Məhkəmə qərarları › İş №2(027)-360/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-360/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-360/2024 06.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs uşağın anadan mənşəyinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 2020-ci ildə Quba şəhərində doğulmuş qız uşağının ondan-Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, o, X4 ilə 2018-ci ildə ailə quraraq evlənmişdir. Birgə ər-arvad olaraq yaşadıqları dövrdə xx.xx.2020-ci il tarixdə qız uşağı dünyaya gəlmişdir. O, R.Əliyevlə ailə qurmazdan əvvəl X5 adlı şəxslə nikahda olmuş və onunla arasında olan nikah Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə almışlar. O, ona görə də xx.xx.2020-ci il tarixdə dünyaya gəlmiş övladına doğum haqqında şəhadətnamə ala bilməmişdir. O və Rəhman Əliyev xx.xx.2020-ci il tarixdə doğulmuş övladları üçün doğum haqqında şəhadətnamə almaq üçün rəsmi olaraq Maraqlı şəxsnə müraciət etmişlər. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubu ilə izah etmişdir ki, onun Ərizəçi 1-ci həyat yoldaşı X5 ilə birgə nikahları pozulmadığından uşağın doğumunun qeydə alınarkən X2 ata kimi yazılması mümkün deyil və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi X12 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, X4 2018-ci ildə Ərizəçi ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən 23 iyul 2020-ci il təvəllüdlü qız uşağı anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. O, uşağına doğum haqqında şəhadətnaməni vaxtında almadığı üçün müddəti ötürmüşdür. Hazırda həmin uşaq sağ və salamatdır. Məhkəmə tərəfi dinləyərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X1 xx.xx.2004-cü ildə X3 ilə birgə nikahları pozulmadığından uşağın doğumunun qeydə alınarkən X2 ata kimi yazılması mümkün olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 14 sentyabr 2004-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 arasında bağlanmış nikaha 10 mart 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə X4 və X1 bir qızı anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi xx.xx.2020-ci il tarixdə Quba şəhərində bir qız uşağı (valideynləri tərəfindən “Arzu” adlandırılan uşağı) doğması faktı iş üzrə toplanmış sübutlarla – ərizəçinin və şahidin izahatı, Səhiyyə Nazirliyinin doğum haqqında tibbi şəhadətnaməsi ilə müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Quba şəhərində xx.xx.2020-ci il tarixdə doğulmuş qız uşağının anası olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Quba şəhərində 23 iyul 2020-ci il tarixdə qız uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar