Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-363/2022 20.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X2 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X1 Çıxarışla mülkiyyət hüququ əsasında adına olan Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 6 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda şəxsi mülkiyyət hüququ əsasında 0,02 ha torpaq sahəsində yerləşən 166,50 kv yaşayış sahəsi olan evi vardır və adına mülkiyyətini təsdiq edən ********** qeydiyyat nömrəli 26 fevral 2021- ci il tarixli ƏMDK - yanında DƏDRX- nin hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət Reyestrindən çıxarışı vardır. O qeyd olunan ünvanda yerləşən evə dair çıxarış aldığdan sonra X23 Xidmət idarəsindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldıqda məlum olub ki, ona məlum olmayan səbəblərə görə iddia ərizəsində qeyd etdiyi cavabdehlər onun evində qeydiyyatdadırlar. İddia ərizəsində qeyd olunan cavabdehlərin onun mülkiyyətində olan evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir, ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edib istifadə hüquqlarının itirilməsini tələb edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 15.11.2021-ci il tarixli ******* N-li arayışından aşkar olur ki, onun mülkiyyəyində olan ünvan 3 ünvanda yerləşən evində - cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9, X4 pasport qeydiyyatındadırlar və cavabdehlərin ona məxsus evdən istifadə hüquqları itirilməlidir, hüquqlarına xitam verilməlidir. Göstərilən əsaslara görə cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9, və X1 Çıxarışla mülkiyyət hüququ əsasında adına olan Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 6 nömrəli X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9, və X4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 26.02.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda şəxsi mülkiyyət əsasında 0,02 ha torpaq sahəsində yerləşən 166,50 kv yaşayış sahəsi olan evi tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayış”dan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1970 ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. Digər şəxslər, X12, X3, X5, X16, Cavabdeh2, X10, X6, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9, və X4 da həmin ünvanda qeydiyyatdadırlar. Beləliklə, məhkəmədə müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X4 qeydiyyatdadırlar. İddiaçı həmin şəxslərin həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə heç bir etiraz dəlil və sübut təqdim etməmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2ci maddəsinə görə, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Eyni Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9, və X1 Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 6 nömrəli evə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X16, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5, X11, X9 və X1 Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 6 nömrəli evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-363/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-363/2022
20.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver