Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-36/2025 04.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq onlara təhvil verilməsi və çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqla bağlı mübahisələr, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq onlara təhvil verilməsi və çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDRX və reyestri X26 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onlara verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ əsasında onlara məxsus olan Quba rayonu Nügədi yolu adlanan ərazisində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq onlara təhvil verilməsi və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu AİK-nın 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə onlara Quba şəhəri ərazisindən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:237 kod 30301004 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsi onlara ayrılarkən yerləri göstərilmiş, onlar həmin ərazidə smerenka növü alma bağı salıblar. Bağ meyvəyə düşdükdən sonra bir yerdə işlədiyi və bağ qonşusu olan Yunis Məmmədov ona (İddiaçı1) bildirib ki, onların torpaq sahəsi bu ərazidə 40 metr sol tərəfdə yerləşir və bundan sonra səhəri gün Quba DT və XK əməkdaşları gələrək, ona yerin sahəsini yerində göstərmişdilər. Onlar, göstərilmiş ərazidə gilas bağı salıblar. Bir neçə ildən sonra, həmin torpaq sahəsinin sahibi gələrək, gilas bağı olan ərazinin ona məxsus olmasını bildirib və mülkiyyət hüququ barədə sənədləri onlara təqdim edib. Bundan sonra onlar, Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDRX və reyestri X26 5 saylı Xaçmaz Əİ-nə müraciət edərək, JN:237 kod 30301004 saylı Torpağa mülkiyyət hüququna X28 ilə onlara verilmiş Quba şəhəri, Nügədi yolu ərazisindən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdılar. Çıxarış aldıqdan sonra məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsi ilkin olaraq onlara göstərilmiş, yəni alma bağı saldıqları ərazidir. Qeyd ediblər ki, bağ qonşusu X3 rayon DT və XK Şöbəsinin əməkdaşları ilə əlbir olaraq, onları aldatmış və onlar da inanaraq, sonradan 0.80 ha kimi tanıdılmış faktiki 0.60 ha olan torpaq sahəsində gilas bağı salmışdılar. 0.80 ha kimi təqim edilmiş 0.60 ha torpaq sahəsinə dair onlara JN 239 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X28 verilmişdir. Dövlət tərəfindən onlara verilmiş 0.80 ha torpaq sahəsini bağ qonşusu Yunis Məmmədov özünə məxsus bağ sahəsinə qataraq mülki iş üzrə cavabdehə satmışdır. Hal-hazırda cavabdeh onlara məxsus 0.80 ha bağ sahəsindən istifadə edir və salınmış alma bağının məhsulunu da utanmadan mənimsəyir. Cavabdeh onlara məxsus torpaq sahəsi ilə yanaşı, digər başqa şəxslərə məxsus torpaq sahələrini də mişar daşından hasara almaqla Yunis Məmmədov və torpaq şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş saxta Dövlət Aktına əsasən alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdehə torpaq sahəsindən çıxmasını təklif etsələr də, Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu deyərək, torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavabdeh onları öz mülkiyyətlərində olan torpaq sahəsinə buraxmayaraq, torpaq sahəsindən istifadə etməklərinə və əkib-becərməylərinə imkan vermir və beləliklə də, onların mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən torpaq sahəsi onlara təhvil verilməli və cavabdeh tərəfindən inşa edilmiş hasar onun hesabına sökülməlidir.
İş materialları :
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan Çıxarışa əsasən Quba şəhəri ərazisindən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 416 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. JN:237 kod 30301004 saylı Torpağa mülkiyyət hüququna X28na əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına əsasən Quba rayonu ərazisində 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmişdir.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin (Seriya RX, № 0586971) xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06 olan Çıxarışa əsasən Quba şəhəri ərazisindən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyesterində 101 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən göstərilmişdir ki, JN 239 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna X28” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında JN-237 kimi qeydiyyatdan keçmişdir. JN239 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna X28”nın arxiv nüsxəsi isə digər şəxslərin adınadır. Bundan əlavə, JN-239 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin cizgisi 0.8 ha ölçüdə elektron məlumat bazasında öz əksini tapmamşdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
7. AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2007-ci il tarixli, MH ******* seriya nömrəli, ********* qeydiyyat nömrəli, **********76 reyetr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 0.599999 ha torpaq sahəsini Cavabdeh 112500 manata satmışdır.
8. AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2006-cı il tarixli, MH ******* seriya nömrəli, ********* qeydiyyat nömrəli, **********69 reyetr nömrəli çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 1.0 ha torpaq sahəsini Cavabdeh 187500 manata satmışdır.
9. AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixlii Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2001-cı il tarixli, JN 238, KOD 30301004 olan torpağa mülkiyyət hüququna dait Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 1.0 ha torpaq sahəsini Cavabdeh 120000 manata satmışdır.
10. JN;239 kod 30301004 saylı Torpağa mülkiyyət hüququna X28na əsasən Quba rayonu X13 2000-ci il 05 may tarixli 05 saylı qərarına əsasən Quba rayonu ərazisində 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X4, X2 verilmişdir.
11. AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən X7, X8 və X5 xx.xx.2001-cı il tarixli, JN 237, KOD 30301004 olan torpağa mülkiyyət hüququna X28na əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 0.60 ha torpaq sahəsini X10 3000 manata satmışdır.Müqavilənin müqavilə tərəfləri barədə məlumat qeyd edilən hissəsində göstərilmişdir ki, satıcıların əvəzinə Quba rayonu DNK-nın xx.xx.2006-cı il tarixli 7-E-1781 nömrəli etibarnaməyə əsasən İddiaçı1 imza etmişdir. 12.AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən X7, X8 və X5 xx.xx.2001-cı il tarixli, JN 237, KOD 30301004 olan torpağa mülkiyyət hüququna X28na əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 0.60 ha torpaq sahəsini X10 3000 manata satmışdır. 13.AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhərində yerləşən 1.0 ha torpaq sahəsi X14, X11, X18, X15 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflərin izahatları :
14. Məhkəmə iclasında İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. 15.Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
16. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişlər ki, iddiaçıların iddia etdikləri torpaq sahəsinə dair Quba Rayon Məhkəməsi 18 mart 2024-cü il tarixli 2(027)-110/2024 saylı qərardadı ilə mühəndis-texniki ekspertizası təyin olunmuş, xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli 10/8776 nömrəli ekspert rəyi Məhkəməyə təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin “Qeyd” hissəsində göstərilir: “Cavabdeh verilmiş **********06 reyestr nömrəli çıxarış JN-236, JN-237, JN-238 və JN-239 nömrəli Dövlət Aktları əsasında verilmişdir. Cavabdeh verilmiş **********06 reyestr nömrəli çıxarış verilməsinə əsas olmuş JN-237 nömrəli Dövlət Aktı 0,60 ha olaraq X7 və ailə üzvülərinin adına tərtib olunmuşdur.” Bildirir ki, JN-237 nömrəli Dövlət Aktında göstərilən 0,60 ha torpaq sahəsi X7 və ailə üzvülərin mülkiyyəti olduğu üçün onlardan Cavabdeh tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli 10/8776 nömrəli ekspert rəyində(3-cü bənd) qeyd olunur: ”Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla,baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır.Odur ki,mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.” Məlum edir ki,xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında İddiaçı və onun Nümayəndəsi bildirmişdir ki,hazırda iddiaçı özünün istifadəsində olan 0,60 ha torpaq sahəsinin(həmin torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 2,60 ha hasarlanmış torpaq sahəsinin kənarındadır) başqa şəxsə məxsus olduğunu bildikdən sonra, əvvəllər-2001-ci ildən surəti özündə qalan JN-237 nömrəli Dövlət Aktını 2023-cü ildə DƏDK və Reyestri X26ə təqdim edərək xx.xx.2023-cü il tarixli Çıxarışı əldə etmişdir.Hansı ki,həmin JN237 nömrəli Dövlət Aktı əsasında olan torpaq sahəsinin mülkiyyətçisi 2001-2006- cı illər arasında dəyişmişdir.Yəni,yeni mülkiyyətçi X7 olmuşdur. 31 may 2006-cı il tarixdə AN-İ nömrəli 0082101, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə X7 tərəfindən X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli 10/8776 nömrəli ekspert rəyindən görünür ki, Ekspertiza Mərkəzində torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla,baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki,iddiaçı tərəfindən mübahisələndirilən JN-237 nömrəli Dövlət Aktı əsasında və JN-239 nömrəli Dövlət Aktı əsasında torpaq sahəsinin ona məxsus olmadığını təsdiq edən Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrini məhkəməyə təqdim edir.Məlum edir ki, hər iki Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələri üzrə satıcını Notariatda İddiaçı1 təmsil etmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş, daha sonra həmin ərizəni müdafiə etmədiyini bildirmişdir. Məhkəmə özü də iddia ərizəsinin baxılmamış saxlanılması üçün hər hansı bir əsas müəyyən etməmişdir.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
111. İ. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
111. İİİ. torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
21. Məhkəmənin mövqeyi :
22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
23. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
24. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 26.Hazırki iddia ərizəsinin məzmunundan da aydın olduğu kimi iddia tələbi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması və sonuncu tərəfindən tikilmiş hasarın onun hesabına sökülməsi ilə bağlıdır.
27. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Belə ki, vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür 28.Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
29. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
30. Mülki qanunvericiliyə əsasən isə, hər hansı şəxsin (mülkiyyətçi və ya qanuni sahib) həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması, 2) cavabdehin əşyanın sahibi olması, 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. 31.Əvvəlcə məhkəmə yuxarıda göstərilən ilkin ünsürə, yəni iddiaçıların əşyanın mülkiyyətçisi olmasına münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan Çıxarışa əsasən hazırda mübahisələndirilən torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır. Göründüyü kimi iddiaçıların qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən tələb edilməsi ilə əlaqədar ilkin şərt ödənilmişdir. 32.Cavabdehin iddia olunan torpaq sahəsinin sahibi olmasına münasibətdə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, daşınmaz əmlaka cavabdeh nənki sahiblik edir, həmin əmlak mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın Dövlət reyestrinin (Seriya RX, № 0586971) xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06 olan çıxarışa əsasən qeydə alınmışdır və şəxsin torpaq sahəsinə mülkiyyət hüququndan irəli gələn sahiblik, istifadə və sərəncam hüququ əmələ gəlmişdir. 33.Mübahisələndirilən torpaq sahəsinin cavabdehin adına qeydə alınmasına əsas isə Cavabdeh ilə X14 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Belə ki, həmin alqı-satqı müqaviləsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata istinad edilməklə bağlanmışdır. 34.Qeyd edilməlidir ki, iş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/8776 saylı, 21 aprel 2025-ci il tarixli rəyində göstərilmişdir ki, iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********61 olan çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə eynilik təşkil edir. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi ilə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin (Seriya RX, № 0586971) xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06 olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları eynilik təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********61 olan çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam olaraq Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin (Seriya RX, № 0586971) xx.xx.2015-ci il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi 303013Q72406 olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşür. Bundan əlavə olaraq bildirilmişdir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsi tam olaraq cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən faktiki olaraq mişar daşı ilə hasara alınmışdır. QEYD: Cavabdeh verilmiş **********06 reyestr nömrəli çıxarış JN- 236, JN-237, JN-238 və JN-239 nömrəli Dövlət Aktları əsasında verilmişdir. Qeyd edir ki, **********06 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş JN-237 nömrəli Dövlət Aktı baza məlumatlarında olan xəritə materialları üzərində 0.60 ha olaraq deyil, xəritə materialları üzərində və DBF siyahısında 0.80 ha olaraq iddiaçı və ailə üzvlərinin adında qeyd olunmuşdur. Lakin, **********06 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş JN-237 nömrəli Dövlət Aktı 0.60 ha olaraq X7 və ailə üzvlərinin adına tərtib olunmuşdur. DBF siyahısında və xəritə materialları üzərində 237 nömrə X7 və ailə üzvlərinin adında deyil iddiaçı və ailə üzvlərinin adında qeyd edilmişdir. 35.Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində tərəflərin mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə də, mübahisəli torpaq sahəsinə dair həm iddiaçıların, həm də cavabdehin adına müvafiq inzibati orqanlar tərəfindən verilmiş hüquqi sənədlər mövcuddur və həmin sənədlər qanunla müəyyən edilmiş hər hansı bir qaydada mübahisələndirilməmişdir.
36. Əlavə olaraq məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş JN:237 kod 30301004 saylı Torpağa mülkiyyət hüququna X28ndan müəyyən olunur ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına əsasən Quba rayonu ərazisində 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, X8 və X5 tərəfindən xx.xx.2001-cı il tarixli, JN 237, KOD 30301004 olan torpağa mülkiyyət hüququna X28na əsasən Quba şəhəri ərazisində yerləşən mülkiyyətində olan 0.60 ha torpaq sahəsini X1. 37.Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktını hallarına tətbiq etməklə məhkəmə bildirir ki, hazırki iddia tələbi üzrə məhkəmənin üzərinə düşən vəzifə məhz cavabdehin iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanunsuz sahibliyi həyata keçirib-keçirməməsi ilə bağlı faktların araşdırılması olmuş və nəticə olaraq isə cavabdehin iddia olunan torpaq sahəsinin mülkiyyətçisi olması və onun əmlaka qanuni şəkildə sahib olması faktı müəyyən edilmişdir. Bununla da hazırki iddianın haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərti müəyyən edilməmişdir. 38.Mülki prosessual qanunvericiliyə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmə xərcləri : 40.Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 41.Ekspertiza xərcinə dair bildirişindən müəyyən olunur ki, tikinti-texniki obyektlərin tədqiqinin dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza xərci iddiaçılara aid edilməlidir.
Nəticə :
42. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq onlara təhvil verilməsi və çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçılardan 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli