Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-273/2023 16.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi və həmçinin İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh-yə qarşı “əmlakın cavabdehlərin qanunsuz sahiblikdən götürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh-nə qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 10 mart 2020-ci ildə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən onların - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh-nin qanunsuz sahibliyindən geri qaytarılması və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 10 mart 2020-ci ildə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mülkiyyətlərində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞ-in 5 saylı Ərazi İdarəsinə ünvanlanmış müraciətləri əsasında, torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Torpaq sahəsinin yeri müəyyən olunduqdan sonra bu sahənin digər bir mülkiyyətçi tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə cavabdeh onlara məxsus 0,4501 ha torpaq sahəsini qanunsuz tutaraq oradan istifadə edir və onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh müəssisənin səlahiyyətli şəxslərinə torpaq sahəsindən çıxmaları barədə xahiş və tələbləri olsa da, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Beləliklə, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olmaq mümkün deyildir. Ona görə də məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında İddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi və həmçinin İddiaçı4 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və İddiaçı2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2q qızının, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tikinti-texniki ekspertizasının 10/4321 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun rəyində qeyd olunur ki. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən. İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0.4501 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə naturada müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən. İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0.4501 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən bütövlükdə Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinə aid heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2q qızının, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətində olan Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh-nin qanunsuz sahibliyindən geri qaytarılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tikinti-texniki ekspertizasının 10/4321 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun rəyində qeyd olunur ki. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən. İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0.4501 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə naturada müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən. İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0.4501 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən bütövlükdə Cavabdeh tərəfindən istifadə edilir. cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinə aid heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. İş üzrə keçirilmiş mütəxəssis rəyilə, iş materialları ilə iddiaçıların torpaq sahəsinə Cavabdeh tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışına əsasən Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. Lakin, həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına Cavabdeh-nin adına qeydiyyata alınması hansı alğı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətlərində olan Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha torpaq sahəsini Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməli və Cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətlərində olan Quba rayonu, Amsarqışlaq kəndi ərazisində yerləşən 0,4501 ha torpaq sahəsini Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilsin və Cavabdeh torpaq sahəsindən çıxarılsın. Cavabdeh-dən 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-273/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-273/2023
16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver