Məhkəmə qərarları › İş №2(027)-359/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-359/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-359/2024 29.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Maraqlı şəxsnə qarşı “mənzildən istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildə pasport qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013- cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin 1 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Evdə o, və oğlu Cavabdeh pasport qeydiyyatındadırlar. Ancaq faktiki olaraq mənzildə o, tək yaşayır. Oğlu Cavabdeh burada pasport qeydiyyatında olsa da, burada yaşamır. Belə ki, onun ünvan 2 ünvanında 252,5 kv.metr ölçüdə iki mərtəbəli fərdi yaşayış evi vardır və Elnur orada yaşayır. Haqqında söhbət gedən mənzil onun mərhum həyat yoldaşı ilə birgə yaşadığı mənzildir. Oğlu Cavabdeh 15 il bundan qabaq ünvan 3 ünvanındakı fərdi yaşayış evini almış və həmin vaxtdan orada yaşayır. Lakin, o, ünvan 4 ünvanından qeydiyyatdan çıxmamışdır. Cavabdeh öz evinə köçdükdən sonra onun ünvan 4 ünvanındakı mənzillə heç bir əlaqəsi qalmamış və hal-hazıra qədər də ünvan 3 ünvanındakı fərdi yaşayış evində yaşayır. O, dəfələrlə oğlu Cavabdeh xahiş etmiş ki, onun mənzilindən qeydiyyatdan çıxsın, öz xüsusi mülkiyyətində olan və faktiki yaşadığı ünvanına qeydiyyata düşsün, o, bunu etməkdən imtina edir. Yuxarıda göstərilənlərin, oğlu Cavabdeh onun mülkiyyətində olan evdə yaşamadığının nəzərə alınaraq, oğlu Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 1 saylı mənzilində pasport qeydiyyatının ləğv olunması xahişi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ərizəyə xx.xx.2023-cü il tarixli. 91/2- Y-8042 saylı məktubla cavab verərək, bildirmişdir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nın yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Quba RPŞ-nə müraciəti əsasında məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 5 ünvanda yerləşən mənzil vardır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Buna baxmayaraq Cavabdeh həmin evdə faktiki olaraq yaşamasa da, pasport qeydiyyatındadır. İddiaçı cavabdehin evə qeydiyyatının ləğv edilməsi üçün səy göstərsə də, bu məsələni həll etməyə nail olmamışdır. Cavabdeh həmin evdə yaşamır, mübahisəli evdə onun hər hansı əşyası yoxdur. Həmin evdə cavabdeh formal olaraq qeydiyyatdadır. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan mənzildə faktiki olaraq yaşamadığına görə oradan istifadə hüquqlarını itirmişdir. Onun həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və bu hüquqlarını məhdudlaşdırır. Ona görə də, cavabdeh qeyd olunan mənzildə faktiki olaraq yaşamadığına görə oradan istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən 56.7 kv.metr olan fərdi yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar