Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2771/2025 12.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzvləri ilə birlikdə mərhum atası X2 miras qalmış Quba rayonu Kunxırt kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il tarixində Quba rayonu Kunxırt kəndində anadan olmuş, anadan olan gündən son günlərə kimi Quba rayonu Kunxırt kəndində X40dan miras qalmış evdə yaşamışdır. X1 xx.xx.2016-cı il tarixində vəfat etmişdir, atası X32 rayonu Kunxırt kəndində fərdi yaşayış evi miras qalmışdır və Quba regional ASAN xidmət mərkəzinin notariat ofisinin 12 mart 2025-ci il tarixli məktubuna əsasən xx.xx.2016-cı il tarixində vəfat etmiş X1nun varisləri sırasına daxil edilmişdir. O, X40dan miras qalmış Quba rayon Kunxırt kəndində yerləşən evə köçüb yaşamaq istəyir, lakin cavabdeh qardaşı Cavabdeh evə köçüb yaşamağına icazə vermir, o özü ailə üzvləri ilə bir yerdə Quba şəhərində kirayədə yaşayır, digər ata evindən başqa yaşayış yeri yoxdur, qanun tələblərinə əsasən onun ata yurdunda yaşamaq hüququ vardır, ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İdda ərizəsinə əlavə etdiyi Quba rayon İcra Başçısının Güləzi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 02 aprel 2025-ci il tarixli 59 nömrəli arayışından aşkar olunur ki, o xx.xx.1984-cü il tarixindən halhazırki günə kimi mərhum X1nun Quba rayonu Kunxırt kəndində yerləşən təsərrüfatında qeydiyyatdadır və vərəsələrdən biridir. İddia ərizəsinə əlavə etdiyi Quba Regional ASAN xidmət mərkəzinin Notariat ofisinin 12 mart 2025-ci il tarixli vərəsəliyə dair məktubundan aşkar olunur ki, o, xx.xx.2016-cı il tarixində vəfat etmiş atam X3 vərəsələri sırasına daxildir. İddia ərizəsinə əlavə etdiyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan aşkar olunur ki, mərhum X1na məxsus fərdi yaşayış evi üçün olan qeydiyyat vəsiqəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında qeydiyyatdan keçmədiyi üçün çıxarışın verilməsindən imtina edilmişdir. Beləliklə qeyd edilmiş əsaslara əsasən hesab edir ki, o, mərhum X1nun vərəsəsidir, ondan miras qalmış Quba rayonu Kunxırt kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərindən biri olacaq, mərhum X1nun təsərrüfatında qeydiyyatdadır, ona görə də, qeyd edilmiş evdə onun yaşamaq hüququ vardır. O, cavabdeh qardaşı Cavabdeh müraciət edib miras əmlakına dair sənədlərin surətini tələb etmiş, lakin o, sənədlərin surətini ona təqdim etməkdən imtina etmişdir, qeyd edilən sənədlərin başqa qaydada əldə edə bilmədiyi üçün sənədlərin cavabdehdən tələb edilib işə əlavə edilməsi qanunda nəzərdə tutulur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, göstərmişdir ki, mübahisəli ev 1980-cı ildə tikilmiş, mülkiyyətində başqa ev yoxdur. Hal-hazırda İcra Hakimiyyətinin balansında olan kənd icra nümayəndəliyinə məxsus Atuc kəndində köhnə sığınacaqada yaşayır. Atası sağlığında ona bir otaq ayırmışdır. Həmin evin təmir işlərinə xərc cəkmiş, beton tökdürmüş, qapı-pəncərə qoydurmuşdur. Sonra qardaşı onu həmin evə buraxmamışdır. Onun yaşamağa başqa evi yoxdur, ailə üzvləri ilə birgə bir otaqda yaşayırlar. İddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, ev atasına məxsus olmuşdur. Atası vəfat etmişdir. Qardaşı Atuc bələdiyyəsinin vasitəsi ilə bir neçə torpaq alıb satmış, istəsə özünə ev tikə bilərdi. Hazırda anasına özü baxır, anası ona etibarnamə vermişdir ki, evi adına keçirsin. Qardaşı buna narazılıq edərək, evi onun adına keçməsinə razılıq verməmişdir. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X7 məxsus fərdi yaşayış evi üçün qeydiyyat vəsiqəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. - Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 12 mart 2025-ci il tarixli 1074№li məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli V-205 reyestr nömrəli vərəsəlik işinə əsas X8, X13, X28, İddiaçı, X29 və X20 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X9 qanun üzrə vərəsəsi sırasına daxildir. - Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 aprel 2025-ci il tarixli 59№li arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən hal-hazırda kimi mərhum atası X4 Kunxırt kəndində yerləşən təsərrüfatında qeydiyyatdadır vərəsələrdən biridir. -JN-060A KOD 30312028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X14, X15, İddiaçı, X18 və X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə 0,15 hektar torpaq sahəsi verilmişdir. -JN-0011 KOD 30312038 saylı Torpağa Mülkiyyət Hüququna X46 görünür ki, X14, X10, X20, X21, İddiaçı, X19, Cavabdeh, X30 və X11 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə 3,48 hektar torpaq sahəsi verilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 dekabr 2025-ci il tarixli 3- 21-3-34/2-17071/2025 saylı məktubundan görünür ki, mərhum X7 məxsus fərdi yaşayış evinə verilmiş qeydiyyat vəsiqəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. JN-060A saylı Kod 30312028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sahəsinə uyğun olaraq qeydiyat kitablarında qeydə alınmışdır. -Güləzi kənd İƏD üzrə nümayəndəsinin 05 mart 2025-ci il tarixli 44 saylı arayışından görünür ki, X14 xx.xx.1953-cü ildə Qonaqkənd rayonunun Güləzi kəndində anadan olmuş, Quba rayonunun Kunxırt kəndində yaşamış, xx.xx.2016-cı il tarixdə Quba rayonunun Kunxırt kəndində vəfat etmişdir. Vəfatından sonra vərəsələri arvadı X8, oğlanları X20, X21, X16 (vəfat edib), İddiaçı, X31, oğlu X13 qalmışlar. -xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 823402 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla İddiaçı xx.xx.1984-cü ildən atası X4 adına olan evdə yaşaması, və ümumi təsərrüfat aparması, onun daimi yaşayış yerinin Quba rayonu, Kunxırt kəndi olması, iddiaçının iradəsindən asılı olmayaraq, həmin evdən istifadə edə bilməməsi və cavabdeh X17 tərəfindən onun həmin evdən istifadə etməsinə razılığının olmaması sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. - 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mənzil Məzəlləsinin: -29.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından da müəyyən edildiyi kimi sözügedən əmlak ümumi mülkiyyətdədir. Belə olduğu halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun qanunla qorunan hüquqları bərpa edilməklə mənzilə köçürülməlidir. Məhkəmə tədqiqi zamanı işin mübahisəsiz halı olaraq mübahisə predmeti olan evin ümumi mülkiyyətdə olduğu və həmin paylardan birinin də iddiaçının özünə və iddiaçının mərhum atasına məxsus olduğu aydın olmuşdur. İddiaçı X40 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, bundan sonra vərəsəlik işi açılmışdır. İddiaçı atası X4 qanun üzrə vərəsəsidir. Yəni iddiaçının torpağa münasibətdə həm öz payı, həm də atasından mirası qəbul etdiyi üçün onun qanun üzrə vərəsəsi kimi əmlakda payı vardır. Bundan başqa iddiaçının başqa yaşayış yeri olmamaqla hazırda ümumi mülkiyyətində olan mənzildə yaşamaq üçün ehtiyacı olmasına baxmayaraq mülkiyyət hüquqlarından istifadə edilməsi hüququ pozulmuşdur. Hətta iddiaçının başqa yaşayış yerinin olması belə onun mülkiyyətində olan əmlaka münasibətdə mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hal kimi əsas götürülə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Digər ailə üzvlərinin köçürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən qanunvericiliyin normalarına əsasən yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ona görə də mülkiyyətçi özü ilə birlikdə ailə üzvlərinin də köçürülməsinə münasibətdə iddia təmin edilməlidir. Həmçinin, məhkəmədə tərəflərin izahatlarından məlum olmuşdur ki, iddiaçı mübahisəli evdən könüllü deyil, cavabdehin təkidi ilə çıxmışdır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddiaçının iradəsinin ziddinə olaraq, onun mübahisəli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onun Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X35 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə mərhum atası X2 miras qalmış Quba rayonu Kunxırt kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə mərhum atası X2 miras qalmış Quba rayonu Kunxırt kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2771/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2771/2025
12.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver