Məhkəmə qərarları › İş №2(027)-275/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-275/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-275/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə 7765,23 (yeddi min yeddi altmış beş manat iyirmi üç qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 385,3 (üç yüz səkkiz beş manat otuz qəpik) manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 8150,53 (səkkiz min bir yüz əlli manat əlli üç qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması, tələbin paylı mülkiyyət hüququ ilə Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh İddiaçı-nin xeyrinə 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə 7715,23 (yeddi min yeddi yüz on beş manat iyirmi üç qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 985,37 (doqquz yüz səksən beş manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 8700,6 (səkkiz min yeddi yüz manat altmış qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması, tələb Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsindən çıxarılması və boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh kredit müqaviləsi üzrə 7185,23 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2288,71 manat məbləğində faiz borcu, cərimə borcuna görə 234,8 manat olmaqla, cəmi 9708,74 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 117.08 manat məbləğində, cəmi 147,08 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsi üzrə cəmi 9708,74 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 147.08 (bir yüz qırx yeddi manat, 08 qəpik) manat məbləğində pulun İddiaçı-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 24 dərəcəsi olmaqla 36 ay müddətinə 9900 (doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. 06.09.2019 il tarixli QUFS-4986 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmış, nəticədə Cavabdeh 06.09.2019 il tarixli QUFS-4986 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7185,23 (yeddi min yüz seksən beş manat iyirmi üç qəpik) manat, kreditdən istifadəyə görə 2288,71 (iki min iki yüz seksən səkkiz manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 234,8 (iki yüz otuz dörd manat seksən qəpik) manat olmaqla, cəmi 9708,74 (doqquz min yeddi yüz səkkiz manat yetmiş dörd qəpik) manat borcu yaranmışdır. 06.09.2019 il tarixli QUFS-4986 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı üsülü kimi Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq ediİmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 06.09.2019 il tarixli QUFS-4986 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu maqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanları nəzərə alaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: 06.09.2019-cu il tarixli QUFS-4986 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 24 dərəcəsi olmaqla 36 ay müddətinə 9900 (doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir; 06.09.2019-cu il tarixli QUFS-4986 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi ipoteka yüklü edilmişdir; 10.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.09.2019-cu il tarixli QUFS-4986 saylı müqaviləsi üzrə 10.11.2021-ci il tarixə əsas borcu 7185 (yeddi min bir yüz seksən beş manat iyirmi üç qəpik) manat, faiz borcu 2288,71 (iki min iki yüz seksən səkkiz manat yetmiş bir qəpik) manat, cərimə borcu 234,8 (iki yüz otuz dörd manat seksən qəpik) manat olmaqla, cəmi borc məbləği 9708,74 (doqquz min yeddi yüz səkkiz manat yetmiş dörd qəpik) təşkil edir; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (********** qeydiyyat nömrəli, 13.07.2019-cu il tarixli qeydiyyat tarixli) surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (********** qeydiyyat nömrəli, 14.09.2019-cu il tarixli qeydiyyat tarixli) surətindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi ipoteka yüklü edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.10.2021-ci il tarixli PR/M-42/2021 saylı rəyindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 0,1 ha torpaq sahəsinin 07.10.2021-ci il tarixinə olan bazar dəyəri 23000 manat, likvid dəyəri 20000 manat təşkil edir; Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 30 (otuz) manat rüsum ödənilmişdir; iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 117,08 (bir yüz on yeddi manat səkkiz qəpik) manat rüsum köçürülmüşdür. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olundu ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 06.09.2019 il tarixli, QUFS-4986 saylı kredit müqaviləsinə əsasən sonuncunun illik faiz dərəcəsi 24 dərəcəsi olmaqla 36 ay müddətinə 9900 (doqquz min doqquz yüz) manat məbləğində kredit məbləğində kredit alması, həmin müqavilə üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi ipotekaya qoyulması, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı-yə əsas borc üzrə 7185,23 manat məbləğində, kreditdən istifadəyə görə faiz borcu 2288,71 manat məbləğində,məbləğində borclu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürborc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlərborc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadından görünür ki, borc üzrə tutmanın yönəldilməsi zamanı ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti də likvid qiymətlə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin ekspertizanın rəyi nəzərə alınaraq bazar dəyəri 23000 manat, likvid dəyəri 20000 manat müəyyən edilməlidir. Məhkəmə Cavabdeh ipoteka predmeti olan torpaq sahəsindən çıxarılması tələbinə qiymət verərək hesab edir ki, həmin tələbin heç bir hüquqi əsası olmadığından, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və ipoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna görə rədd olunmalıdır. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hal-hazırda ipoteka predmeti olan mənzilin boşaldılması ipoteka qoyanın və borcalanın “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının, yəni ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına qədər əsas öhdəlik üzrə borcu ödəyərək ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satışına xitam verilməsinə dair hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5–ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 312.4-cü maddəsinə əsasən, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 47.2-ci maddəsinə əsasən, poteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür; 47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər; 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-ci maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyanın torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, əmlakın boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni torpaq sahəsinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni torpaq sahəsi satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh ümumi qaydada tutulması haqqında qətnamə çıxarılması tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia həmin tələb hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında Cavabdeh haqqında hər hansı məlumat əks olunmur. Bu da həmin iddia tələbinin rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 7185,23 (yeddi min yüz seksən beş manat iyirmi üç qəpik) manat təşkil etdiyi halda, 234,8 (iki yüz otuz dörd manat seksən qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 (əlli) manata qədər azaldılmalıdır. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 06.09.2019-cu il tarixli QUFS-4986 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7185,23 (yeddi min yüz seksən beş manat iyirmi üç qəpik) manat, kreditdən istifadəyə görə 2288,71 (iki min iki yüz seksən səkkiz manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 9523,94 (doqquz min beş yüz iyirmi üç manat doxsan dörd qəpik) manat pul İddiaçı-nin xeyrinə tutulmalı, tələb Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldilməli, əmlak hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh 06.09.2019-cu il tarixli QUFS-4986 saylı kredit müqaviləsi üzrə yaranmış borcu ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 117,08 (bir yüz on yeddi manat səkkiz qəpik) manat məbləğində pulun 2,08 (iki manat səkkiz qəpik) manatı iddiaçıya aid edilməli, 115 (bir yüz on beş) manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 226-cı maddələrinin göstərilənləri rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.09.2019-cu il tarixli QUFS-4986 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7185,23 (yeddi min yüz seksən beş manat iyirmi üç qəpik) manat, kreditdən istifadəyə görə 2288,71 (iki min iki yüz seksən səkkiz manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 9523,94 (doqquz min beş yüz iyirmi üç manat doxsan dörd qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı-nin xeyrinə tutulsun. Tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilsin. Torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi 30 (otuz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 117,08 (bir yüz on yeddi manat səkkiz qəpik) manat məbləğində pulun 2,08 (iki manat səkkiz qəpik) manatı iddiaçıya aid edilsin, 115 (bir yüz on beş) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar