Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-374/2022 11.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı “işə bərpa tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 11 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Quba Bələdiyyəsi məhkəməyə məktub ilə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasəniddia tələbinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbinə” dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-374/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-374/2022
11.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver