Məhkəmə qərarları › İş №2(027)-350/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-350/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-350/2025 14.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı “debitor borcunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «Azəriqaz” İB Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə iddiaçı «Azəriqaz” İB məhkəməyə ərizə göndərərək, «Azəriqaz” İB ilə Cavabdeh arasında iddia ərizəsini ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun «Azəriqaz” İB-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, iddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı “debitor borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, «Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 34,92 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən «Azəriqaz” İB-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh “debitor borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. «Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 34,92 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən «Azəriqaz” İB-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar