Məhkəmə qərarları › İş №2(027)-2631/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2631/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2631/2024 16.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 17 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 1027,63 (bir min iyirmi yeddi manat altmış üç qəpik) manat məbləğində pulun, 33 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödədiyi 100 (bir yüz) manat pul vəsaitinin borclu-Cavabdeh varisi X1 alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, onunla "Azərbaycan Beynəlxalq Bank” ASC arasında bağlanmış 17 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 1027,63 (bir min iyirmi yeddi manat altmış üç qəpik) manat məbləğində pulun, əlavə Aqrokredit SKT Xaçmaz filialının hesabına ödədiyim 101,63 (bir yüz bir manat altmış üç qəpik) və Quba rayon icra şöbəsinin hesabına ödədiyim 7% 131 manatın, 33 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödədiy 100 (bir yüz) manat pul vəsaitinin borclu- Cavabdeh varisi X1 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 23%lə 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh ilə bağlanmış müqavilə üzrə kredit öhdəliyinin təmin edilməsi üçün bank onunla da xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh aldığı kredit borcunu hər ay müəyyən olunmuş qrafik üzrə ödəməli olduğu məbləği müəyyən olunmuş müddət ərzində tam ödəmədiyindən bank qalıq borc barədə məhkəməyə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən əsas borclu Cavabdeh və zamin duran mən İddiaçı müştərək qaydada ödənilməmiş qalan 1637,08 (bir min altı yüz otuz yeddi manat səkkiz qəpik) manat əsas borcun, 211,52 (iki yüz on bir manat əlli iki qəpik) manat faiz cəmi 1848,60 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manatın və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" ASCnin hesabına öşdənilməsi təmin edilmişdir. Əsas borclu Cavabdeh xx.xx.2017-ci ildə vəfat etmiş, arvadı X2 xx.xx.2021-ci il tarixdə mirasın qəbul edilməsi haqqında Quba regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə verdiyi ərizəsinə əsasən açılmış vərəsəlik işi üzrə o, mərhumun qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. Beləliklə də, X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 318 saylı məktubundan da görünür ki, X5 xx.xx.2017-ci ildə vəfat etmiş Cavabdeh vərəsəsidir. Ödənilməmiş qalan məhkəmə əmrində göstərilən məbləğin bir hissəsi borc alan tərəfindən ödənilmişdir. Qalan borc isə zamin kimi ödənilməsi üçün mənim əmlakıma yönəldilərək mənə məxsus “Hundai Senata” minik maşınının” üzərinə həbs qoyulmuşdur. Ona görə də, zamin kimi mənə həmin məbləği ödəməyim bildirildi. Mən də 13 avqust 2024-cü il tarixdə ilk dəfə 1027,63 (bir min iyirmi yeddi manat altmış üç qəpik), yenidən eyni tarixdə ikinci dəfə 101,63 (bir yüz bir manat altmış üç qəpik) əlavə Aqrokredit SKT Xaçmaz filialının hesabına və 7% 131 manat Quba icra şöbəsinin hesabına ödəniş etmişəm. Bu fakt ərizəmə əlavə etdiyim 13 avqust 2024-cü il tarixli qəbzlərlə də və Aqrokredit SKT-nin Xaçmaz filialının xx.xx.2024-cü il tarixli 296 saylı məktubu ilə də təsdiq olunur. Cavabdeh ödəməli olduğu 1027,63 manat və 131 manatın, eləcə də, 33 manat dövlət rüsumunun və 100 manat hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin Cavabdeh qanuni vərəsəsi kimi X3 alınıb mənə verilməlidir. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edərək, iddia təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul edərək bildirmişdir ki, qeyd olunan borcu hissə-hissə ödəyə bilər. İddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(027)- 3145/2015 saylı məhkəmə əmrindən görünür ki, əsas borclu Cavabdeh və zamin duran mən İddiaçı müştərək qaydada ödənilməmiş qalan 1637,08 (bir min altı yüz otuz yeddi manat səkkiz qəpik) manat əsas borcun, 211,52 (iki yüz on bir manat əlli iki qəpik) manat faiz cəmi 1848,60 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manatın və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına öşdənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" SKT Xaçmaz filialının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış № 173/13 saylı xx.xx.2013-ci il tarixli kredit müqaviləsinə əsasən 3000.00 (Üç min) manat kredit almışdır. Krediti vaxtında qaytarmadığına görə bu iş üzrə Quba rayon Məhkəməsinin xx.xx.2015 -cı il tarixli, 2(027)-3145/2015 saylı Əmri vardır. ABB Quba filialından "xxxx" QSC-nin Xaçmaz filialının balansına götürülmüş Cavabdeh qalıq 1189.26 ( bir min yüz səksən doqquz manat 26 qəpik) manat kredit borcu tam olaraq ödənmişdir və həmin kredit üzrə heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 1027,63 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan X10 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 318 saylı məktubundan da görünür ki, X5 xx.xx.2017-ci ildə vəfat etmiş Cavabdeh vərəsəsidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunan qanun normasına əsasən məhkəmə Quba Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, 2(027)-3145/2015 saylı məhkəmə əmrində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 23%lə 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh ilə bağlanmış müqavilə üzrə kredit öhdəliyinin təmin edilməsi üçün bank onunla da xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Mübahisə predmetini təşkil edən kredit müqaviləsi üzrə borcu iddiaçı xx.xx.2024-cü il tarixdə 1027,63 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsi üzrə borcu tam şəkildə ödəmişdir. Cavabdeh vəfat etmiş və onun həyat yoldaşı X5 xx.xx.2017-ci ildə vəfat etmiş Cavabdeh vərəsəsi olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş hüquqi vərəsə X5 iddia tələbini etiraf edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildimişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsaən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bununla da mərhum Cavabdeh İddiaçı 1027,63 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə cavabdeh X5 məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə hər hansı etiraz və bu etirazı əsaslandırdığı hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 1027 manat və dövlət rüsumu kimi ödənilmiş 33 manat alınaraq, İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 100 manat məbləğində pul özünə aid edilməlidir. Həmçinin iddiaçının 7% 131 manat Quba icra şöbəsinin hesabına ödənilmiş pul məbləği məcburi icra tədbirlərinin qanunvericiliklə verilmiş müddət ərzində ödənilmədiyi təqdirdə tutulan pul olduğundan həmin pul məbləği də idiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 1027,63 manat və dövlət rüsumu kimi ödənilmiş 33 manat alınaraq, İddiaçı verilsin. Hüquqi yardımla bağlı ödənilmiş 100 manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar