Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-302/2021 15.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları xx xxxxxxxx 2006-cı il təvəllüdlü X14 və xx xxxxxx 2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2, mənzil 2 ünvanında yerləşən mənzilə köçürülmələri və həmin mənzildən onların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizələrini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxx 2005-ci ildə ailə quraraq onun yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür.. Cehiz əmlakını həmin mənzilə gətirmişdir. Nikahları xx xxxxxx 2006-cı ildə tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2006-cı il təvəllüdlü Aysel və xx xxxxxx 2013-cü il təvəllüdlü Şövkət adlı uşaqları doğulmuşdur. Cavabdehlə birlikdə həmin mənzildə 2019-cu ilin əvvəlinə kimi yaşamışlar. Lakin cavabdehlə münasibətləri pisləşdiyindən cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1157/2020 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları onun yanında saxlanılmışdır. Bundan sonra həmin mənzildə yaşamaq mümkün olmadığı üçün, cavabdehin təzyiqi üzündən evdən çıxmaq məcburiyyətində qalmışdır. Lakin cehiz əmlakın həmin evdədir. Kirayə ev tutaraq həmin evdə uşaqları ilə yaşayır. Lakin cavabdeh həm də onun dayısı oğlu olduğu üçün, hazırda cavabdehə məxsus ev vaxtilə o, ailə qurarkən onun nənəsinə məxsus olduğundan, cavabdehə ona evə köçməyi və evdən istifadə hüququnun tanınmasına etiraz etməmiş, hətta uşaqlarına evdən pay verəcəyini bildirmişdir. O, həmin evdən məcburi olaraq çıxdığı vaxtdan dəfələrlə cavabdehlə həmin evə köçmək barədə aralarında danışıq olmuş, lakin sonradan bu söhbətlər alınmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sorğu verərək aldığı materiallarında da göründüyü kimi, o, Cavabdehlə 2005-ci ilin aprel ayının 20-də ailə qursa da, nikahları xx xxxxxx 2006-cı ildə rəsmiləşdirmişlər. O,ailə qurarkən cavabdehin yaşadığı ev xx xxxx 1979-cu il tarixli Quba rayon X7 Mənzil İstismar Kontorunun 84 nömrəli Orderi ilə nənəsi X3 məxsus olmuş, nənəsi X4 xx xxxx 2000-ci il tarixdə vəfat etmişdir. Həmin evdə cavabdeh olan dayısı oğlu Cavabdeh və onun ailə üzvləri yaşayırdırlar. Onun gəlin köçüb yaşadığı ev nənəsinin Xırdaxanım Daşdəmirovaya orderlə məxsus olmuş, o, gəlin köçərkən ev özəlləşdirilməmiş, o, gəlin köçməmişdən qabaq nənəsi vəfat etmişdir. Beləliklə mübahisəli hüquq münasibəti 2006-ci ildə yaranmışdır və həmin vaxt köçdüyü mənzil orderlə nənəsi X3 məxsus olmuş, nənəsi o, həmin evə gəlin köçməmişdən xx xxxx 2000-ci il tarixdə vəfat etmiş, həmin mənzildə cavabdeh və ailə üzvləri yaşamışlar. Cavabdehlə aralarındakı hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən, mübahisəli mənzil xidməti yaşayış sahəsi olduğundan hazırki mənzil hüquq münasibətlərinə həmin dövrədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Beləliklə o, cavabdehin yaşadığı həmin mənzilə xx xxxxx 2005-ci ilin köçərək 2019-cu ilə kimi yaşamışdır. Sonradan 2014-cü ildə cavabdehin anası Rəhilə Hacıyevə həmin mənzilə dair vərəsəlik qaydasında miras məsələlərinin həll edilməsi üçün Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-929/2014 nömrəli, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə nənəsi X2 adına olan Quba şəhəri üzrə Mənzil İstismar sahəsi tərəfindən verilmiş 84 saylı, xx xxxx 1979-cu il tarixli orderin X6 məxsus olması faktı təsdiq edilmiş, bundan sonra həmin mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasən xx xxxxxx 2015-ci il qeydiyyat tarixlə nənəsi X5 adına özəlləşdirilmiş, Quba rayon Notariat Kontorunun xx xxxxxx 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzilə X5 vərəsələri X10, nəvələri Cavabdeh, Hacıyev İlqar Şövkət oğlu və Hacıyeva Aytən Şövkət qızı arasında ¼ hissədə miras pay müəyyən edilmiş, bundan sonra digər payçılar paylarını cavabdehə bağışlamış, cavabdeh adına həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X18 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iclasda iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu anadan olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X5 mülkiyyətində olmuşdur. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X5 vərəsələri ünvan 2 ünvanında yaşayan – gəlini X10, nəvələri Cavabdeh, Hacıyev İlqar Şövkət oğlu və Hacıyeva Aytən Şövkət qızı olmaqla hər birinin miras əmlakı üzərində ¼ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan orderin surətindən görünür ki, xx.xx.1979-cu il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı» qərarında ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Uşaq hüquqları haqqında BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 16.1-ci maddəsinə əsasən heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsd obyekti ola bilməz. Uşaq hüquqları haqqında xx xxx 1998-ci il tarixli Azərbaycan Respublikası qanunun 20.1-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa catmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçının mübahisəli evdən istifadə etməsi ilə bağlı hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrlərdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyinin normalarından göründüyü kimi mülkiyyətçinin özünə məxsus yaşayış sahəsinə köçürdüyü ailə üzvləri evin yaşayış sahəsinə mülkiyyətçi ilə bərabər istifadə hüquqları əldə edirlər. Müvafiq hüquq normalarının tələblərinə görə ailə üzvləri dedikdə, mülkiyyətçinin arvadı (əri), onların uşaqları və valideynləri başa düşülsə də, mülkiyyətçi ilə birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərdilər. Məhkəmə araşdırması zamanı təsdiq edilir ki, İddiaçı qızı ilə Cavabdeh xx.xx.2005ci il tarixdə el adəti ilə ailə qurmuşlar və həmin tarixdən onlar ailə kimi yaşamağa başlamışlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu anadan olmuşdur. Birgə nikah dövründə iddiaçı gəlin köçdüyü orderlə X3 məxsus olan sonradan cavabdehin mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən mənzildə cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı anasına məxsus evində yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah rəsmi qaydada pozulmuşdur. İddiaçı gəlin köçdüyü evdə yaşamaq istəsə də, cavabdeh iddiaçı və uşaqlarının mübahisəli evdə yaşamasına maneələr yaratmışdır. İddiaçı hazırda gəlin köçdüyü və uşaqlarını dünyaya gətirdiyi ünvan 2 ünvanında yerləşən mənzildən istifadə edə bilmir. İddiaçı gəlin köçdüyü və cavabdehin mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan mənzil hal-hazırda cavabdeh və onun ailə üzvlərinin istifadəsindədir. İddiaçı, bu evə cavabdehin razılığı ilə gəlin köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun da mübahisəli evdən burada yaşayan cavabdeh və onun ailə üzvləri ilə bərabər surətdə orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Beləliklə köçürülməyini tələb etdiyi ev onun yaşayış yeri olmuş, cavabdehin onu və uşaqlarını bu evdən məhrum etmək səlahiyyəti yoxdur. Məhkəməyə müraciət edərək uşaqları ilə birlikdə ora köçürülməsini və həmin evdən istifadə hüququnun müəyyən edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil hazırda Cavabdeh mülkiyyətində olsa da, iddiaçı həmin evə köçərkən qeyd edilən mənzil orderlə X3 məxsus olmuşdur. Sonradan hüquq münasibəti dəyişsə də, iddiaçının həmin evə istifadə hüququ mövcud olmuşdur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını iddia tələbinə tətbiq etməklə belə qənaətə gəlir ki, İddiaçı mübahisəli yaşayış evinə köçürülməldir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu adlı uşaqları var. Cavabdeh və İddiaçı ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşağı xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu anaları İddiaçı yanında olmaqla, onun himayəsində yaşayır. Həmin uşaqların yaşayış yeri İddiaçı yaşayış yeri sayıldığından, onlar da mübahisəli yaşayış evə köçürülməli və onların həmin evə istifadə hüquqları tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı azyaşlı övladı xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2, mənzil 2 ünvanında yerləşən mənzilə köçürülməli və həmin evə onların istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2, mənzil 2 ünvanında yerləşən mənzilə köçürülsünlər və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı və xx.xx.2006cı il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü Hacıyev Şövkət Vüqar oğlunun istifadə hüquqları tanınsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-302/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-302/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver