Məhkəmə qərarları › İş №2(027)-349/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-349/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-349/2024 17.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 ştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla şəxsin heç bir dövlət vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1998-ci il tarixdən ərizəni təqdim etdiyi tarixədək Azərbaycan Respublikası ərazisində - Quba şəhəri, Hacıbaba Əliyev küçəsi, ev 53 ünvanında daimi yaşaması, heç bir dövlət vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü ildə Qazaxıstan Respublikası , Alma-Ata vilayəti İliysk rayonu, Nikolayevka kəndində anadan olmuşdur. Atası, xx.xx.1941-ci il təvəllüdlü , milliyətcə rus olan X5, anası, xx.xx.1949-cu il təvəllüdlü, milliyətcə rus olan X2. Qazaxıstanda 9 illik təhsil almışdır. 1990-cı illərdə X11 hərbi xidmətdə olan Azərbaycan vətəndaşı, xx.xx.1970-ci il təvəllüdlü X23 ilə münasibəti olub. xx.xx.1992-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladı Həbibova( Nəmətova ) Gülnarə Eldarovna xx.xx.1992-ci ildə, X24 xx.xx.1995-ci ildə doğulmuşdur. 1998-ci ilə kimi Qazaxıstanda yaşamışlar. Sonra isə həyat yoldaşı və uşaqları ilə birgə Azərbaycana köçüb gəlmişdir. ünvan 1 ünvanındakı Həyat yoldaşının ata evində yaşamışdılar və elə o vaxtdan bu günə kimi həmin ünvanda yaşayırlar. Bu barədə yaxın qonşuların və qohumların iştirakı ilə akl tərtib edilib. Azərbaycana daimi yaşayış üçün köçüb gəlməyinə valideynləri razılıq ərizəsi veriblər. Həyat yoldaşı, X25 xx.xx.2018-ci ildə rəhmətə gedib. Hal-hazırda ünvan 1 ünvanında oğlu ilə birgə qalır. Ailə təsərrüfatını özü idarə edir. Qızı ailə həyatı qurub, azərbaycan vətəndaşıdır, həyat yoldaşı da azərbaycanlıdır, 3 uşaqları var. Hal-hazırda Qubada yaşayırlar. Oğlu da Azərbaycan vətəndaşıdır, hərbi xidmətini - Azərbaycan Respublikasında, Füzuli rayonunda keçib. O da onunla bir yerdə Quba şəhərində - yuxarıda qeyd edilən ünvanda yaşayır. Azərbaycan vətəndaşlığını bu günə kimi ala bilməmişdir. Azərbaycan vətəndaşlığının alınmasından ötrü ona köməklik göstərilməsi üçün AR Dövlət Miqrasiya Xidmətinə rəsmi məktub ünvanlamış. xx.xx.2023-cü il tarixli, 3- 37/2-N-772 1-26-1-08-23214/2023 saylı cavab məktubu ilə ona bildirmişlər ki, ’‘Azərbavcan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyəti təsdiq edən sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qallmışdır. Göstərilənləri nəzərə alaraq, vətəndaşlıq almaqdan ötrü Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə ona köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vüsal Əmirli ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdir ki, ərizəçi Nəmətova (Kopeykina) Alyona Anatolyevna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “1988-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin, bununla belə AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Qazaxıstan Respublikası) təqdim edilməsini; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini; 1-ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda ərizənin təmin olunması barədə müvafiq qətnamənin çıxarılmasına etirazın olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X20 izahatında bildirmişdir ki, Azərbaycan vətəndaşlığının alınmasından ötrü qanunun tələb etdiyi halda əsasən iki sənədin olması vacib olduğunu, həmin sənədlər, doğulduğu və əvvəllər daimi yaşadığı ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən səfirliyin arayışı, ölkə ərazisindən girişçıxışının qeydə alınıb-alınmaması barədə Dövlət Sərhəd Xidmətinin məktubu olmalıdır. Həmin sənədlər təqdim edildiyi təqdirdə ərizənin təmin olunmasına heç bir etirazın olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, həmçinin məhkəmənin sorğusu əsasında işə əlavə edilmiş digər sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-ИА 362690 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən və tərcümə olunmuş surətindən göründüyü kimi, X15 xx.xx.1974-cü ildə Qazaxıstan Respublikası, Alma-Ata vilayəti, İliysk rayonu, Nikolayevka kəndində anadan olmuşdur. Atası, xx.xx.1941-ci il təvəllüdlü, milliyətcə rus olan X5, anası, xx.xx.1949-cu il təvəllüdlü, milliyətcə rus olan X2. İş materiallarında olan X6 məxsus olan İV-OИ 719717 seriyalı keçmiş SSRİ-nin vətəndaş pasportunun surətindən göründüyü kimi -şəxsin soyadı “Nəmatova”, adı “Alena”, ata adı “Anatolyevna” kimi qeyd edilmiş və doğum tarixi xx.xx.1974-cü il, doğum yeri Qazaxıstan Respublikası, Alma-Ata vilayəti, İliysk rayonu, Nikolayevka kəndi qeyd olunmuşdur. İş materiallarında olan A3 ******* seriyalı “Doğum haqqında şəhadətnamə”dən göründüyü kimi, X23 xx.xx.1970-ci ildə Quba şəhərində anadan olmuşdur. Atası, X22, anası, X3r. İş materiallarında olan İ-OИ 499558 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X23 ilə X15 arasında xx.xx.1992-ci il tarixdə Qazaxıstan Respublikası, Zıryanovskiy rayonu, Zubovsk kənd sovetliyində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Nəmətova” soyadı verilmişdir. İş materiallarında olan İİİ-OИ 273380 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X18 xx.xx.1992-ci ildə Qazaxıstan Respublikası, Şərqi-Qazaxıstan vilayəti, Zıryanovskiy rayonu, Zubovsk kəndində anadan olmuşdur. Atası, milliyətcə ləzgi olan X26, anası, milliyətcə rus olan X7 . İş materiallarında olan ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən və tərcümə olunmuş surətindən göründüyü kimi, X28 xx.xx.1995-ci ildə Qazaxıstan Respublikası, Şərqi-Qazaxıstan vilayəti, Zıryanovskiy rayonu, Zubovsk kəndində anadan olmuşdur. Atası, milliyətcə ləzgi olan X23, anası, milliyətcə rus olan Ərizəçidır . İş materiallarında olan AZ-İİ 313871 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 0364 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.20236-cü ildə Quba şəhərində tərtib edilmiş aktdan göründüyü kimi, Ərizəçi ailəsi ilə 1998-ci ilə kimi Qazaxıstanda yaşamasnı,sonra həyat yoldaşı və 2 uşağı ilə birgə Azərbaycana köçüb gəlməsi, Həyat yoldaşının ata evində- ünvan 3 ünvanındakı evdə yaşayıb və elə o vaxtdan bu günə kimi də həmin ünvanda yaşamaları, həyat yoldaşı, X27, xx.xx.2018-ci ildə rəhmətə getməsi, hal-hazırda ünvan 3 ünvanında oğlu ilə birgə qalması, qızının ailə həyatı qurması, başqa yerdə qalması, ailə təsərrüfatını Ərizəçi özünün idarə etməsinə dair aktın doğruluğunu Ərizəçi, X13, X21, X14, X4 imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba Xaçmaz Regional Təhsil idarəsi Quba şəhər Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbdən verilmiş xx.xx.2024-cü il 162 saylı arayışdan göründüyü kimi, X24 həqiqətən 2002-2003-cü tədris ilində məktəbin İ sinifinə qəbul olunub, 2014-cü ildə həmin məktəbin Xİ sinifini bitirmişdir. Ona A seriyalı, 374725 nömrəli tam orta təhsil haqqında attestat təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba Xaçmaz Regional Təhsil idarəsi Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdən verilmiş xx.xx.2024-cü il 163 saylı arayışdan göründüyü kimi, X16 həqiqətən 1999-cu tədris ilində məktəbin İ sinifinə qəbul olunub, 2010-cu ildə həmin məktəbin Xİ sinifini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 37/2-N-772 1-26-1-08-23214/2023 saylı məktubuna əsasən, ’‘Azərbavcan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyəti təsdiq edən sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir Məhkəmənin sorğusuna əsasən, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin məlumatına əsasən, Qazaxıstan Respublikasının Şərqi Qazaxıstan vilayəti Polis departamentinin Miqrasiya xidməti idarəsinin məlumatına əsasən, Nəmətova Alena (Alyona) Anatolyevna (xx.xx.1974 il təvəllüdlü) Qazaxıstan Respublikasının vətəndaşı kimi sənədləşdirilməmişdir. Həmçinin Ərizəçi Qazaxıstan Respublikasından kənarda daimi yaşamaq üçün çıxışı məsələsi ilə bağlı Şərqi Qazaxıstan vilayəti Polis departamentinin Miqrasiya xidməti idarəsinə müraciəti barədə məlumat yoxdur. Yuxarıda göstərilənlərlə əlaqədar, eləcə də QR. Şərqi Qazaxıstan vilayətinin PD MXİ-nin məlumatına əsasən, X12 Respublikasının vətəndaşlığını müəyyən etmək mümkün deyil. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Elçin Abuzərlinin məlumatına əsasən, X8 dövlət sərhədindən hərəkəti barədə "İAMAS" bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəmətova Alena (Alyona) Anatolyevna ailəsi ilə birlikdə 1998-ci ilə kimi Qazaxıstanda yaşamış, sonra isə həyat yoldaşı və uşaqları ilə birgə Azərbaycana köçmüş və haırda ünvan 4 ünvanda yaşayır. Azərbaycan Respublikası vətəndaşlığının alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatına istinadən, Ərizəçi Qazaxıstan Respublikasının vətəndaşı kimi sənədləşdirilməmişdir. Ərizəçi Qazaxıstan Respublikasından kənarda daimi yaşamaq üçün çıxışı məsələsi ilə bağlı Şərqi Qazaxıstan vilayəti Polis departamentinin Miqrasiya xidməti idarəsinə müraciəti barədə məlumatın olmadığı, həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən məhkəməyə daxil olan məlumata əsasən, Ərizəçi dövlət sərhədindən hərəkəti barədə "İAMAS" bazasında məlumat qeydə alınmadığı məlum olmuşdur. Qeyd etmək lazımdır ki, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmələr tərəfindən baxılır. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən, ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlərin olduğu halda, həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməli, eyni zamanda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı barədə sənəd təqdim edildiyi halda, hüquqi faktın təmin edilməsi qanunamüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1998-ci il tarixdən ərizəni təqdim etdiyi tarixədək Azərbaycan Respublikası ərazisində - ünvan 5 ünvanında daimi yaşaması, heç bir dövlət vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 1998-ci il tarixdən Azərbaycan Respublikası ərazisində - Quba şəhəri, Hacıbaba Əliyev küçəsi, ev 53 ünvanında daimi yaşaması faktı və heç bir dövlət vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar