Məhkəmə qərarları › İş №2(027)-325/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-325/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-325/2021 17.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili X10 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Ədfliyyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı notariat ofisinə qarşı qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1948-ci ildə Qubada anadan olmuş, xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhərində vəfat etmiş miras qoyan X11 ilə onun-Ərizəçi bibi qızıdayı qızı oiması, yəni qohumluq münasibətləri faktının müəyyən edilməsi və miras qoyan X5 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 35- də yerləşən ümumi sahəsi 29,2 kv. metr olan, yaşayış sahəsi 16.22 kv.m.dən ibarət olan mənzil-mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, miras qoyan X4 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin xx xxxxxxx 2020-ci il tarixli 1024 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, miras əmlakın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulan müddəti buraxdığına görə və mərhum X20 ilə qohumluq faktını təsdiq edən sənədin (doğum haqqında şəhadətnamə) olmadığına görə ona miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat X2 ölümündən sonra miras qalmış əmlak Sumqayıt şəhəri, 14-cü məhəllə, ev l2/21, mənzil 35-dəki 1 otaqlı mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi əsassızdır, qohumluq münasibətləri, yəni bibi qızı və dayı qızı olmağları və miras əmlakı 3-cü dərəcə vərəsə kimi qəbul etməyi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də həmin faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi qərara alıb. Sumqayıt şəhəri, 14-cü məhəllə, ev l2/21, mənzil 35-də yerləşən ümumi sahəsi 29,2 kv.m olan,yaşayış sahəsi 16,22 kv.m.dən ibarət olan 1 otaqlı mənzil tam mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2006-cı ildə verilmiş ******* saylı MH seriyalı, **********28-05101-093007 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi olan çıxarışa əsasən X5 məxsus olmışdur. xx xxxxxx 1948-ci ildə Qubada anadan olmuş Kərimova Həqiqət Əsədulla qızı xx xxxxxx 2019-cu ildə kəskin miokard infarktı ilə Sumqayıt şəhərində vəfat etmişdir. X11 onun bibisi Cəfərova (Dadaşova qız soyadıdır) Zəhra ibrahim qızının qızıdır, özü X4 dayısı X18 qızıdır. xx.xx.1957-ci ildə Quba şəhərində anadan olub. Bibisi Cəfərova (Dadaşova) Zəhra İbrahim qızı ilə X7 bacı-qardaşdırlar, atalarının adı, soyadı X24, analarının adı,soyadı X30 olmuşdur. 1916-ci ildən 1970-c ilədək bibisi Zəhranın ilk soyadı " Dadaşova", ikinci soyadı " "Kərimova", üçüncü soyadı "Cəfərova" olmuşdur. Bibisi Zəhranın müxtəlif soyadlar daşımasına baxmayaraq, o X7nun döğma bacısıdır və bu faktı şahidlər təsdiq edə bilərlər. Bibisi iki dəfə ailə həyatı qurub, ona görə də soyadı dəyişmiş, lakin arxiv sənədlərində qeyd edilməmişdir. Bibisi Cəfərova (Dadaşova) Zəhra İbrahim qızı 1916-cı ildə Quba şəhərində anadan olmuş. 1970-ci ildə Qubada vəfat etmişdir, bibisinin atasının adı soyadı X24, anasının adı soyadı X30 olmuşdur, lakin AR Dövlət Tarix Axivinin xx xxxxxx 2020-ci il t a r i x l i TA - 0 0 0 5 6 - 2 0 2 0 saylı arayışına əsasən " Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət iadarələri " fondunun sənədlərində X12 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. AR Ədliyyə Nazirliyi Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 163 nömrəli nikah aktı qeydinə əsasən bibisi Kərimova (Dadaşova) Zəhra İbrahim qızı xx.xx.1942-ci ildə X31 ilə nikaha daxil olmuşdur və nikahdan sonra "Kərimova" soyadını almışdır. Bibisi qızı X3 Əlirza Hacırza ilə nikaha daxil olaraq ailə qurub ərinin soyadım " Kərimova " soyadını daşımışdır, aralarındakı nikah xx.xx.1989- ildə pozulduqdan sonra da "Kərimova" soyadını saxlamışdır. Bibisi qızı X11 ikinci dəfə X25 ilə rəsmi daxil olmuşdur və nikaha daxil olduqdan sonra da "Kərimova" soyadını daşımışdır, xx xxxxxxxx 1999-cu ildə aralarındakı nikah pozulmuşdur, nikah pozulduqdan sonra da bibisi qızı "Kərimova" saxlamışdır. X4 hər iki nikahdan övladı olmamışdır.Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 92 nömrəli ölüm aktı qeydinə əsasən bibisi X20 xx.xx.1970-ci ildə rəhmətə gedib. X7 Quba Rayon Vətəndaşlıq X17 tərəfindən xx xxxxxxxx 1982-ci ildə verilmiş 489854 nömrəli doğum şəhadətnaməsinə əsasən 01 1930-cu ildə Qubada anadan olmuşdur, Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar ildə verilmiş AZ-11 043612 saylı ölüm şəhadətnaməsinə əsasən xx xxxxxxx 1988-ci ildə Qubada etmişdir, atasının atasının adı, soyadı X24, anasının adı soyadı X33 olmuşdur. Miras qoyan X11 xx xxxxxx 2019-cu ildə rəhmətə getdikdən sonra xüisisi mülkiyyət hüquqi əsasında mirası faktiki qəbul edib, kommunal xidmətləri, işıq, su, qaz pulunu ğdəyir, hal-hazırda həmin ünvanda yaşayır, dəfn xərclərini çəkməklə bibisi qızını Quba şəhərində yerləşən məzarlığda dəfn eləyib. Hesab edir ki, mirası faktik qəbul etdiyinə görə notariusun imtinası əsassızdır, bu faktı iş üzrə təqdim etdiyi arayışlarla və şahid ifadələri ilə təsdiq edə bilər. Sumqayıt şəhər 2 saylı Mənzil- Kommunal Sahəsinin xx.xx.2020-cu il tarixli. 560 saylı arayışına əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X4 vəfatından sonra miras qalmış Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 35- də yerləşən ümumi sahəsi 29.2 kv. metr olan, yaşayış sahəsi 16,22 kv.m.dən ibarət olan 1 otaqlı mənzildən ibarət olan miras əmlakı faktiki olaraq qəbul edib və sahiblik, idarəçiliyini edir. Miras qoyan şəxs X4 ata və anası vəfat etmişdir, bacı, qardaşı, oğlu və qızı olmamışdır, miras qoyanın dayısı-onun atası vəfat etmişdir, miras qoyanın birinci və ikinci dərəcə vərəsəsi olmadığına görə miras qoyanla onun qohumluq münasibətləri və mirası qəbul etməyi faktı müəyyən edilməlidir. Qeyd ettiki miras əmlakı faktik qəbul etdiyinə görə, yəni sahiblik və idarəçilik etdiyinə görə, miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulan müddəti itirməmişdirş Bu faktın müəyyən edilməsi ona görə lazımdır ki, miras qoyan X11 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyvən edilməsinə dair sənədləri notarius verməkdn imtina edir, ona görə də məhkəməyə müraciət edib. Göstərilənləri nəzərə alaraq, dekabr 1948-ci ildə Qubada anadan olmuş, xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhərində vəfat etmiş miras qoyan X11 ilə onun-Ərizəçi bibisı qızı oiması, yəni qohumluq münasibətləri faktının müəyyən edilməsi; miras qoyan X5 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 35-də yerləşən ümumi sahəsi 29,2 kv. metr olan, yaşayış sahəsi 16.22 kv.metrdən ibarət olan mənzil-mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə ərizəçinin nümayəndəsi və vəkili X21 ərizəni müdafiə edərək, bildirdi ki, Ərizəçi miras qoyan X4 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair AR Ədliyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin Sumqayıt şəhəri, 14-cü məhəllə, ev l2/21, mənzil 35-dəki 1 otaqlı mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmışdir. X13 iki dəfə ailə həyatı qursada, heç bir nikahdan övladı olmamışdır və vəfat etdiyi zaman onun dəfn xərclərinin Ərizəçi çəkmiş və mərhumu Quba şəhərində yerləşən qəbrstanlığda dəfn etmişdir. Mərhumun nikah qeydi ilə bağlı arxivə müraciət olunub və müəyyən olunub ki, X3 Əlirza Hacırza oğlu ilə nikaha daxil olaraq, ailə qurub ərinin soyadını “Kərimova " soyadını qəbul edib, aralarındakı nikah xx.xx.1989- ci ildə pozulduqdan sonra da "Kərimova" soyadını saxlamışdır. İkinci dəfə X25 ilə rəsmi nikaha daxil olub və nikaha daxil olduqdan sonra da "Kərimova" soyadını daşımışdır. xx xxxxxxxx 1999-cu ildə aralarındakı nikah pozulmuşdur, nikah pozulduqdan sonra da bibisi qızı "Kərimova" soyadını saxlamışdır. İki dəfə ailə həyatı qursada heç bir nikahdan övladı olmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizədə göstərilən tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə şahid X34 bildirdi ki, Ərizəçi onun böyük bacısıdır. Həqiqətən bibisi qızı X11 vəfat etdiyi zaman bütün dəfn xərclərinin bacısı Ərizəçi çəkib, bibisi qızı X6 məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, mənzil 35- də yerləşən ümumi sahəsi 29,2 kv. m. olan, yaşayış sahəsi 16.22 kv.m.dən ibarət olan mənzili miras kimi Ərizəçi qəbul edərək idarə edir. Məhkəmədə iş üzrə şahid Adıgözəlova Güləzən Harun qızı bildirdi ki, X1 Nəzakət Paşa qızı ilə dayı qızı bibi qızıdı. X11 vəfat etdiyi zaman dəfn xərclərini Ərizəçi çəkib, onu Quba şəhərində yerləşən qəbrstanlığda dəfn etmişdir. Məhkəmədə iş üzrə şahid X26 ərizəçinin tələbini müdafiə edərək, mərhumun üzrlərində iştirak edib, həqiqətən orda çəkilən bütün xərcləri Ərizəçi öz öhdəsinə götürmüşdür. İş üzrə maraqlı tərəf AR Ədliyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf AR Ədliyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili X15 dinləyib, iş üzrə şahidlər, X34, Adıgözəlova Güləzən Harun qızı və X19 və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ 025183 seriyalı olüm haqqında şəhadətnamənin surətindən görünürki, X11 xx.xx.2019-cu ildə kəskin miokard infaktından vəfat etmiş, Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2020- ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 043612 seriyalı olüm haqqında şəhadətnamənin surətindən görünürki, X29 xx.xx.1988-ci ildə vəfat etmiş Quba rayon Qeydiyyat şöbəsində xx.xx.1988- ci il tarixdə 128 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 93 nömrəli doğum haqqında akt qeydinə əsasən X13 xx xxxxxx 1948-ci ildə anadan olmuşdur, həmin sənəddə ana qrafasında X23 qeyd edilmişdir, ata qrafasında qeyd aparılmamışdır. İş materialında olan AZ-İV 393126 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, Ərizəçi xx.xx.1957- ci ildə Qubada anadan olmuş, X7, anası Dadaşova Lumu Nöhbala qızıdır. İş materialında olan Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən MN seriyalı ******* saylı, reyestr nömrəsi **********28-05101, qeydiyyat nömrəsi 140606391, qeydiyyat tarixi xx.xx.2006-cı il olan çıxarışın surətindən görünürki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev l2/21, mənzil 35-dəki 1 otaqlı mənzil X16inın mülkiyyətinə verilmişdir. İş materialında olan Quba bələdiyyəsindən verilmiş xx.xx.2020- ci il tarixli 71 nömrəli arayışdan X11 xx.xx.2019- cu ildə dayısı qızı Ərizəçi tərəfindən Quba şəhər qəbrstanlığında dəfn olunmuş, Ərizəçi ölən günədək bibisi qızı X4 yanında yaşamış, bütün dəfn xərclərini ödəmişdir. İş materialında olan AR Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat birliyinin 2 saylı Mənzil-Kommunal sahəsindən verilmiş arayışdan görünürki, mərhum X11 20 Yanvar küçəsi,14-cü məhəllə, ev l2/21, mənzil 35-də yaşayıb, mənzil 1 otaqlı, 16-22 kv.mdən ibarət olub. Həmin mənzildə qeydiyyatda tək yaşayıb. İş materialında olan AR Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat birliyinin 2 saylı Mənzil-Kommunal sahəsindən verilmiş ətraflı arayışdan görünürki, X11 20 Yanvar küçəsi,14-cü məhəllə, ev l2/21, mənzil 35. 1 otaqlı. Sahəsi 116-22 kv.m olan mənzili xx.xx.2006- cı ildə xüsusi mülk kimi alıb. Özündən başqa qeydiyyatda heç kəs olmayıb. İş materialında olan AR Dövlət Tarix Axivinin xx xxxxxx 2020-ci il t a r i x l i TA - 0 0 0 5 6 - 2 0 2 0 saylı arayışına əsasən " Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət iadarələri " fondunun sənədlərində X12 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarına əlavə olunmuş AR Ədliyə Nazirliyi Sumqayıt şəhəri 1 saylı Notariat Ofisiin xx.xx.2020-ci il tarixli 1024 saylı məktubundan görünürki, Ərizəçi mərhum bibisi qızı X16indan qalmış Sumqayıt şəhəri, 14-cü məhəllə, ev l2/21, mənzil 35-dəki 1 otaqlı mənzillə bağlı miras əmlakın qəbul edilməsinə dair müraciətinə əsasən, miras əmlakın qəbul edilməsi üçün müddətin bərpa edilməsi haqqında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materialında olan Lənkəran rayon Qeydiyyat şöbəsindən verilmiş AZ-İ 367405 nikahın pozulmasına dair şəhadətnamənin surətindən görünürki, X11 ilə X22 arsında bağlanmış nikah qeydləri xx.xx.1989-cu ildə pozulmuşdur, 06 nömrə ilə qeyd olunmuşdur. İş materialında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsindən verilmiş İ-ЖГ 340397 nikahın pozulmasına dair şəhadətnamənin surətindən görünürki, X11 ilə X25 arasında bağlanmış nikah qeydləri xx.xx.1999-cu ildə pozulmuşdur, 186 nömrə ilə qeyd olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən olundu ku, 1948-ci ildə Qubada anadan olmuş, xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhərində vəfat etmiş X11 həqiqətən Sumqayıt şəhəri, 14-cü məhəllə, ev12/21,mənzil 35-də yerləşən ümumi sahəsi 29,2 kv. m. olan, yaşayış sahəsi 16.22 kv.m.dən ibarət olan mənzildə yaşamış və həmin mənzildə qeydiyyatda tək olub. Lakin vəfat etdiyi günədək mərhumun dayısı qızı Ərizəçi yanında yaşamış, onun bütün dəfn xərclərini ödəmiş, mərhumu Quba şəhər qəbrstanlığında dəfn etmişdir. Bibisi qızının miras qalmış əmlakını Ərizəçi faktiki idarə edərək, mirası qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktları müəyyən edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, miras qoyan X4 Ərizəçi bibisi qızı-dayısı qızı oiması qohumluq münasibətləri faktının müəyyən edilməsi, miras qoyan X5 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 35- də yerləşən ümumi sahəsi 29,2 kv. m. olan, yaşayış sahəsi 16.22 kv.m.dən ibarət olan mənzil-mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307, 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 Ərizəçi bibisi qızı-dayısı qızı oiması qohumluq münasibətləri faktı müəyyən edilsin və X5 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 35-də yerləşən ümumi sahəsi 29,2 kv. m. olan, yaşayış sahəsi 16.22 kv.m.dən ibarət olan mənzilin-mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar