Məhkəmə qərarları › İş №2(027)-2710/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2710/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2710/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs2 ilə birgə münasibətlərindən anadan olmuş övladı X1 03 dekabr 2018-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası “Maraqlı şəxs2", anası “Ərizəçi" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, 01 may 2015-ci ildə X8 ilə rəsmi nikahı qeyd etdirərək ailə qurub. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Nuray adlı qızı doğulub. 2017-ci ilin sentyabr ayında münasibətlərinin uyğun gəlməməsi səbəbilə X5 ayrılaraq valideynlərinin yanına qayıtmışdır. Bundan sonra 2017-ci ilin sentyabr ayında Maraqlı şəxs2 ilə rəsmi nikahı olmadan ailə qurub. X3 ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin 05 iyul 2018-ci il, 2(027)-423/2018 saylı qətnaməsi ilə cavabdeh X8 ilə aralarında olan xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilimiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X7 onun yanında saxlanılması qət edilmişdir. xx.xx.2019-cu il tarixli 2(027)-1819/2019 saylı qətnamsi ilə xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanıılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. 2018-ci ilin dekabr ayında onun Maraqlı şəxs2 ilə münasibətindən X6 adlı övladı doğulmuşdur. Lakin rəsmi nikahı olmadığından və uşağının ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də o qızı Məryəmin doğumunun qeydə alınması və ata kimi Maraqlı şəxs2 yazılması ilə əlaqədar Maraqlı şəxs1nə müraciət etmişdir. Maraqlı şəxs1 18 may 2020-ci il tarixli 317 nömrəli məktubu ilə uşağı doğularkən nikahı pozulmadığından qanunvericiliyə uyğun olaraq uşağın doğumu valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılaraq atası X4 qeydə alınmasının mümkünlüyü bildirilmişdir. Lakin o X8 ilə faktiki nikahı hələ uşaq doğulmamışdan əvvəl, Quba Rayon Məhkəməsinin 05 iyul 2018-ci İİ, 2(027)-423/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Maraqlı şəxs2 ilə birgə münasibətlərindən anadan olmuş övladı X1 03 dekabr 2018-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası “Maraqlı şəxs2", anası “Ərizəçi" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs, Maraqlı şəxs2 ərizəni qəbul edərək, bildirdi ki, Ərizəçi ilə rəsmi nikah qeyd etdirmədən ailə qurub və birgə münasibətlərindən qızı Məryəm doğulub. Qızı Məryəmə doğum haqqında şəhadətnamə ala bilməmişdilər, o üzdən Ərizəçi ilə birgə münasibətlərindən anadan olmuş övladı X1 03 dekabr 2018-ci il tarixdə Quba şəhərində doğulması ona doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında onun adı, yəni, “Maraqlı şəxs2, kimi qeyd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X13 bildirdi ki, Ərizəçi onun gəlinidi. Şəlalə oğlu Bəxtiyarla aiə qurub, onların Məryəm adlı qızı olub. Şəlalənin oğlu ilə rəsmi nikahı olmadığından ona doğum haqqında şəhadətnamə ala bilməyiblər. Hazırda Məryəm onun yanında olur. Bir yerdə yaşayırlar. Məhkəmə Ərizəçi, Maraqlı şəxs2 və şahid X9 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 343205 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 09 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 05 iyul 2018-ci il, 2(027)-423/2018 saylı qətnaməsinə əsasən Ərizəçi ilə X8 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X7 anası- Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli, 168 nömrəli arxiv məlumatından məlum olur ki, Quba rayonu xx.xx.2018-xx.xx.2020-ci illər üzrə X10 barəsində Maraqlı şəxs1ndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ərizəçi müraciəti ilə bağlı ona ünvanlanmış Maraqlı şəxs1 xx.xx.2020ci il tarixli, 317 nömrəli məlumatından məlum olur ki, xx.xx.2018-ci ildə doğulmuş övladının doğumunun qeydə alınması və ata kimi Maraqlı şəxs2 yazılması ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci bəndinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikah pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Uşağ doğularkən nikah pozulmadığından qanunvericiliyə uyğun olaraq uşağın doğumu valideynlərin nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılaraq atası X4 qeydə alınmalıdır. Uşağın atası kimi Maraqlı şəxs2 qeydə alınması və uşağa onun soyadının verilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X11 01 may 2015-ci ildə X8 ilə rəsmi nikahı qeyd etdirərək ailə qurub. Quba Rayon Məhkəməsinin 05 iyul 2018-ci il, 2(027)-423/2018 saylı qətnaməsilə aralarındakı nikah qeydinin pozulması qət edilib. Maraqlı şəxs1ndə X8 ilə Ərizəçi arasında olan nikah ləğv edilərək, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 09 nömrə ilə qeydiyyata alınıb. Ərizəçi 2017-ci ildə Maraqlı şəxs2 ilə rəsmi nikahı olmadan ailə qurub və bu münasibətdən onların bir qızı doğulub. Lakin rəsmi nikahı olmadığından uşağının ev şəraitində doğulduğu üçün, həmçinin uşağı doğularkən X8 ilə nikahı pozulmadığından qanunvericiliyə uyğun olaraq uşağın doğumu valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparıldığından, atası Maraqlı şəxs2 kimi qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi Maraqlı şəxs2 ilə birgə münasibətlərindən anadan olmuş övladı X1 03 dekabr 2018-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası “Maraqlı şəxs2, anası “Ərizəçi" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 xx.xx.2018-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Maraqlı şəxs2”, anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 xx.xx.2018-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Maraqlı şəxs2”, anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar