Məhkəmə qərarları › İş №2(027)-2855/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2855/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2855/2024 20.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1037,49 manat məbləğində əsas borcun **********03640 saylı abonent koduna və 30,37 manat dövlət rüsumunun İddiaçı bank hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Barlı kəndində yaşayan Cavabdeh istifadə etdiyi təbii qaza görə xx.xx.2024-cü il tarixinə 1037,49 manat borcu yaranmışdır ki, bu da təmiz debitor borcudur. Bu məbləğ ödənilməmiş qalmışdır. Həmin borc sayğacla müəyyən olunan, abonentin evində istehlak edilən təbii qaza görə yaranmış debitor borcudur. Tərəfimizdən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonentin debitor borcu hələ də ödənilməmişdir. Abonentin debitor borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilir. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. İş üzrə toplanmış materialları tədqiq edərək, hesab edirəm ki, kiçik iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə eyni tələblə iddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(027)-2832/2024 saylı qətnaməsi ilə təbii qazdan istifadəyə görə yaranmış 1037,49 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,37 manat Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsindən görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə olmuş və iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə ilə bağlı kiçik iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə ilə bağlı kiçik iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar