Məhkəmə qərarları › İş №2(027)-315/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-315/2021

01.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-315/2021 01.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh Calal oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Calal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Calal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən xx xxx 2005-ci il tarixdə verilmiş JN-1072F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər Cavabdeh Calal oğlu, X6 və İddiaçı2 paylı mülkiyyətçilər arasında bərabər paylarla bölünməsi və payların naturada ayrılması, payların hər birinin mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən xx xxx 2005-ci il tarixdə verilmiş JN-1072F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh Calal oğlu, X6 və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh Calal oğlu ilə paylı mülkiyyətçisi olduqları torpaq sahəsinin bölünməsinin və paylarının naturada ayrılması barədə razılıq əldə edə bilmirlər. Bununla bağlı göndərilən yazılı təklifə də cavab verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırkı iddia verilməmişdən əvvəl tərəflərin adına torpaq sahəsinin olubolmamasının müəyyən edilməsi üçün 5 saylı X20 sorğu verilmişdir. Verilmiş sorğuya cavabda tərəflərin adına Quba rayonu İ Nügədi kəndində JN-1072F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0,08 ha həyətyanı torpaq sahəsi aşkar olunması qeyd edilmişdir. Hazırkı torpaq sahəsinin cavabdehin adına olmaması ilə razılaşmır. Ona görə də JN-1072F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən torpağın mülkiyyətçilər arasında bölünməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Calal oğlunun etibarnamə əsasında nümayəndəsi X19 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı1 arasında nikah 2003-cü ildə pozulmuş, həmin vaxt İddiaçı1 cavabdehdən kifayət qədər pul almışdır. Tərəflərin arasında nikah pozulmasından uzun illər ötmüşdür. Cavabdehin adına JN-1072F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən torpaq sahəsi yoxdur. Həmin Şəhadətnaməyə əsasən torpaq sahəsinə cavabdehin qardaşı X9 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Ona görə də, başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi bölünə bilməz. Göstərilənlərə əsasən işə iddiaçıların nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 1072F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayon X8 xx xxxx 1997-ci il tarixli 06 saylı qərarı ilə Cavabdeh Calal oğlu, X2 və X5 Quba rayonu İ Nügədi kəndindən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1072F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 352488 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh Calal oğlu ilə X6 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X10 Quba rayonu, İ-Nügədi kəndindən ümumi sahəsi 69,5 kv2 m, torpaq sahəsi 0,08 ha tam pay mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş aktdan görünür ki, DTXK-nin Quba rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-10xx xxx 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh, X6, İddiaçı2 göstərilmişdir. xx.xx.2005-ci il tarixli JN-598F KOD 30319018 saylı şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçisi X13 qeyd edilmişdir. Dövlət reyestrindən çıxarış almaq üçün X9 ərizəsinə əlavə olunmuş JN-1072 şəhadətnaməyə əsasən torpaq sahəsi və torpaq sahəsindən yerləşən tikililər yerində müayinə olundu. X4 rayon X8 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə JN-1072 F saylı şəhadətnamədə göstərilən torpaq sahəsini əldə etmişdir. Həmin dövrdən hal-hazıradək torpaq sahəsindən fakitki vəziyyətdə istifadə edir, torpaq sahəsindən 2007-ci ildə bir, 2008-ci ildə ikinci yaşayış evini tikmişdir. JN-598F saylı sahə isə xx.xx.1997-ci il tarixli Quba rayon X8 06 saylı qərarı ilə verildiyi vaxtdan Cavabdeh Calal oğlu, X6, İddiaçı2 tərəfindən istifadə olunmuşdur. JN-1072 F saylı torpaq sahəsindən hal-hazırda X12 istifadə edir və torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. JN-1072F və JN-598F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə mülkiyyətçilərin adları düzgün qeyd edilməmişdir. Yuxarıda göstərilən uyğunsuzluqların qonşuların və heç bir mübahisənin olmadığını nəzərə alaraq göstərilən koordinantlar daxilində Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evləri üzərində X9 mülkiyyət hüququnun dövlət reyestrindən qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinin məqsədə uyğun olduğunu hesab edirlər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçıların paylı mülkiyyətçilər arasında bölünməsini tələb etdiyi Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi JN-1072F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ilkin olaraq Cavabdeh Calal oğlunun, X1 və X3 adına qeyd edilsə də, sonradan digər JN-1072F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə JN-598F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə səhv verildiyi üçün JN-1072F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında digər şəxsə X9 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıları hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki bölünməsi tələb edilən torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mulkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mulkiyyətindən məhrum edilə bilməz. X21 məhkəməsi Sporrong və Lonnrotun İsvecrə qarşı məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mulkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə və X21 Konvensiyasına görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Calal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Calal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar