Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-3186/2025 29.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İş üzrə Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmklakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 14 saylı qərarının tanınmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-326 nömrəli (Kod ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə ona, xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X1, bacısı Lalayeva (Əliyeva) Aysel Yaşar qızına, qardaşı X3 Quba rayonu Vəl-vələ kəndi ərazisində kənd təsərrüfatı məhsulların istehsalı üçün JN-326 nömrəli (Kod ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı qeyd edilən 2,56 ha torpaq sahəsini Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 14 nömrəli qərarı ilə ayrılması faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmklakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəməyə etiraz göndərərək, Ərizəçi ərizəsini etiraz etdiklərini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi qərarın tanınması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclasında maraqlı şəxs Daşınmaz Əmklakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəyə etiraz etdiyi aydınlaşmışdır. Göründüyü kimi tərəflər arasında hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Daşınmaz Əmklakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 14 saylı qərarının tanınmasına dair ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Daşınmaz Əmklakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 14 saylı qərarının tanınmasına dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə əsasən (hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə) baxılmamış saxlansın. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (qəbz: ********** nömrəli, xx.xx.2025-ci il tarixli) geri qaytarılması üçün əsasdır Qərardaddan 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-3186/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-3186/2025
29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver