Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-341/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 32R000002857 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9857.02 ABŞ Dolları məbləğində kredit borcu, 11120.71 ABŞ Dolları məbləğində faiz borcu və 9230.17 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30207 (otuz min iki yüz yeddi) ABŞ Dolları 90 (doxsan) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; 2.Tələbin Cavabdeh1 mülkiyyətində olan Quba rayonu. Əlibəyqışlaq kəndində olan 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 266.4 m2 ümumi sahəsi, 139.5 m2 yaşayış sahəsi, 126.9 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 30207 (otuz min iki yüz yeddi) ABŞ Dolları 90 (doxsan) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi; 3. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması; 4. Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Əlibəyqışlaq kəndində olan 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 266.4 m2 ümumi sahəsi, 139.5 m2 yaşayış sahəsi, 126.9 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 32L000000181 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 32R000002857 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 32R000002857S saylı, xx.xx.2016-cı il tarixli 32R000002857SA saylı, xx.xx.2016-cı il tarixli 32R000002857SB saylı, xx.xx.2016-cı il tarixli 32R000002857SC saylı, xx.xx.2017-ci il tarixli 32R000002857SE saylı, xx.xx.2017-ci il tarixli 32R000002857SF saylı. xx.xx.2018-ci il tarixli 32R000002857SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15142.98 ABŞ Dolları ödəmiş, onun 9857.02 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 755 gün üçün hesablanmış faiz borcu 11120.71 ABŞ Dolları təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 32R000002857 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9857.02 ABŞ Dolları məbləğində kredit borcu, 11120.71 ABŞ Dolları məbləğində faiz borcu və 9230.17 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30207 (otuz min iki yüz yeddi) ABŞ Dolları 90 (doxsan) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; 2.Tələbin Cavabdeh1 mülkiyyətində olan Quba rayonu. Əlibəyqışlaq kəndində olan 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 266.4 m2 ümumi sahəsi, 139.5 m2 yaşayış sahəsi, 126.9 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 30207 (otuz min iki yüz yeddi) ABŞ Dolları 90 (doxsan) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi; 3. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması; 4. Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Əlibəyqışlaq kəndində olan 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 266.4 m2 ümumi sahəsi, 139.5 m2 yaşayış sahəsi, 126.9 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçının nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin xx.xx.2013-cü il tarixli 32L000000181 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan xx.xx.2013-cü il tarixli 32L000000181 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 32R000002857 saylı kredit razılaşması əsasında Cavabdeh1 İddiaçıdən 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 32M000000093 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 17.884 manat 32 qəpik dəyərləndirilmişdir. İş materiallarında olan 32S000000337 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 32R000002857 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9857.02 ABŞ Dolları məbləğində kredit borcu, 11120.71 ABŞ Dolları məbləğində faiz borcu və 9230.17 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30207 (otuz min iki yüz yeddi) ABŞ Dolları 90 (doxsan) sent məbləğində borcu təşkil edir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla əsasən belə nəticəyə gəlinir ki, İddiaçı-nin iddia ərizəsi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan, müştərək qaydada 32R000002857 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9857 ABŞ dolları 02 sent məbləğində kredit borcu, 11120 ABŞ dolları 71 sent məbləğində faiz borcu,230 ABŞ dolları 17 sent cərimə borcu, cəmi 21207 ABŞ dolları 90 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 266.4 kv.metr ümumi sahəsi, 139.5 kv.metr yaşayış sahəsi, 126.9 kv.metr yardımçı sahəsən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və evin ilkin satış qiyməti 17.884 manat dəyərində qiymətləndirilməklə açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məmləğ kredit borcu əvəzinə İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan, müştərək qaydada 32R000002857 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9857(doqquz min səkkiz yüz əlli yeddi) ABŞ dolları 02 sent məbləğində kredit borcu, 11120 (on bir min yüz iyirmi) ABŞ dolları 71 sent məbləğində faiz borcu,230 (iki yüz otuz) ABŞ dolları 17 sent cərimə borcu, cəmi 21207 (iyirmi bir min iki yüz yeddi) ABŞ dolları 90 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 266.4 kv.metr ümumi sahəsi, 139.5 kv.metr yaşayış sahəsi, 126.9 kv.metr yardımçı sahəsən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və evin ilkin satış qiyməti 17.884 (onyeddi min səkkiz yüz səksən dörd) manat 32 qəpik dəyərində qiymətləndirilməklə açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan pul vəsaiti kredit borcu əvəzinə İddiaçı-nin xeyrinə ödənilsin. Hərracda əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-341/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-341/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver