Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-367/2023 17.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0,02 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın və ora qoyulmuş darvaza qapının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1987-ci ildə ona işlədiyi “Partiyanın 22-ci qrultayı” adına sovxozdan fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində iki mərtəbəli yaşayış evi tikmişdir. Həmin evə və torpaq sahəsinə dair Reyestrdən Çıxarış almışdır. Həmçinin, həmin həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 0,02 ha torpaq sahəsindən o, uzun müddət sənədsiz istifadə etmişdir. Bələdiyyələr fəaliyyətə başladıqdan sonra həmin 0,02 ha torpaq sahəsi bələdiyyənin balansına oturmuşdur. Bələdiyyənin sədri Eldar Eynullazadə onu bələdiyyə idarəsinə dəvət edərək istifadəsində ki, 0,02 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu və oranın alğı-satqı edərək adına rəsmləşdirməyi təklif etmişdir. Bununla razılaşaraq qeyd olunan torpaq sahəsi üçün 400 manat ödəniş edərək 29 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə oranı satın almışdır. Həmin müqavilə əsasında torpaq sahəsinə dair Reyestrdən Çıxarış almışdır. Torpaq sahəsindən istər sənədsiz, istərsə də sənədlə 30 il ərzində maneəsiz istifadə etmişdir. Bununla əlaqədar qonşuların heç bir narazılığı və iradı olmamışdır. Cavabdeh onunla qonşuluqda olan X1 məxsus torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsi ilə əlaqədar onunla mübahisə etməyə başlamışdır. Cavabdehin həyətyanı torpaq sahəsinə əvvəldən başqa yerdən giriş darvazası olduğu halda onun mülkiyyətində olan torpaq sahəsinə darvaza qoymuş, bir hissəsini də daş hasarla hörmüşdür. Bu hərəkətləri ilə cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək onu mülkiyyətindən faktiki olaraq məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ekspet rəyi ilə razı olduğunu iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, ekspertizanın rəyi ilə razılaşdığını, iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsindən istifadə etdiyini, həmin torpaq sahəsində yerləşən tikililəri sökdürəcəyini bildirdi və iddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/0631 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,04 ha torpaq sahəsinin bazar dəyəri xx.xx.2016-cı il tarixə 4400 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,20 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/0634 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin bazar dəyəri xx.xx.2016-cı il tarixə 19000 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2023-cü il tarixli 2(027)-10/5178 saylı rəyindən görünür ki, mütəxəsis rəyinə əsasən, İddiaçı verilmiş 0,02 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 0,0160 ha hissəsinin mişar daşı ilə hasara alınaraq istifadə olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddələrin dizpozitiv şərtlərini hazırki mübahisəyə tətbiq edərk məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Quba rayonu, Dəlləkli kəndində yerləşən mübahisəli torpaq sahəsinin 0,0160 ha hissəsinin mişar daşı ilə hasara alınaraq Cavabdeh tərəfindən istifadə edilmiş və faktiki olaraq onun istifadəsindədir. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində tikili mövcuddur və bu tikililərlə bağlı cavabdeh məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 0,0160 ha hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur. Ona görə də, İddiaçı mülkiyyətində olan Quba rayonu Dəlləkli kəndində yerləşən torpaq sahəsinin 0,0160 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və ora qoyulmuş darvaza qapı mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş, bununla da mülkiyyətçinin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, tikinti norma və qaydaları pozulmuşdur. Bununla da, Cavabdeh iddiaçıya məxsus Quba rayonu Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsinin 0,0160 ha hissəsindən qanunsuz olaraq istifadə edilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5178 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-tikinti ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Quba rayonunun Dəlləkli kəndi ərazisində yerləşən 0,02 torpaq sahəsinin 0,0160 ha hissəsindən çıxarılmalı və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikililər Cavabdeh hesabına sökülməlidir, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********85 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Quba rayonunun Dəlləkli kəndi ərazisində yerləşən 0,02 torpaq sahəsinin 0,0160 ha hissəsindən çıxarılsın və cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş tikililər Cavabdeh hesabına sökülsün. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-367/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-367/2023
17.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver