Məhkəmə qərarları › İş №2(027)-29/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-29/2024

03.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-29/2024 03.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun Hacıqayıb kəndi ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN 0434 saylı 30313088 kodlu Dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus 02 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alaraq ona qaytarılması, torpaq sahəsində ölçmə-müayinə keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin tamlığının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan, Quba rayonu Hacıqayıb kəndi ərazisində yerləşən torpaq sahəsinə hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət elmişdir. Bununla əlaqədar DƏDRX publik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanına göndərilmiş xx.xx.2022-cı il tarixli, **********08 saylı məktubda bildirilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqadar müraciət edilmiş torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Cavabdeh oglu bütövlükdə qeyd olunan 2 hektar torpaq sahəsini uzun müddətdir ki, istifadə edir, onu mülkiyyətçi olaraq əraziyə buraxmır, sənədlərin hazırlanması üçün ərazini müayinə etmək üçün mütəxəssisi də əraziyə buraxmamışdır. Bu səbəbdən də müvafiq sənədlərin hazırlanması mümkün olmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır ki, DƏDRX-nin əməkdaşları ərazidə ölçmə işləri apara bilsinlər. Hlabelə ərazinin tamlığı cizgilər daxilində bərpa edilməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə mərhum qaynatası X3 adına işlənmiş torpağa mülkiyyət hüququna dair JN302 saylı 30313088 kodlu Dövlət aktına əsasən payı 2,376 ha, X3 0,594 ha torpaq payıda üstünə gəlməklə ümumilikdə onun payı 2,97 hektar müəyyən edilmişdir. Torpaq sahəsi iki hissədə yerləşir. 0,97 ha hissəyə xx.xx.2022-ci qeydiyyat tarixli, **********31 reyestr nömrəli çıxarış almışlar. Qalan 2 hektar torpaq sahəsi isə halhazırda da cavabdehin istifadəsindədir, həmin əraziyə onları yaxın buraxmır. Cavabdeh 17 ildir ki, qeyd olunan 2 hektar torpaq sahəsini istifadə edir. Orada mövcud olmuş meyvə ağaclarınə özbaşına olaraq çıxararaq başqa ağaclar əkməklə torpaq sahəsindən külli miqdarda gəlir əldə edir. Torpaq sahəsindən hər il ən azından 3000 manat gəlir götürə bilərdi. Həmin götürə biləcəyi gəliri əldən çıxmışdır. 17 il ərzində 3000 manatdan 51 min manat pul cavabdehin günahı üzündən əlinidən çıxmışdır. Cavabdeh həmin vəsaitidə qaytarmalıdır. O, da qanunlara hörmət edən vətəndaş olaraq məsələni hüquqi yolla məhkəmə qaydasında həli etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, cavabdehin onun torpaq sahəsini istifadə etdiyini, həmin torpaq sahəsi dövlət aktına əsasən onun və ailə üzvlərinin adınadır, 0,97 ha torpaq sahəsinə çıxarış aldığını qalan torpaq sahəsinə cavabdehin yaratdığı maneələrə görə çıxarış ala bilmədiyini bildirərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsinin Torpağa Mülkiyyət Hüququna Dair JN 0440 KOD 30313088 saylı Dövlət Aktına əsasən ona məxsus olduğunu, həmin torpaq sahəsini 2005-ci il tarixli, 4-ə-973 saylı müqavilə ilə aldığını, 17 il ərzində istifadə etdiyini, orada bağ saldığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-0434 KOD 30313088 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, İddiaçı, X14, X11 və X4 mülkiyyətinə Quba Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən 0,9733 hektar və 1,4062 ha olmaqla torpaq sahələri verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu Hacıqayıb kəndində 0,9733 ha torpaq sahəsi İddiaçı və ailə üzvləri X5, X8, X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 31 mart 2003-cü il tarixli, 2- 52/2003 saylı qətnaməsindən görünür ki, o cümlədən, JN 302 KOD 30313088 Torpağa Mülkiyyət Hüququna X23na əsasən verilmiş 2,97 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, İddiaçı 3 uşağı ilə birlikdə payının 2,376 hektar, cavabdeh X3 payının 0,594 hektar müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş JN-440 KOD 30313088 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, Cavabdeh mülkiyyətinə Quba rayon Dövlət Notariat Kontorunun 07 oktyabr 2005-ci il tarixli, 4-ə-973 saylı müqaviəsinə əsasən 2 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, JN-434 və JN-440 KOD 30313088 nömrəli Torpağa Mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin cizgiləri və koordinatları eynidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, JN-440 KOD 30313088 nömrəli Torpağa Mülkiyyət hüququna X23 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmiş, cizgisi bazada öz əksini tapmamışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3652/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ““Torpağa mülkiyyət hüququna dair” JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 766/2024 saylı məhkəmə bildirişindən görünür ki, Cavabdeh İddiaçı, X14, X11 və X6 qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki iş vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, JN 302 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X13, X12, İddiaçı, X14, X11 və X6 Quba rayonu Hacıqayıb kəndi ərazisində 2,97 ha torpaq sahəsi verilmiş, Quba Rayon Məhkəməsinin 31 mart 2003-cü il tarixli, 2-52/2003 saylı qətnaməsi ilə həmin 2,97 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, İddiaçı 3 uşağı ilə birlikdə payının 2,376 hektar, X3 payının 0,594 hektar müəyyən edilməsi qət edilmiş, həmin qətnamə əsasında İddiaçı, X14, X11 və X4 mülkiyyətinə 2,37 ha (0,9733 hektar və 1,4062 ha) torpaq sahəsinin verilməsi barədə JN-0434 KOD 30313088 saylı Torpağa Mülkiyyət Hüququna X23 hazırlanmışdır. 0,9733 hektar torpaq sahəsinin plan və ölçüsü hazırlanmış və qeydiyyata alıması barədə çıxarış verilmiş, 1,4062 ha torpaq sahəsinə dair mübahisə olduğundan torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, Cavabdeh mülkiyyətinə Quba rayon Hacıqayıb kəndi ərazisində Quba rayon Dövlət Notariat Kontorunun 07 oktyabr 2005-ci il tarixli, 4-ə- 973 saylı müqaviəsinə əsasən 2 hektar torpaq sahəsinin verilməsi barədə JN-440 KOD 30313088 saylı Torpağa Mülkiyyət Hüququna X23 hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məlumatında JN-434 və JN-440 KOD 30313088 nömrəli Torpağa Mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin cizgiləri və koordinatlarının eyni olması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ““Torpağa mülkiyyət hüququna dair” JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3652/2023 saylı qərarı ilə iddiası rədd edilmişdir. Həmin qərarda gösrərilir ki, “JN 0434 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna X23na əsasən Quba AİK-nın 22.12.98-ci il tarixli 17 saylı qərarı və Quba rayon Məhkəməsinin 31.3.03-cü il tarixli 2- 52/2003 saylı Qətnaməsi ilə verilmiş 2.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvlərinə verilmişdir. 2.38 ha torpaq sahəsinə verilmiş JN-434 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna X23”nın 434Z (0.9733 ha) hissəsinə dövlət reyestrindən İddiaçı və ailə üzvləri X5, X8, X2 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarış işlənmişdir. JN-302 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi elə İddiaçı və ailə üzvlərinin adına verilmiş JN- 0434 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsidir. Belə ki, Quba rayon məhkəməsinin qanuni qüvvəsini almış 31 mart 2003cü il tarixli 2-52- 2003-cü il tarixli qətanməsi ilə JN-302 nömrəli dövlət aktında göstərilmiş 2,97 ha torpaq sahəsinin 2,376 ha hissəsi hazırkı, iş üzrə 3-cü şəxs olan İddiaçı və ailə üzvlərinin adlarına verilməsi qət olunmuşdur. İddiaçı və ailə üzvlərinin adına verilmiş torpaq sahəsi JN-302 saylı dövlət aktında göstərilmiş və ilkin sahibinə təhkim olunmuş koordinatların çərçivəsində yerləşir və Cavabdeh iddia elədiyi torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.” Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla İddiaçı məxsus 1,4062 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də Cavabdeh qanunsuz istifadə etdiyi İddiaçı və ailə üzvlərinə məxsus 1,4062 ha torpaq sahəsindən çıxarılmalı və bununla da iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Məhkəmə iş üzə müəyyən edilmiş hallara qiymət verərək həmçinin hesab edir ki, iddia İddiaçı mərhum qaynatası X3 adına olan 0,594 ha torpaq sahəsinin alınıb verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ona bağışlanma, alqı-satqı və ya vərəsəlik yolu ilə verilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh JN 0434 saylı 30313088 kodlu Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus 1,4062 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsində ölçmə-müayinə keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, həmçinin Cavabdeh 240 manat dövlət rüsümü alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh JN 0434 saylı 30313088 kodlu Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus 1,4062 ha torpaq sahəsindən çıxarılsın. Torpaq sahəsində ölçməmüayinə keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh 240 manat dövlət rüsümü alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar