Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2859/2024 02.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəylə məhkəməyə müraciət etmişdir. İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1783 (min yeddi yüz səksən üç) manat 35 (otuz beş) qəpik məbləğində əsas borcun və 37 (otuz yeddi) manat 85 (səksən beş) qəpik dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı İB-nin nümayəndəsi X1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən borcun ödənildiyini qeyd edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, İddiaçı İB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 37 (otuz yeddi) manat 85 (səksən beş) qəpik dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən İddiaçı İB -nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldığından İddiaçı İB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 37 (otuz yeddi) manat 85 (səksən beş) qəpik dövlət rüsumu İddiaçı İB -nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2859/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2859/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver