Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-306/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X26 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X16, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mahmudova (Abdullayeva) Haliyə Ələkbər qızı, Mahmudova (Əlişanova) Zahirə Ələkbər qızı və Mahmudova (Hüseynova) Nuriyə Ələkbər qızına qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, valideynləri atası – X17 və anası – X18 JN-078F, Kod 30321098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olmaqla onlardan qalmış Quba rayonu, Qam-qam kəndi ərazisində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə dair miras əmlakını o, yəni Ərizəçi tərəfindən mirasln qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X19 onun atası və X22 anasıdır. Quba rayonu, Qam-qam kəndi ərazisində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi JN-087F Kod 30321098 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən valideynləri - X4 və anası X18 məxsus olmaqla onlardan miras qalmışdır. X4 xx xxxxxx 2008-ci il tarixdə və anası X22 xx xxxxxxxx 2007-ci il tarixdə ölmüşlər. Onların ölümündən sonra vərəsələri bacıları Haliyə, Zahirə, Nuriyə və o qalmışlar. Valideynlərinin vərəsələrindən yalnız o, onlardan miras qalmış torpaq sahəsini faktiki idarə etməklə mirası qəbul etmişdir. Həmin torpaq sahəsinə dair vergi borclarını o, ödəyir. Bu fakt Rustov Bələdiyyəsinin xx xxxxxx 2020-ci il il tarixli 38 saylı arayışı ilə də təsdiq olunur. Eləcə də, həyətdə təmir və təmizlik işlərini o, gördürür. Digər vərəsələr bacıları atasından və anasından miras qalmış əmlakı qəbul etməmişlər. Hazırda o, valideynlərindən miras qalmış Quba rayonu, Qam-,qam kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bunun üçün onun atasının və anasının vərəsəsi olaraq mirası qəbul etməyi faktının müəyyən edilməsi tələb olunur. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə valideynlərindən miras qalmış Quba rayonu, Qam-qam kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsini faktiki idarə etməklə mirası o, qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 962 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı bildirilərək, ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Torpağın mülkiyyət verilməsinə dair JN -087F kod 30321098 saylı şəhadətnamədə atasının soyadında olan yalnışlıq Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aradan qaldırılmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Onun atası – X19, anası – X20r. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X22 arasında xx.xx.1975-ci ildə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2008-ci il tarixdə Quba rayonu, Rustov kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2007-ci il tarixdə Quba rayonu, Qam-qam kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X2 İƏD-nin Qam-qam kəndində yaşamış, xx.xx.2008-ci il tarixdə Quba rayonu, Rustov kəndində vəfat etmişdir. Vəfatından sonra – həyat yoldaşı X22 (vəfat edib), qızı X10, qızı X11, oğlu Ərizəçi, qızı X12 vərəsələri qalmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X13 və X18 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən, JN-078F, KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətna tərtib edilərək 0,24 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1038/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-078F, KOD 30321098 saylı X1 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən JN-078F, KOD 30321098 saylı Şəhadətnamə tərtib edilərək Quba rayonu, Qam-qam kəndində 0.24 ha torpaq sahəsi X19 və X15 mülkiyyətinə verilmişdir. Ərizəçinin X5 xx.xx.2008-ci il tarixdə, anası X22 xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. Ərizəçi mərhum X5ndan və anası X14 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Ərizəçinin bacıları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mahmudova (Abdullayeva) Haliyə Ələkbər qızı, Mahmudova (Əlişanova) Zahirə Ələkbər qızı və Mahmudova (Hüseynova) Nuriyə Ələkbər qızı həmin miras əmlakını faktiki qəbul etməmiş və təsərrüfatı idarə etməmişlər. Həmin mirasla bağlı heç bir tələblə məhkəməyə müraciət etməmişlər. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan atası vəə anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X5 və anası X14 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-078F, KOD 30321098 saylı Şəhadətnaməyə əsasən X5 və anası X14 qalmış mirası - Quba rayonu Qam-qam kəndində yerləşən 0,24 ha torpaq sahəsini Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2008-ci ildə vəfat etmiş X7 və xx.xx.2007-ci ildə vəfat etmiş X14 qalmış miras Quba rayonu Qam-qam kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Qam-qam kəndi olmaqla, onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçinin atası xx.xx.2008-ci ildə vəfat etmiş X9 və anası xx.xx.2007-ci ildə vəfat etmiş X15 mülkiyyətində olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-078F, KOD 30321098 saylı Şəhadətnamə əsasında Quba rayonu, Qam-qam kəndində yerləşən, ümumi sahəsi 0,24 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Qamqam kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-306/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-306/2021
12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver