Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2561/2025 03.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçı İddiaçı və onun nümayəndəsi qismində vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, mediasiya üçün ödənilmiş 60 (altımış) manat mediasiya xərcinin və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.20 kv.m ümumi sahədən fərdi yaşayış evində onun istəyi olmadan kürəkəni Cavabdeh onunla birgə yaşayır. Cavabdeh Turalın onun evində qeydiyyatı yoxdur. 6-7 ildir ki, onun evində qalır. X1 Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair'’ iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iş məhkəmə icraatındadır. Hal-hazırda ailə münasibətləri yoxdur. Ona görə də istəyir ki, onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxsın. Ancaq cavabdeh könüllü çıxmaq istəmir. Onun bu evdə heç bir əməyi yoxdur. Evi öz əziyyətiylə tikib. Bütün xərci özü çəkib. Cavabdeh heç bir xərc çəkməyib. Bu vaxta kimi heç yerdə işləməyib. Yenə də işsizdir. Qızının xətrinə bu vaxta kimi dözüb, səsini çıxarmayıb. İndi nikahları pozulma mərhələsində olduğu üçün hesab edir ki, cavabdeh Turalın onun evində qalması üçün heç bir əsas yoxdur. Buna görə də cavabdehlə aralarında olan mübahisənin könüllü şəkildə həlli üçün qanunvericiliyin tələbinə əsasən ilkin olaraq mediasiya şurasına müraciət etmişdir. Cavabdeh keçirilən mediasiya prosesinə gəlməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altımış) manat məbləğində mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir. Yuxarıda sadaladıqlarını əsas gətirərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddaçı İddiaçı ərizəyə uyğun izahat verərək, bildirir ki, cavabdeh 5-6 ildir ki, onlarla bir yerdə yaşayır, hazırda boşanmaq üzrədir, amma evdən çıxmaq istəmir, xoşluqla razılaşmır, hazırda da orda yaşayır. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi qismində vəkili X5 iddianı müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəməyə gələ bilmədiyini və işi təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, sözügedən ünvanda yaşadığını qeyd etmiş, iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş etmişdi. İİİ. İşin faktiki halları: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, 32-33-cü kvartal ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.20 kv.m olan daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00515 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin sorğusu əsasında Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatından görünür ki, İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli çıxarışın verilməsinə əsas olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi vardır. Həmin müqaviləyə əsasən, Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, 32-33-cü kvartal ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.2 kv.m yaşayış evi mülkiyyətçi X3 tərəfindən İddiaçı satılmışdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını və onun nümayəndəsi qismində vəkilinin izahatını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********12 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, Quba şəhəri, 32-33-cü kvartal ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.20 kv.m olan daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. 5 saylı Xaçmaz Ərazi İdarəsindən təqdim olunmuş alqı-satqı müqaviləsindən də göründüyü kimi, Quba şəhəri, 32-33-cü kvartal ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.2 kv.m yaşayış evi bütünlüklə İddiaçı tərfindən alınmış və adına mülkiyyəti təsdiq edən çıxarış çıxarılmışdır. İddiaçı hazırda həmin evdə onlarla bir yerdə yaşayan Cavabdeh çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 -ci maddəsinə əsasən maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunusuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsasli olmaqla təmin edilməlidir. İddiaçı həmçinin mediasiya üçün ödənilmiş 60 (altımış) manat mediasiya xərcinin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddia bu hissədə də təmin edilməli, 60 (altımış) manat mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********42-10301 reyestr nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Quba şəhəri, 32-33-cü kvartal ünvanında 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 44.20 kv.m yaşayış sahəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 60 (altımış) manat mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2561/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2561/2025
03.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver