Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-275/2023 11.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X21 qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil və Maraqlı şəxs Xaçmaz Regional Miqrasiya İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun yəni Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1980-cı ilin yanvar ayından daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, 15 oktyabr 1960-cı il tarixdə Qazaxıstan Respublikasının Qərbi-Qazaxıstan vilayəti, Priuralnıy rayonu, Trekino kəndində anadan olmuşdur. 1978-ci ildə Qazaxıstan Respublikasıda X12 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Onların birgə nikahından 10 iyul 1979-cu il tarixdə X1 Respublikasının Uralsk vilayətində anadan olmuşdur. 1979-cu ilin noyabr ayında həyat yoldaşı Surəddin Abdullayev öz vətəninə, yəni Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirdiyi üçün övladı Tofiq ilə birlikdə köçərək Azərbaycan Respublikasına gəlmiş və 1980-ci ilin yanvar ayından daimi olaraq bu günə kimi Quba rayonu Üçgün kəndində yaşayır. Azərbaycan Respublikasına gəldikdən sonra Surəddin Abdullayevlə birgə nikahlarından 28 iyul 1981-ci il tarixdə X7, 19 iyun 1983-cü ildə Abdulayeva (Həsənova) Elza Suləddin qızı və 05 mart 1985-ci ildə X13 adlı övladları Quba rayonu Üçgün kəndində anadan olmuşlar. Onun Azərbaycan Respublikasında yaşamağı Quba rayonuna köçdükdən sonra üç övladının doğum haqqında şəhadətnamələri ilə yanaşı, Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin arayışları və 29 aprel 1997-ci ildən Quba rayonu Üçgün kənd orta məktəbində gözətçi işləməsi ilə bağlı adına yazılmış İT-İ ******* saylı əmək kitabçası da təsdiq edir. Belə ki, həmin əmək kitabçasından da göründüyü kimi o 1997-ci ilin aprel ayından 2007-ci ilin noyabr ayına kimi Quba rayon Üçgün kənd orta məktəbində gözətçi və ocaqçı işlərində rəsmi şəkildə çalışmışdır. Bununla bağlı əmək kitabçasından başqa işlədiyi müəsisənin arayışını da ərizəsinə əlavə edir. Göründüyü kimi o 1980-cı ilin yanvar ayından Quba rayonu Üçgün kəndində daimi olaraq yaşayır. Bu faktı sənədlərlə yanaşı şahid ifadələri ilə də təsdiq edə bilər. Lakin hazırda vətəndaşlığı olmadığından Azərbaycan Respublikası vətəndaşı kimi öz hüquqlarını həyata keçirə bilmir. Halbuki, mövcud qanunvericiliyin tələbinə əsasən 2006-ci ilin yanvar ayının 1-dək və hal-hazırda da Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa, o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. Onun Azərbaycan Respublikasının mənsubiyyətinə tanınmaması müvafiq icra hakimiyyəti orqanının arayışı, müvafiq qaydada məhkəməyə müraciət etməli olduğu ilə bağlı məktubu, eyni zamanda doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin, yəni Qazaxıstan Respublikasının vətəndaşı hesab edilməməsi ilə bağlı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin arayışı ilə təsdiq edilir. Əlavə olaraq qeyd edir ki, o Azərbaycan Respublikasına gələrkən SSRİ pasportu, nikah haqqında şəhadətnaməsi və doğum haqqında şəhadətnaməsi olsa da, həmin sənədlər itmişdir. O, doğum haqqında şəhadətnamədən çıxarışı çətinliklə də olsa, Qazaxıstan Respublikası Bəyterek rayonu mədəniyyət, dillərin inkişafı, bədən tərbiyəsi və İdman şöbəsindən gətizdirə bilmişdir. Digər sənədləri geri qaytarmaq imkanı xaricindədir. Məhkəməyə hazırkı ərizə ilə müraciət etməkdə məqsədi vətəndaşsızlıq halının aradan qaldırılaraq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunaraq şəxsiyyət vəsiqəsi almaq istəməyidir. Azərbaycan Respublikasında daimi yaşaması və başqa dövlətin vətəndaşı olmaması faktının yeganə təsdiq yolu isə məhkəmə qaydasında həmin faktın müəyyən olunmasıdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Xaçmaz Regional Miqrasiya İdarəsinin nümayəndəsi X15 ərizənin təmin edilməsi üçün bütün sübutların mövcud olmasını və ərizənin təmin edilməsinə etirazının olmamasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs Xaçmaz Regional Miqrasiya İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 344 nömrəli arayışından görünür ki, Ərizəçi 1980-cı ildən hal-hazıra kimi Quba rayonu, Üçgün kəndində yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü X8 adlı, xx.xx.1985-ci il təvəllüdlü X13 və 10 iyul 1979-cu il təvəllüdlü X9 adlı övladları vardır və həmin şəhadətnamələrin ana qrafasında İvantsova (Abdullayeva) Valentina Semyonovna olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 20 may 1997-ci il tarixli, İT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İvantsova (Abdullayeva) Valentina Semyonovna 29 aprel 1997-ci il tarixdə Quba rayonunun Üçgün kənd orta məktəbdə gözətçi vəzifəsinə qəbul edilmiş, 29 noyabr 2007-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 5-1-15/153 nömrəi, xx.xx.2019-cu il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi 15 oktyabr 1960-cı ildə tarixdə doğulmuş, atası X14, anası X11. İş materiallarına əlavə edilmiş Qazaxıstan Respublikasının vətəndaşlığının olmaması barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında Qazaxıstan Respublikasının Qanununa uyğun olaraq X3 Qazaxıstan Respublikasının vətəndaşı deyil. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 15 oktyabr 1960-cı il tarixdə Qazaxıstan Respublikasının Qərbi-Qazaxıstan vilayəti, Priuralnıy rayonu, Trekino kəndində anadan olmuş, 1978-ci ildə Qazaxıstan Respublikasıda X12 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, onların birgə nikahından 10 iyul 1979-cu il tarixdə X2 Respublikasının Uralsk vilayətində anadan olmuş, 1979-cu ilin noyabr ayında həyat yoldaşı Surəddin Abdullayev öz vətəninə, yəni Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirdiyi üçün övladı Tofiq ilə birlikdə köçərək Azərbaycan Respublikasına gəlmiş və 1980-ci ilin yanvar ayından daimi olaraq bu günə kimi Quba rayonu Üçgün kəndində yaşayır. Azərbaycan Respublikasına gəldikdən sonra Surəddin Abdullayevlə birgə nikahlarından 28 iyul 1981-ci il tarixdə X7, 19 iyun 1983-cü ildə Abdulayeva (Həsənova) Elza Suləddin qızı və 05 mart 1985-ci ildə X13 adlı övladları Quba rayonu Üçgün kəndində anadan olmuş, onun Azərbaycan Respublikasında yaşamağı Quba rayonuna köçdükdən sonra üç övladının doğum haqqında şəhadətnamələri ilə yanaşı, Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin arayışları və 29 aprel 1997-ci ildən Quba rayonu Üçgün kənd orta məktəbində gözətçi işləməsi ilə bağlı adına yazılmış İT-İ ******* saylı əmək kitabçası da təsdiq edir. Beləliklə, qeyd olunanlara əsasən Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1980-cı ilin yanvar ayından daimi yaşaması faktı məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs vətəndaşlığı olmayan şəxs hesab edilir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1980-cı ilin yanvar ayından daimi yaşamağı faktının müəyyən edilməsi ilə bağlı ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1980-ci ilin yanvar ayından daimi yaşaması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-275/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-275/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver