Məhkəmə qərarları › İş №2(027)-2522/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2522/2021

26.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2522/2021 26.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi onun vəkili X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs ilə arasında 03.11.2021ci il tarixdə Quba rayonunda fərdi fəaliyyət göstərən mediator Zümrüd Əlixanlının iştirakı ilə imzalanmış barışıq sazişinin ona aid hissəsinin (uşağın onun himayəsində saxlanılması və aliment borcunun silinməsi) təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 17 mart 2020ci il tarixli, 2(027)- 356/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan 20.04.2016-cı il tarixdə Quba rayonu Qeydiyyat şöbəsində 168 nömrəli akt qeydi ilə qeydə alınmış nikahları pozulmuş, birgə nikahlarından doğulmuş 20.08.2016-cı il təvəllüdlü övladı X4 Nuriyevanın himayəsində saxlanılaraq, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ondan tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. Bundan sonra Maraqlı şəxs övladı ilə lazımı qaydada maraqlanmamışdır. X8 görüşdüyü vaxtlarda dəfələrlə mənimlə qalmaq istədiyini bildirmişdir. Bu səbəbdən də Maraqlı şəxs ilə birgə nikahlarından doğulmuş oğlu Ümüd Nuriyevin onun himayəsinə verilməsi və aliment borcunun silinməsi tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs övladı Ümüd Nuriyevin onun himayəsində saxlanılmasına və aliment borcunun silinməsinə razılıq vermişdir. Lakin barışıq sazişinin imzalanmasından 10 gündən artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş övladını onun himayəsinə verilməsi hissəsini könüllü şəkildə icra etmir. Bildirir ki, barışıq sazişi məkəmə qaydasında təsdiq olunmamışdır. Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının 25 oktyabr 2021-ci il tarixli rəyinə əsasən 20 avqust 2016-cı il təvəllüdlü Ümüd Nuriyevin atası olaraq onun Ərizəçi yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili X2 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından – 20.08.2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-365/2020 saylı, 17.03.2020-ci il tarixli qətanməsi ilə, Maraqlı şəxs ilə Ərizəçi arasında 20.04.2016-cı il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 168 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 20.08.2016-cı il təvəllüdlü X13 anası Maraqlı şəxs yanında qalması və nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 20.08.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19.11.2019- cu il tarixindən başlayaraq hər ayuşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment Ərizəçi tutularaq Maraqlı şəxs verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 25.10.2021-ci il tarixli rəyindən görünür ki, 20.08.2016-cı il təvəllüdlü Ümüd Nuriyevin atası Ərizəçi yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 2021-002135 saylı, 03.11.2021-ci il tarixli barışıq sazişindən görünür ki, barış sazişinin 22.1.1-ci maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X3 şəkildə Ərizəçi himayəsinə verdiyini etiraf edir və 20 avqust 2016-cı il təvəllüdlü X7 onun himayəsindən alınaraq atası Ərizəçi himayəsinə verilməsinə razıdır. Həmin Sazişin 2.1.2-ci maddəsinə əsasən tərəflərdən Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X6 anası Maraqlı şəxs himayəsindən alınaraq onun himayəsinə verilməsinə razıdır. Həmin Sazişin 2.1.3-cü maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 2(027)- 356/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19.11.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin Ərizəçi alınaraq ona verilməsi” hissəsində yaranmış və ödənilməmiş aliment borclarını tələb etmir və həmin borcların silinməsinə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barşıq sazişinin könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni 2021-002135 saylı, 03.11.2021-ci il tarixli barışıq barış sazişinin 22.1.1-ci maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X3 şəkildə Ərizəçi himayəsinə verdiyini etiraf edir və 20 avqust 2016-cı il təvəllüdlü X7 onun himayəsindən alınaraq atası Ərizəçi himayəsinə verilməsinə razıdır. Həmin Sazişin 2.1.2-ci maddəsinə əsasən tərəflərdən Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X6 anası Maraqlı şəxs himayəsindən alınaraq onun himayəsinə verilməsinə razıdır. Həmin Sazişin 2.1.3-cü maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 2(027)- 356/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19.11.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin Ərizəçi alınaraq ona verilməsi” hissəsində yaranmış və ödənilməmiş aliment borclarını tələb etmir və həmin borcların silinməsinə razıdır və ona görə də ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında bağlanmış 2021-002135 saylı, 03.11.2021-ci il tarixli barışıq sazişi Ərizəçi aid hissədə aşağıdakı şərtlərlə təsdiq edilsin. 2.1.1-ci maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X3 şəkildə Ərizəçi himayəsinə verdiyini etiraf edir və 20 avqust 2016-cı il təvəllüdlü X7 onun himayəsindən alınaraq atası Ərizəçi himayəsinə verilməsinə razıdır. 2.1.2-ci maddəsinə əsasən tərəflərdən Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan olan uşaqları 20 avqust 2016-cı il təvəllüdlü X6 anası Maraqlı şəxs himayəsindən alınaraq onun himayəsinə verilməsinə razıdır. 2.1.3-cü maddəsinə əsasən tərəflərdən Maraqlı şəxs Quba Rayon Məhkəməsinin 2(027)- 356/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19.11.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin Ərizəçi alınaraq ona verilməsi” hissəsində yaranmış və ödənilməmiş aliment borclarını tələb etmir və həmin borcların silinməsinə razıdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar