Məhkəmə qərarları › İş №2(027)-317/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-317/2021

03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-317/2021 03.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili X14 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X5 miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini 30 iyul 2001ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 20 noyabr 1991-ci il tarixdə X22 ilə Quba rayonu Vladimirovka İƏD-də nikahlarını rəsmi qeyd etdirməklə ailə qurub və qayınanası X13 01 avqust 2001-ci il tarixli, 1506 a reyestr nömrə ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçərək orada yaşayıb. Mərhum həyat yoldaşı X15 bioloji anası X18 olsa da, doğum haqqında şəhadətnaməsində atası X16 ikinci həyat yoldası X2 adı ana qrafasında qeyd edilmişdir. Mərhum əri X22 01 sentyabr 1995-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra həmin evdə qayınanası Xədicə Quliyeva ilə birgə yaşayıb. X6 başqa vərəsəsi olmamış, Rasim Əhmədovun sağlığında və vəfatından sonra Xədicə Quliyevaya o baxıb. Bu səbəbdən də qayınanası 30 iyul 2001-ci il tarixdə Quba rayon ikinci Dövlət Notariat kontorunda mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və yaşayış evini gəlini olaraq ona vəsiyyət edib. X18 07 yanvar 2005-ci il tarixdə vəfat edib. Onun ölümündən sonra ondan vəsiyyətnamə üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsini vəsiyyətnamə üzrə, həm də faktiki istifadə və sahiblik edərək qəbul edib. Həmin torpaq sahəsinə və yaşayış evinə dair vergi borclarını ödəyir. Eləcə də, təmir və təmizlik işlərini görür.Bundan başqa onun başqa nikahdan olan qızı X8 və onun iki övladı həmin evdə pasport qeydiyyatındadırlar. X1 miras qalmış ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə və yaşayış evinə dair vəsiyyətnamə üzrə çıxarış almaq istəyir. Bunun üçün qayınanasının vərəsəsi olaraq mirası həm faktiki istifadə etməklə, həm də vəsiyyətnamə üzrə qəbul etməyi müəyyən edilməsi tələb olunur. Bildirirdi ki, Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 22 oktyabr 2020-ci il tarixli, 1398 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxdığı bildirilərək, ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Göstərilənləri nəzərə alaraq, mərhumə X5 miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən yaşayış evini 30 iyul 2001-ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X23 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs notariusu R.Haqverdiyev məktub ilə məhkəməyə müraciət edərək, Quba “ASAN xidmət” mərkəzində notariat ofisinin iş rejimini və əhalinin sıxlığını nəzərə alarq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə işlasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, Ərizəçi onların qonşusu Xədicə Quliyevanın evində yaşamış və Xədicə rəhmətə gedəndən sonra Gülyaz həmin evdə yaşayır. Məhkəmə Ərizəçi, onun nümayəndəsi və vəkili X19 və şahid X4 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon X12 və Mülkiyyət Hüqulqrının Qeydiyyatı idarəsindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, iki yaşayış otağından ibarət yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X13 verilmiş, 01.08.2001-ci il tarixdən 1506 a reyestr nömrə ilə qeydə alınmışdır. İş materialında olan 30.07.2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, Quba şəhəri Gənclər küçəsi 55 ünvanında yaşayan X18 ölən günə kimi ona məxsus olan ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, iki yaşayış otağından ibarət yaşayış evini Quba şəhəri Gənclər küçəsi 55 ünvanında yaşayan Əhmədova (Mustafayeva) Gülyaz Şəmsəddin qızına vəsiyyət etmişdir və Quba rayon ikinci Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmişdir. İş materialında olan AZ-İ 114638 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 07.01.2005-ci il tarixində vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 09.01.2005-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanladığı 22.10.2020-ci il tarixli 1398 saylı məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1ci maddəsinin tələblərinə uyğun olaraq, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İş materialında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş 11.11.2020-ci il tarixli çıxarışdan məlum olur ki, X22 ilə Ərizəçi arasında 20.11.1991-ci ildə nikah bağlanmış 58 nömrə ilə qeyd edilmişdir. İş materialında olan Şabran rayon Qeydiyyat şöbəsindən verilmiş 12.11.2020-ci il tarixli arayışdan məlum olur ki, X22 26.01.1962-ci ildə anadan olmuş, bu barədə 06.02.1962-ci il kitabında 69 nömrə ilə qeyd edilmişdir, ata qrafasında X24, ana qrafasında X3 qeyd olunub. İş materialında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş 13.11.2020-ci il tarixli arayışdan məlum olur ki, X22 01.09.1995-ci ildə Şabran şəhərində vəfat etmiş, 22.12.1995-ci il kitabında 160 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanladığı 29.09.2020-ci il tarixli 1240 saylı məktubundan görünür ki, Quba rayon DNK-da rəsmləşmiş 30.07.2001-ci il tarixli, 2V/01-93 reyestr nömrəli vəsiyyətnamə Quba Regional «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.11.2020-ci il 614 nömrəli məktubundan görünürki, 07.01.2005-ci il tarixində vəfat etmiş X10 vərəsə dairəsi barədə heç bir məlumat aşkar olunmayıb. İş materiallarına əlavə olunmuş AZE 14495012 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu Əlibəyqışlaq kəndində anadan olmuş, Ağdam rayonu Əhmədəvar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə müəyyən olundu ku, mərhum X18 özünə məxsus ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, iki yaşayış otağından ibarət yaşayış evini 30.07.2001-ci il tarixli vəsiyyətnamə ilə Quba şəhəri Gənclər küçəsi 55 ünvanında yaşayan Əhmədova (Mustafayeva) Gülyaz Şəmsəddin qızına vəsiyyət etmişdir və Quba rayon ikinci Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçilər məhkəməyə müraciət edərək, mirası qəbul etmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini,həmin torpaq sahəsində yerləşən yaşayış evini 30 iyul 2001-ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunması barədə ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5 miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən yaşayış evini 30 iyul 2001-ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar