Məhkəmə qərarları › İş №2(027)-254/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-254/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-254/2021 03.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və uşaqlarının ona məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evindən çıxarılması və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxx 1951-ci il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuşdur. xx xxxxxxxx 1971-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 5 övladı dünyaya gəlmişdir. Onlardan biri hal-hazırda cavabdeh qismindədir. Əri ilə birlikdə, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evində yaşayan xx xxx 1974-cü il təvəllüdlü oğlu Cavabdeh1 Balaverdi oğlu 21 ilə yaxındır ki, onun evində yaşayır. O, Cavabdeh2 ilə evlənmiş və onların birgə nikahından övladları dünyaya gəlmişdir. Cavabdeh1 təxminən 14-15 il olar ki, onun üçün aldığı torpaq sahəsini satmışdır. Hal-hazırda ondan yaşadığı evi onun adına keçirməyini tələb edir, halbuki o həmin torpaq sahəsini ona ev tikməsi üçün hədiyyə etmişdir. Onun sözü gedən evi onun adına keçirmədiyim təqdirdə, öldürəcəyini və evi yandıracağını iddia edir. Cavabdeh1 içki düşkünüdür. Bu vərdişinin ucbatından öz evində iddiaçını rahat yaşamağına imkan yaratmır, dəfələrlə evdə mübahisə yaradır. Bu səbəblə 3 aya yaxındır ki, qızının evində qalır. Bir neçə dəfə Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və dəfələrlə Alekseyevka İcra nümayəndəliyinə bu haqda bildirmişdir. İddiaçı heç bir halda cavabdehlərlə birlikdə sözü gedən evdə yaşaya bilmir. Cavabdehlərin onun evində yaşamaqla hüquqlarını pozması səbəbindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1951-ci ildə Quba rayonu İqriq kəndində anadan olmuş, Quba rayonu Alekseyevka kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış , 76,2 kv.m köməkçi sahədən ibarətə fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmədə şahidlərin ifadələri və iş materialları ilə müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış , 76,2 kv.m köməkçi sahədən ibarətə fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan evdə yaşamaqla onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının uşaqlarının fərdi yaşayış evindən çıxarılması və evə mülkiyyət hüqunun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbində uşaqların kimlərdən ibarət olması və adları qeyd olunmadığından, iddia tələbinin həmin hissəsi mücərrəd olduğundan təmin edilməməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelər aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelər aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar