx.2003-cü ildə vəfat edib. İş materiallarına əlavə olunmuş Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1, anaları X8 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında etdikləri müraciəti, həmin mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı üçün şəhadətnamə verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ku, ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 103.9 kv.m yaşayış, 95.6 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi ərizəçi və onun qardaş –bacılarına mərhum X1 və anaları X4 miras qalmışdır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 miras qalmış əmlakı faktiki idarə edərək, mirası qəbul etmişdir. Lakin ərizəçilərin mərhum bacıları X11 və mərhum qardaşları Əzizov Mömin Abduləli oğlu anadangəlmə əlil olduğundan ailə qurmadığlarına görə onların varısləri olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçilər məhkəməyə müraciət edərək, mirası qəbul etmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X4 miras qalmış ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 103.9 kv.metr yaşayış, 95.6 kv.metr köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evi, miras qoyan X5 ölümündən sonra, həmin miras əmlakın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə ərizələri əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 miras qalmış ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 103.9 kv.metr yaşayış, 95.6 kv.metr köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar