Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2560/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və xalası X1 ilə qohumluq əlaqəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən o cümlədən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ərizəyə əlavə olunmuş 27.09.2018-ci il tarixli, ********* nömrəli qəbzdən isə görünür ki, ərizəçi cəmi 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2560/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2560/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver