Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2522/2024 29.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat Şöbəsinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 05 dekabr 2003-cü ildə vəfat etmiş X11 13 dekabr 2023-cü ildə vəfat etmiş atası X20 (Bəhyəddin, Bahəddin) oğlunun atası, onun isə babası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1986-cı ildə Quba rayonu, Üçgün kəndində anadan olmuşdur. X3, anası X4r. Atası X20 (Bahaddin) oğlu xx.xx.2023cü il tarixdə vəfat etmişdir. X25 atasının adı valideynlərinin nikahın bağlanması haqqında şəhadətnaməsində və onun doğum haqqında şəhadətnaməmdə “Bahaddin” kimi qeyd olunsa da, atasının öz doğum haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində ata adı “Bahyəddin” kimi qeyd edilmişdir. Eyni zamanda atası X6 doğum haqqında şəhadətnaməsində atası qrafası boş saxlanılmışdır. Lakin babası X18 vəfat etdiyi 05 dekabr 2003-cü ilə kimi atası Xaləddin Abdullayevlə və onlarla birlikdə Quba rayonu, Üçgün kəndində bir ailədə yaşamışdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilən sorğu cavabını da ərizəsinə əlavə edir. Arxiv sənədlərində babasının adı X19 əvəzinə “Mülk” oğlu kimi qeyd olunsa da, atasının X1 olması və bir ailədə yaşayaraq birlikdə təsərrüfat aparmaları təsdiq olunur. Eyni zamanda babası X14, atası X20 (Bəhyəddin) oğluna, ona, digər ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının JN-051A KOD 30318028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,18 ha həyətyanı torpaq sahəsi, o cümlədən pay torpaq sahəsi də verilmişdir. Həmin sənədlərdə də babasının, atasının, o cümlədən digər mülkiyyətçilərin adlarında hərf səhvləri olsa da, həmin səhvləri məhkəmədən kənar qaydada düzəliş etdirərək onlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə atası sağ olarkən çıxarış da almışlar. O, hal-hazırda atası X20 (Bəhyəddin Bahaddin) oğlundan və babası X10 miras qalmış əmlaklarla bağlı vərəsəlik hüquqlarının reallaşması üçün Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin, ona atası X5 vərəslik açılsa da, babası X19 ilə hər hansı qohumluq münasibətinin təsdiq olunmadığı əsası ilə vərəsəlik işi açılmasından imtina edilmişdir. Atası X20 (Bəhyəddin Bahaddin) oğlu vəfat etdiyindən onun atasının, yəni babasının X19 olmasına dair atalığın etirafı faktına dair ərizə ilə məhkəməyə müraciət etmək mümkün deyildir. Ona görə də xx.xx.2003-cü il tarixdə vəfat etmiş X11 onun babası, yəni 13 dekabr 2023-cü ildə vəfat etmiş atası X20 (Bəhyəddin, Bahaddin) oğlunun atası olmaqla onunla qohumluq münasibətində olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu faktın müəyyən olunması ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Məhkəmədə Ərizəçi nümayəndəsi X30 ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X21 ifadələrində bildirmişlər ki, ərizəçi Atif onların qardaşı oğludur. Bahəddin isə onların atası olmuşdur. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Doğum ahqqında şəhadətnamənin ata qrafasında – X12 olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnaməni surətindən görünür ki, X12 ilə X7 arasında nikah xx.xx.1983-cü il tarixdə bağlanmışdır. Həmin şəhadətnamədə Xaləddin Abdullayevin atasının adı “Bahaddin“ olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1961—ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə onun atasının adı “Bahyəddin” kimi qeyd edilmiş, lakin ata qrafası boş saxlanılmışdır. İş materiallarında oaln Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X19 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba Regional ASAN xidmət mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 doğum haqqında şəhadətnaməsində ata qrafası boş olduğundan qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı mərhum X11 Ərizəçi ilə qohumluq münasibətlərində (babası) olması, bu barədə mərhum X9 doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona babası X10 qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 dekabr 2003-cü ildə vəfat etmiş X11 13 dekabr 2023-cü ildə vəfat etmiş atası X20 (Bəhyəddin, Bahəddin) oğlunun atası, Ərizəçi isə babası olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 05 dekabr 2003-cü ildə vəfat etmiş X11 13 dekabr 2023-cü ildə vəfat etmiş atası X20 (Bəhyəddin, Bahəddin) oğlunun atası, Ərizəçi isə babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2522/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2522/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver