Məhkəmə qərarları › İş №2(027)-304/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-304/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-304/2021 02.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X29 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X17 onun, yəni Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O, Ərizəçi xx xxx 1972-ci il tarixdə Quba rayonu İspik kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsində anası X18, atası X20r. O, doğularkən adına l-JQ 379628 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X9 xx xxx 1937 il tarixdə doğulmuş bu zaman ona sovet pasportu verilmişdir. Atası xx.xx.1961-ci il tarixdə anası X18 ilə nikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamədə atasının adı ”Şahbala" kimi yazılmışdır. O, doğularkən onun doğum haqqında şəhadətnaməsində atasının sovet pasportuna baxılaraq adı “Şahbala” kimi yazılmışdır. X9 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Onun ölüm şəhadətnaməsində adı “Şixbala" kimi qeyd edilmişdir. X3 adı bəzi sənədlərdə “Şahbala”, digərlərində isə “Şixbala" kimi yazılmışdır. Belə ki, mərhum X3 İ-İE 30463 1 nömrəli doğum haqqında şəhadətnaməsində və AZ-1 179431 nömrəli ölüm şəhadətnaməsində adı “Şixbala” kimi, onun doğum haqqında şəhadətnaməsində, nikah şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində isə “Şahbala" kimi yazılmışdır. Bu barədə o, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 670 nömrəli məktubu ilə X3 16 saylı xx.xx.1956-cı il tarixli Quba RQŞ-i tərtib etdiyi doğum haqqında akt qeydində adı “Şixbala" yazılsa da 16 saylı xx.xx.1961-cı il tarixli Quba RQŞ -nin Tüləkəran İƏD-nin tərtib etdiyi nikah haqqında akt qeydində isə adı “Şahbala" kimi yazılması ilə bağlı olaraq düzəliş edilməsinin mümkün olmadığı və qohumluq faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda X9 öldüyüdən onun nikah şəhadətnaməsi, onun şəxsiyyət vəsiqəsi və doğum şəhadətanməsində adının "Şixbala" kimi düzəliş edə bilmir. Atasının adının sənədlərdə “Şixbala” kimi yazılması üçün o, özünə və uşaqlarına məxsus doğum, nikah şəhadətnamələrini eləcə də torpaq sənədlərində dəyişiklik elməlidir. Atasının doğum haqqında şəhadətnaməsində və ölüm şəhadətnaməsində adının "Şixbala" kimi onun doğum haqqında şəhadətnaməsində, nikah şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində isə “Şahbala” kimi yazılması ilə bağlı olaraq vərəsəlik məsələləri ilə bağlı çətinliklə üzləşmişdir. Ona görə də xx xxxxxx 2006-cı il tarixdə ölmüş X17 onun atası olmaqla, qohumluq faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Babayeva (Hacıyeva) Rəmziyyə Şahbala qızı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Onun atası - X25, anası - X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətində görünür ki, X25 xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə onun adı “Şixbala” olaraq qeyd edilmişdir.. İş materiallarında olan Quba RİHB-nın İspik İƏD üzrə nümayəndəliyinin xx.xx.2014cü il tarixli arayışından görünür ki, X10 rayonu, İspik kəndində yaşamış, xx.xx.2006-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Onun vəfatından sonra - X8, X4, Qədirova Göyçək Şixbala qızı, X5, Ərizəçi Şixbala qızı və X12 vərəsələri olaraq qalmışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2006-cı il tarixdə Quba rayonu, İspik kəndində vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Rəmziyyə Hacıyevaya “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görnür ki, X2 Həlimə Niftəli qızı arasında xx.xx.1961-ci ildə nikah bağlanmışdr. Həmin şəhadətnamədə X25onun adı “Şahbala” olaraq qeyd edilmişdir İş materiallarında olan İspik İƏD-i üzrə nümayəndəliyin müavini Ş.Hacıyev, İspik kənd sakinləri X6, X7 xx.xx.2020-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, həqiqətən İspik kənd sakini mərhum X17 1-NE № 304631 qeydiyyat nömrəli xx.xx.1961-ci il tarixli Nigah şəhadətnaməsində adı səhvən Şahbala kimi qeyd edimişdir. Əslində isə Şixbala olmalıdır. Mərhumun qızının şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. Mərhumun nikah şəhadətnaməsi əsas götürülmüşdür. Amma mərhumun istər doğum şəhadətnaməsində 1-NE № 116351 nömrəli xx xxxxxx 1956 cı il, istərsə də AZ- № 179431 nömrəli xx xxxx 2006-cı il tarixli ölüm şəhadətnaməsində adı Şixbala kimi yazılmışdır. Adları qeyd edilən kənd sakinləri Ərizəçi Şixbala qızı olduğunu imzaları təsdiq edirlər. İş materiallarında olan Quba RİHB-nın İspik İƏD nümayəndəliyi üzrə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən o, Quba rayon İspik kənd sakini olub ərazidə qeydiyyatdadır. Onun atasının adı şəxsiyyət vəsiqəsində Şahbala kimi qeyd edilmişdir. X17 adı nikah şəhadətnaməsində Şahbala kimi göstərilmişdir. Həqiqətdə Ərizəçi atasının adı Şixbala olduğu 1-NE № 116351 nömrəli doğum şəhadətnaməsi və AZ-1 № 179431 nömrəli ölüm şəhadətnaməsində öz təsdiqini tapır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixdə ölmüş X25 Ərizəçi atasıdır. Ərizəçi X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, Ərizəçi X9, anası isə X11r. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, Ərizəçi atası X1 onun adı “Şixbala” kimi qeyd edilmişdir. Lakin, Ərizəçi doğum haqqında şəhadətnaməsində “Şahbala” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi xx.xx.2006-cı ildə ölmüş X17 Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə ölmüş X17 Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar