Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-263/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “mənzilin giriş-çıxış yolunun açılması və ümumi sahədən istifadə hüququna” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “mənzilin giriş-çıxış yolunun açılması və ümumi sahədən istifadə hüququna” dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Quba şəhəri X4 küçəsi, ev 45, mənzil 4-ün ümumi sahənin açılmasını və giriş-çıxış yolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı oğlu iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 onun qonşularıdır. O, xx.xx.2018-ci ildə alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, X4 küçəsi, ev 45, mənzil 4 ünvanında yerləşən mənzili alıb. Cavabdehlər mənzilə giriş-çıxış yolunu bağlayıb, həmin yoldan istifadə edə bilmir, yalnız özləri istifadə edirlər. Dəfələrlə cavabdehlərə bildirib ki, mənzilin giriş-çıxış yolunu və ümumi sahədən istifadə yolunu açsınlar, yalnız cavabdehlər ona bildiriblər ki, binanın giriş-çıxışı və ümumi sahəsi onlara məxsusdur. İddiaçı mülkiyyət sahibi olduğundan, öz evinə girib-çıxa bilmir. Cavabdehlər ona bildiriblər ki, alternativ otaqdan yol açılıb, oradan istifadə edin. Cavabdehlərə bildirib ki, ümumi yol onlara aid olduğu kimi ona da aiddir. Həmən giriş-çıxış yolundan o da istifadə etməlidir, ona görə ki, mənzildə ayaq yolu və hamam olmadığından orada onun ümumi sahədə ayaq yolu və hamam tikilisi vardır. Ondanda əlavə giriş-çıxış yolunda onun mətbəxindən gedən kanalizasiya xətdi keçir, kanalizasiya xətdini vaxtı-vaxtında təmizləmək lazımdır ki, kanalizasiya borusu tutulmasın. Cavabdehlər ona bildiriblər ki, mətbəxində yəni binanın otaqlarının içinə yeni kanalizasiya borularını çəksin, buda ağıla batan deyildir. Ona görədə mecburiyyət qarşısında qalaraq, giriş-çıxış yolunun bərpa edilməsi barədə məhkəməyə müraciət etmək qərarına qəlib. Göstərilənləri nəzərə alaraq onun mülkiyyətində olan Quba şəhəri X4 küçəsi, ev 45, mənzil 4-də ümumi sahənin açılmasını və giriş-çıxış yolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman iş üzrə cavabdeh X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavbdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və cavabdeh X1 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin reyestr nömrəsi **********37-050101-093001 xx.xx.2018-ci il tarixli Texniki Pasport üzrə Quba şəhəri X4 küçəsi ev 45, mənzil 4-ün hüquqi sahibi İddiaçı oğludur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-1004A kod 30301004, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən fərdi mənzil tikintisi üçün 0.03 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı onun mülkiyyətində olan Quba şəhəri X4 küçəsi, ev 45, mənzil 4-ə sərbəst girib-çıxmaq, istifadə etmək və digər mülki hüquqlarını həyata keçirmək məqsədilə məzilin ümumi sahəsinin açılmasını və giriş-çıxış yolunun bərpa edilməsi barədə tələbi haqlıdır və iddia təmin edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Quba şəhəri X4 küçəsi, ev 45, 4 saylı mənzilin giriş-çıxış yolu bərpa edilsin və həmin mənzilin yerləşdiyi binanın ümumi istifadə sahəsi açılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-263/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-263/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver