Məhkəmə qərarları › İş №2(027)-316/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-316/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-316/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında ümumi sahəsi 41 m2, yaşayış sahəsi 28.6 m2 və yardımçı sahəsi 12.4 m2 olan 2 (iki) otaqlı mənzil almışlar. Rəsmi nikah bağlandıqdan sonra cavabdeh ara-sıra ailədə söz-söhbət yaratmış, özünü aqressiv aparmışdır. Zaman keçdikcə onun bu əməllərinə son qoyacağına ümid etsə də, gözlədiyinin tam əksi baş vermiş və ailə həyatının üçüncü ilində cavabdeh növbəti dəfə mübahisə və aqressiv hərəkətlər etmiş, daha sonra ayrı yaşamağa qərar vermişdir. Hətta cavabdeh bir dəfə o, nəqliyyat vasitəsində olarkən nəqliyyat vasitəsinə hücum çəkmiş, nəqliyyat vasitəsinin qapılarına bir neçə təpik zərbəsi endirmiş, daha sonra daşla vuraraq nəqliyyat vasitəsinin şüşəsini sındırmışdır. Cavabdehin bu əməli kiçik xuliqanlıq aktı kimi giymətləndirilmiş və məhkəmə qaydasında təqsiri sübuta yetirilərək müvafiq qərar çəxarılmışdır. Artıq dörd ildir ki, faktiki olaraq ayrılmışlar. Cavabdehin şəxsiyyətini təsdiq edən sənədin yaşayış yerinin qeydiyyatına baxdıqda ünvanı ünvan 3a şəhəri Rəsulzadə küçəsində özünə məxsus iki sot torpaq sahəsində tikilmiş iki mərtəbəli tam təmirli evdə uşaqları ilə birlikdə yaşayır. Birgə nikah dövründə aldıqları mənzil cavabdehin rəsmi qeydiyyatda olduğu mənzilin yanında yerləşir. Hər iki ev şəhərin mərkəzində yerləşdiyindən və tam təmirli olunduğundan baha qiymətə kirayə verilir. Şəxsən özü həmin evlərin hər ikisini dəfələrlə təqribən 300 (üç yüz) manata kirayə vermişdir. Evi təmirsiz alsalar da, aldıqdan sonra tam olaraq əsaslı təmir etmişlər. Evin təmirini şəxsən öz təşəbbüsü ilə 36000 (otuz altı min) manatdan 30000 (otuz min) manata endirmişdir. Həmçinin alğı-satqı müqaviləsində də şəxsən özü iştirak etmişdir. Bundan əlavə Cavabdeh Xaçmaz rayonu Maşaoba kəndində 30 sot torpaq sahəsi və yeni tikilmiş bir mərtəbəli, üç otaqlı tam təmirli evi vardır. Həmin evin tikilməsində istifadə olunan mişar daşları birgə gəlirlərindən olan vəsaitlə alınmışdır. Onda olan bəzi məlumatlara əsasən cavabdehin Quba rayonu Xanagah kəndində və Rusiya Federasiyasında mülkiyyətləri vardır. Cavabdeh bilərəkdən mülkləri öz adına qeydiyyata saldırmayıb. Qeyd etdiklərindən açıq-aydın görünür ki, cavabdeh birgə nikahları dövründə əldə olunan mənzili sırf gəlir mənbəyi kimi istifadə edir və orada yaşamağa ehtiyacı və ya fikiri yoxdur. Göstərilən səbəblərə əsaslanaraq mülkiyyətin Ailə Məcəlləsində qeyd olunduğu kimi məhz bərabər bölünməsi daha düzgün olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mübahisə predmeti olan mənzil onun qazancı hesabına alınmış, məhkəmə iclasında şahidlər yalan ifadələr vermiş, cavabdehin qardaşı Emin ona heç bir məbləğdə pul göndərməmişdir. Rusiya Federasiyasında yaşayan X3 isə 500.000 rus rubl pulu borc almışdır. Buna görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan ev qardaşı Eminindir. Qardaşı Rusiya Federasiyasının vətəndaşı olduğundan alğı-satqı zamanı ev onun adına rəsmiləşdirdilmişdir. Yəni həmin ev iddiaçı ilə birgə nikahda olduqları dövrdə əldə edilmiş gəlirlər hesabına alınmamışdır. Birlikdə ailə olaraq yaşadıqları zaman cavabdeh uzun müddət işsiz olmuş və onun ev almağa maddi imkanının olmamışdır. Ev alınması üçün qardaşı tərəfindən onun və cavabdehin adına göndərilən pullarla əlaqədar bank çıxarışları mövcuddur. İddiaçı uzun müddət anasının pensiyası ilə yaşamış və hazırda da bu hal davam edir. O, hətta uşaqlarına bu zamana qədər heç bir maddi köməklik etməmiş və qeyd olunan iddianı da qisas almaq məqsədilə qaldırmışdır. Nəticədə onlar birgə nikah dövründə qazandıqları vəsait hesabına heç bir əmlak əldə etməmiş, adına rəsmləşdirilmiş yaşayış evi isə qardaşının göndərdiyi pul hesabına alınmış və faktiki olaraq həmin ev qardaşınındır. Buna görə də iddi əsassız hesab edildiyindən rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, ailəsi ilə birlikdə Alekseyevka kəndində yerləşən evdə kirayə yaşamışdır. İlk dəfə onlar cavbdehin mülkiyətində olan evində kirayə qalmışlar. Kirayə haqqı 250 manat olmuşdur. Həmin evdə həmişə Rəqsanə və anası qalmışdır. Rəqsanin anası həmin evin onun olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, cavabdeh Rəqasanə Kazımova onun bacısının qızıdır. Mübahisə predmeti olan mənzil alınarkən bacısı ona evin onun adına alınmasını istəmişdir. Lakin onun bir necə evi olduğundan və evlərin hamısı da oun adına rəsmiləşdirildiyindən, Emin üçün alınacaq evin onun adına alınmasına razı olmamışdır. Sonradan eşitmişdir ki, ev Rəqsanənin adına alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, 2014-cü ilin təxminən aprel ayında qardaşı oğlu Emin ona zəng edərək, Quba şəhərində ev almaq istədiyini və evin alınması üçün onun adına pul göndərəcəyini demişdir. Daha sonra mübahisə predmeti olan mənzilin alınması üçün Emin onun adına pul göndərmiş və o, bankdan gedib həmin pul vəsaitini götürərək evin alınmasını üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Cavabdeh onun bacısının qızıdır. Bacısı ona zəng edərək oğlu Emin üçün Quba şəhərində ev almaq istədiklərini, lakin evin alınaması üçün 10.000 manat pulun çatmadığını və həmin pulu borc olaraq onlara verilməsini xahiş etmişdir. O da, 10.000 manat pulu 2014-cü ilin aprel ayında Eminə ev alınması üçün vermişdir. Emin bir müddət həmin evdə yaşamışdır. İddiaçının iddia tələbində mübahisələndirdiyi ev Emin üçün alınmış evdir. Səlimova (Alekperova) Aynur Rövşən qızı məhkəməyə şahid qismində ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh və onun qardaşı Emin Kazımovla ailəvi dostudurlar. 18.04.2014-cü il tarixdə Emin ondan Rusiya Federasiyasından Azərbaycana onun adından pul transferi eləmək üçün kömək istəmişdir. Emin Quba şəhərində ev almaq üçün bacısı Rəqsanənin həyat yoldaşı, adını sonradan bildiyi İddiaçı adına pul göndərməsi üçün ona 500.000 rus rublu vermişdir. Emin həmin günü Azərbaycana öz adından 500.000 rus rublu pul göndərdiyindən təkrar pul transferi edə bilməmişdir. Ona görə də, həmin pul iddiaçının adına onun tərəfindən göndərilmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 29.06.2012-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 23.10.2020-ci il tarixli arayışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,436754 ha kənd təsərrüfat təyinarlı torpaq sahəsi və Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,436754 ha kənd təsərrüfat təyinarlı torpaq sahəsi 16.12.2019-cu il tarixli, 4Ə-2961 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X1. Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın 19.04.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X18 tərəfindən 30.000 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil 09.10.2014-cü il qeydiyyat tarixinə, ********** qeydiyyat nömrəsinə əsasən Cavabdeh məxsusdur. İş materiallarında olan “xxxx” ASC-nin Quba filialına məxsus xəzinə məxaric orderinin və ödəniş tapşırığının surətindən görünür ki, 18.04.2014-cü il tarixdə X16 tərəfindən X9 adına 112.000.00 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Quba filialının 03.02.2021-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş memorial orderindən görünür ki, 18.04.2014-cü il tarixdə Rusiyya Federasiyası tərəfindən “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X10 tərəfindən İddiaçı adına 500.000 rus rublu məbləğində pul vəsaiti göndərilmiş və həmin tarixdə İddiaçı tərəfindən pul vəsaiti təhvil alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin Quba filialının 03.02.2021-ci il tarixli məktubundan görünür ki, 07.04.2014-cü il tarixdə Rusiyya Federasiyası tərəfindən “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X5 tərəfindən X11 15.000 rus rubl, 16.04.2014-cü il tarixdə eyni şəxs tərəfindən X11 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X12 tərəfindən X11 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X16 tərəfindən X11 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir. Beləliklə, məhkəmədə tərəflərin, şahidlərin izahatları və iş materialları ilə müəyyən olundu ki, Daşınmaz Əmlakın 19.04.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzil X18 tərəfindən 30.000 manata Cavabdeh satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İddiaçı həmin əmlakın cavabdehlə birgə nikah dövründə əldə edildiyini əsas gətirərək 1/2 hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əmlak alınarkən cavabdehlə nikahda olduqlarını, onun alınmasına vəsait xərclədiyini, hətta bununla əlaqədar Rusiya Federasiyasında yaşayan X3 500.000 rus rublu borc aldığını bildirmişdir. Cavabdeh isə məhkəmə iclasında qeyd olunan əmlakın iddiaçı ilə birgə nikah dövründə əldə edildiyini bildirsə də, həmin əmlakın alınmasında onun və ya iddiaçının hər-hansı bir vəsait xərcləmədiyini, evin alınması üçün qardaşı Eminin Rusiya Federasiyasından pul göndərdiyini və evin də Emin üçün alındığını bildirmişdir. Məhkəmə iclasında dindirilən və izahatı elan edilən şahidlər də etiraf etmişlər ki, ev cavabdehin adına rəsmiləşdirilsə də, o faktiki olaraq cavabdehin qardaşı Emin üçün alınmışdır. Evin alınması üçün Rusiya Federasiyasından göndərilən pulları burada qəbul etmiş şəxslər (şahidlər) həmin faktı təsdiq edirlər. Qeyd olunan vəsaitlərin faktiki olaraq Emin üçün ev alınmasına göndərilməsi həmin şəxslər tərəfindən verilmiş izahatlarla təsdiqlənmişdir. Həmçinin iddiaçı onun adına Rusiya Federasiyasından pul göndərən Aynur Səlimova adlı şəxsdən həmin pulu borc aldığını bildirsə də, sonuncu iddiaçını tanımadığını, 500.000 rus rublu pulun onun adından iddiaçıya Emin Kazımov tərəfindən göndərildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, 07.04.2014-cü il tarixdə Rusiyya Federasiyasından “Zolotaya Korona” təcili pul köçürməsi vasitəsi ilə X5 tərəfindən X11 15.000 rus rublu, 16.04.2014-cü il tarixdə eyni şəxs tərəfindən X11 20.000 rus rublu, 18.04.2014-cü il tarixdə X12 tərəfindən X11 500.000 rus rublu, 18.04.2014-cü il tarixdə X16 tərəindən X11 112.000 rus rublu məbləğində pul vəsaiti göndərilmişdir ki, həmin vəsaitlər hesabına mübahisəli əlakın alınması təmin edilmişdir. Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin bağlanma tarixinə nəzər saldıqda müəyyən olunur ki, həmin müqavilə İddiaçı adına X10 tərəfindən 500.000.00 rus rublu göndərildiyi gündən bir gün sonra yəni, 19.04.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda www.cbar.az internet hesabından əldə edilmiş məlumata əsasən 2014-cü ilin aprel ayı ərzində 1 Rusiya rublunun təxminən 0.0220 manata bərabər olması nəzərə alınsa ev alınması üçün göndərilmiş pulun alınmış borc məbləği ilə birlikdə evin qiymətinə uyğun gəldiyi müəyyən edilmişdir. İddiaçı nikah dövründə evin ümumi gəlirləri hesabına əldə olunmasını təsdiq edəcək sübut təqdim etməmiş, iddiasını ümumi fikir və fərziyyələri ilə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normasının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. İddiaçı isə, mübahisə predmeti olan Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən mənzilin birgə nikah dövrü birgə vəsaitləri (səyləri) hesabına əldə edilməsi barədə məhkəməy heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217A(111) saylı qətnaməsi ilə qəbul olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olma hüququ vardır. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın qeyd olunan müddəası özündə hər bir şəxsin əmlakından maneəsiz istifadə prinsipini təsbit edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək hüququ, mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə Konvensiyanın 20 mart 1952-ci ildə qəbul olunmuş 1 saylı Protokolunun 1-ci maddəsində ifadəsini tapan «əmlakdan maneəsiz istifadə hüququ» ilə bağlı izah verərək göstərmişdir ki, bu ifadə «mahiyyəti etibarı ilə mülkiyyət hüququna» təminat verir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mülki işin materiallarından da göründüyü kimi mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə olunsa belə, həmin torpaq sahəsini tərəflərin birgə ümumi gəlirləri hesabına əldə edilməli olması sübuta yetirilməlidir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbi baxımından bu halın sübuta yetirilməsi iddiaçının üzərinə düşür. İddiaçı isə həmin evin alınmasına hər hansı məbləğinin ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin izahatını və cavabdeh tərəfindən təqdim edilmiş sübutları əsaslı hesab edib, iddiaçının mübahisəli məznilin alınmasına hər hansı vəsait təqdim etməsini ağlabatan hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında sərgilənən hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması ilə yanaşı ikinci şərtin müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə bölünməsi tələb edilən ünvan 1 ünvanında yerləşən həmin əmlak ər arvadın birgə mülkiyyəti kimi müəyyən edilməsini qanunverici istisna edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar