Məhkəmə qərarları › İş №2(027)-342/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-342/2020

09.12.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-342/2020 09.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı X3nın faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Quba rayonu, Ərməki kəndində anadan olmuş X3nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə X5nun birgə nikahından xx xxxxx 1959-cu ildə X3, xx xxxxxxxx 1962-ci ildə isə o, anadan olmuşdur. X9 xx xxxxxx 1972-ci ildə, X5 isə xx xxxx 2009-cu il tarixdə vəfat etmişlər. X3 Quba Rayon Mərkəzi X1 şöbəsinin psixiatrik kabinetində xx xxxxxx 1979-cu il tarixdən çox ağır əqli gerilik psixopatabənzər davranış pozğunluqları diaqnozu ilə qeydiyyatdadır. X20 xəstəliyi ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Ona görə də valideynləri vəfat etdikdən sonra X20 faktiki olaraq onun himayəsində yaşayır. X20 ruhi xəstəlik nəticəsində öz həkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən müxtəlif dövlət orqanlarında öz adından hərəkət edərək hüquqmüəyyənedici sənədlər əldə edə və ya onları imzalaya bilmir. Ona görə də Səlimə Əliyevanın fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X10 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X5, anası isə X12r. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 isə xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba rayonu, Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X6 X9 və X5 vəfat etdikdən sonra o, xəstə olduğu üçün qardaşı Ərizəçi ilə bir yerdə onun himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2285 saylı rəyindən görünür ki, X7 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, gec yeriməyə başlaması, nitqinin tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi məlum olur. Xəstəliyi ilə əlaqədar Quba rayon mərkəzi Xəstəxanasının poliklinikasında psixiatrik qeydiyyatda olması, əqli geriliklə ilə əlaqədar İİ qrup əlil olması, Quba rayon mərkəzi Xəstəxanasının poliklinkası şöbəsinin psixiatrik kabinetində xx.xx.1979-cu il tarixdən “Çox ağır əqli gerilik, psixopatabənzər davranış pozutuları ilə” diaqnozu ilə KPŞ-nin psixiatrik kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni X3nın faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X10 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1959-cu ildə Quba rayonu, Ərməki kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar