Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2708/2024 12.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Quba Regional “Asan Xidmət” mərkəzi notariat kontoru cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1932-ci ildə Quba rayonunun Susay kəndində doğulmuş və xx.xx.2012-ci ildə Quba rayonunun Susay kəndində vəfat etmiş X13 ilə xx.xx.1929-cu ildə Quba rayonu Susay kəndində doğulmuş və xx.xx.2008-ci ildə Quba rayonunun Susay kəndində vəfat etmiş doğma X7 ilə doğma bacı-qardaş olmaları qohumluq münasibətləri faktını, habelə X1nın vəfatından sonra ondan miras qalmış Quba rayonu Susay kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma X1 xx.xx.2012-ci ildə Quba rayonunun Susay kəndində vəfat etmişdir. Onun vəfatından sonra Quba rayonunun Susay kəndində ondan 0.07 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Hüququ Torpağın mülkiyyətə verilməsinə dair JN-177A, KOD 30323018 saylı şəhadətnaməyə əsasən qeydə alınmışdır. Miras açılan vaxtdan mirası faktiki olaraq qəbul etmişdir. Bibisinin vəfatından sonra ikinci növbəli vərəsə kimi miras əmlakı adına rəsmiləşdirmək üçün ərazi üzrə Quba Regional Asan Xidmət Mərkəzində Notariat Kontoruna müraciət etmişdir. Ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3660 saylı cavabda göstərilir ki, Azərbaycan Respublikası Mükli Məcəlləsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürülmüş və qohumluq faktını təsdiq edən sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. X7 miras açılmamışdan xeyli əvvəl, yəni xx.xx.2008-ci ildə vəfat etmişdir. Atası vəfat etdiyinə görə ona çatası pay ona verilməlidir. Atasının doğum haqqında şəhadətnaməsindən göründüyü kimi atasının adı Möhbəli, anasının adı Minasərdir. X19 də ölüm haqqında şəhadətnaməsindən göründüyü kimi atasının adı Möhbəlidir. Onların soyadlarının müxtəlif olmasına baxmayaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Quba Filialının xx.xx.2023-cü il tarixli, 3-38-DA-67/2-14xx-xx/2023 saylı arayışından göstərilir ki, Quba rayon Alpan kənd ZDS İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Susay kəndi üzrə 3 №-li təsərrüfatbaşına kitabının 85 saylı təsərrüfatında X4 1932-ci ildə anadan olduğu və milliyətinin Azərbaycanlı olduğu qeyd edilmişdir. X4 adı qardaşı X5 təsərrfutbaşında onun bacısı kimi göstərilmişdir. X4 valideynləri haqqında məlumatlar mövcuddur: Atası-Məmmədquliyev Möhbəli, anası-Məmmədquliyeva Minasər. Quba RİHB-nin Susay İƏD üzrə nümayəndəliyinin 1991-2000-ci illərə aid Susay kəndi üzrə 2№-li təsərrüfatbaşına kitabının 116 saylı təsərrüfatına sonradan daxil olan təsərrüfat üzvlərinin soyadı Səfərəliyev qeyd edilmişdir. Arxiv arayışından da göründüyü kimi Quba rayon Alpan kənd ZDS İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Susay kəndi üzrə 3 №-li təsərrüfatbaşına kitabının 85 saylı təsərrüfatında atasınında soyadı Məmmədquliyev göstərilmişdir. Bu faktın özü də əyani şəkildə təsdiq edir ki, bibisi X12 ilə X7 bacı qardaşdırlar. Quba rayon RİHB-nin Susay İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 36 nömrəli arayışından görünür ki, X13 həqiqətən Quba rayon Susay kəndində yaşamış və 2012-ci ildə Quba rayonu Susay kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra o və bacısı X17 adlı vərəsələri qalmışdır. Mirasın tərəfindən faktiki olaraq qəbul edilməsi Quba rayon İHB-nin Susay İƏD üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 46 nömrəli arayışından görünür ki, X1 xx.xx.2012-ci il tarixdə vəfat edənədək onun himayəsində yaşamış, dəfn xərclərini də özü çəkmişdir. Qonşuların iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və Quba RİHB-nin Susay kənd İƏD üzrə nüamyəndəliyində təsdiqlənmiş aktdan görünür ki, Quba rayonu Susay kənd sakini X14 bacısı Quba rayonu Susay kənd sakini X8r. X28 atasının adı Məmmədbəy olduğundan güman ki, bibisinin soyadı ona uyğun olaraq müəyyən səhvlərlə Məmmədquliyeva göstərilmişdir. Təsadüfü deyilki Dövlət Arxivinin arayışından da göründüyü kimi əvvəllər təsərrüfatbaşına kitabda atası Nəzərəli Möhbəli oğlunun da soyadı Məmmədquliyev göstərilmişdir. Yuxarıda göstərdiyi kimi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununauyğun izahat verərərk ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Regional Asan Xidmət Mərkəzində Notariat Kontoru məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29, X30 və X17 ifadələrində X4 xx.xx.2012-ci ildə Susay kəndində vəfat etdiyini, xx.xx.2008-ci ildə Quba rayonunun Susay kəndində vəfat etmiş X18 ilə doğma bacı-qardaş olduqlarını və X4 vəfatından sonra ondan miras qalmış Quba rayonu Susay kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq Ərizəçi tərəfindən idarə edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki,X18 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba regional Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş və qohumluq faktını təsdiq edən sənədləri təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayon Alpan kənd ZDS İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Susay kəndi üzrə 3 №-li təsərrüfatbaşına kitabının 85 saylı təsərrüfatında X4 1932-ci ildə anadan olduğu və milliyyətinin azərbaycanlı olduğu qeyd edilmişdir. X4 adı qardaşı X9 təsərrüfatında onun bacısı kimi göstərilmişdir. X4 valideynləri haqqında aşağıdakı məlumatlar mövcuddur: Atası - Məmmədquliyev Möhbəli, Anası - X11r. Milliyyətləri - azərbaycanlıdır. Quba RİHB-nın Susay İƏV üzrə nümayəndəliyinin 1991-2000-ci illərə aid Susay kəndi üzrə 2 №-li təsərrüfatbaşına kitabının 116 saylı təsərrüfatına sonradan daxil olan təsərrüfat üzvlərinin soyadı “Səfərəliyev” qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quba rayon qeydiyyat şöbəsində arxiv kitabları 1949-cu ildən saxlanıldığı üçün xx.xx.1932-ci il təvəllüdlü X1nın doğumu barədə məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan 18 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Quba rayonu Susay kənd sakini X14 bacısı Quba rayonu Susay kənd sakini X8r. Həmin aktın doğruluğunu Qələşah Mehdiyev, Mehyəddin Fərzəliyev və Fətəli Bədirxanov imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Quba RİHB-nın Susay İnzibati dairəsi üzrə nümayədnəliyinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, X10 həqiqətən Quba rayonu Susay kəndində yaşamış və 2012-ci ildə Quba rayon Susay kəndində vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın Susay İnzibati dairəsi üzrə nümayədnəliyinin xx.xx.2012ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Susay İƏV üzrə 03 nömrəli təsərrüfatbaşına kitabın 38-ci səhifəsinə əsasən Susay kəndində qeydiyyatdadır və Susay kəndində yaşayır. Heç yerdə işləmir. X1 xx.xx.2012-ci il tarixdə vəfat edənədək onun himayəsində yaşamış, dəfn xərcini özü çəkmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.1929-cu il tarixdə anadan olmuşdur. Atası - Məmmədquliyev Möhbəli, anası - X11r. İş materiallarında olan “Doğum haqqında şəhadətna”mənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X2r. İş materiallarında olan JN-177A, KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayonu Susay kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 1932-ci ildə Quba rayonu, Susay kəndində doğulmuş və xx.xx.2012-ci ildə Quba rayonu, Susay kəndində vəfat etmiş X13 ilə xx.xx.1929-cu ildə Quba rayonu Susay kəndində doğulmuş və xx.xx.2008-ci ildə Quba rayonu, Susay kəndində vəfat etmiş doğma X18 ilə doğma bacı qardaş kimi qohumluq münasibətinə olmasına dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, qohumluq faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbin əsası kimi istinad olunan hallara dair müvafiq sübutlar məhkəməyə təqdim edilmiş və mirasın faktiki qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, X15 Ərizəçi bibisidir. Yəni ərizəçi dördüncü növbədə vərəsədir. Həmçinin, məhkəmə araşdırması zamanı əvvəlki növbə üzrə vərəsələrin olması müəyyən edilməmişdir. Ərizəçi tərəfindən X3 miras qalmış JN-177A, KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Susay kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsini idarə etməklə miras əmlakı faktiki qəbul edilmiş, hal-hazırda həmin miras əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, vərəsəliyin açılma yerinin Quba rayonu olması və miras qalmış Quba rayonu,Susay kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1932-ci ildə Quba rayonu, Susay kəndində doğulmuş və xx.xx.2012-ci ildə Quba rayonu, Susay kəndində vəfat etmiş X13 ilə xx.xx.1929-cu ildə Quba rayonu, Susay kəndində doğulmuş və xx.xx.2008-ci ildə Quba rayonu, Susay kəndində vəfat etmiş X14 doğma bacı qardaş kimi qohumluq münasibətində olması faktı müəyyən edilsin. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 mirası üzrə vərəsəliyin açılma yerinin Quba rayonu olmaqla mülkiyyətində olan Quba rayonu, Susay kəndində yerləşən 0.07 ha torpaq sahəsinin vərəsəsi Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2708/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2708/2024
12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver