Məhkəmə qərarları › İş №2(027)-322/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-322/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-322/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X4 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X4, onun həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı övladları Bilal və Zeynəbin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus mülkiyyətində olan Quba rayonu, Abduloba kəndində 0.1210 ha torpaq sahəsi və üzərində yerləşən 98.60 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Quba rayonu, Abduloba kəndində yerləşən 0.1210 ha torpaq sahəsi və üzərində yerləşən 98.60 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə bacısı oğlu X4, onun yoldaşı Cavabdeh2 və iki azyaşlı övladı məcburi qaydada yerləşiblər. Hal-hazırda o, və X1 həmin evdə yaşayırlar. X1 və onun oğlu X4, onun yoldaşı Cavabdeh2 və iki azyaşlı övladları Bilal və Zeynəbin onun evində qeydiyyatları yoxdur. X8 özü razılığ vermişdir. Ancaq bacısı oğluna və ailəsinə heç bir razılığ verməmişdir. Onlar onun evində onun iradəsinə zidd, məcburi qaydada yerləşiblər. Onlara dəfələrlə evindən çıxmalarını bildirsə də ona hədə-qorxu gələrək evindən çıxmırlar. Bu barədə Quba RPŞ-nə müraciət etmişdir. Şöbədən ona bildirmişlər ki, qeyd olunan məsələ məhkəmə predmetidir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda da İddiaçı başqa heç kimin qeydiyyatda olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, mübahisə predmetini təşkil edən mənzildə 37 ildir ki yaşayır. İddiaçının cavabdeh qismində işə cəlb etdiyi X3 isə tanımır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Quba rayonu Abduloba kəndində yerləşən 98.60 ha sahədən ibarətə fərdi yaşayış evi X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.1986-cı il tarixdə Quba rayonu, İsnov kəndində anadan olmuşdur və Quba rayonu, Vəlvələ kəndində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 məhkəmədən cavabdehlər X4, onun həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı övladları Bilal və Zeynəbin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus mülkiyyətində olan Quba rayonu, Abduloba kəndində 0.1210 ha torpaq sahəsi və üzərində yerləşən 98.60 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Lakin, iddiaçının cavabdeh qismində cəlb etdiyi X4 adında şəxs ümumiyyətlə mövcud olmamışdır. Belə ki, iddiaçı cavabdeh qismində Cavabdeh1 cəlb etmək əvəzinə X4 adlı şəxsi mülki işə cəlb etmişdir. Cavabdehi isə əsl cavbdehlə əvəz etməmişdir. Ümumiyyətlə cabdehlərin onun evində yaşaması barədə heç bir sübut yoxdur. Məhkəmə iclasında isə müəyyən edildi ki, iddiaçı ümumiyyətlə işə aid olmayan şəxsi cavabdeh kimi məhkəməyə verib. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etsəkdə, onun cavabdeh kimi göstərdiyi şəxs X4 əsl cavabdeh deyildir. Digər cavabdehin isə qeyd edilən evdə yaşaması barədə iş materilarında sübut mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər X4 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar