Məhkəmə qərarları › İş №2(027)-39/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-39/2021

25.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-39/2021 25.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0,02 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın və ora qoyulmuş darvaza qapının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1987-ci ildə ona işlədiyi “Partiyanın 22-ci qrultayı” adına sovxozdan fərdi yaşayış evi tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində iki mərtəbəli yaşayış evi tikmişdir. Həmin evə və torpaq sahəsinə dair Reyestrdən Çıxarış almışdır. Həmçinin, həmin həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 0,02 ha torpaq sahəsindən o, uzun müddət sənədsiz istifadə etmişdir. Bələdiyyələr fəaliyyətə başladıqdan sonra həmin 0,02 ha torpaq sahəsi bələdiyyənin balansına oturmuşdur. Bələdiyyənin sədri Eldar Eynullazadə onu bələdiyyə idarəsinə dəvət edərək istifadəsində ki, 0,02 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu və oranın alğı-satqı edərək adına rəsmləşdirməyi təklif etmişdir. Bununla razılaşaraq qeyd olunan torpaq sahəsi üçün 400 manat ödəniş edərək 29 mart 2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə oranı satın almışdır. Həmin müqavilə əsasında torpaq sahəsinə dair Reyestrdən Çıxarış almışdır. Torpaq sahəsindən istər sənədsiz, istərsə də sənədlə 30 il ərzində maneəsiz istifadə etmişdir. Bununla əlaqədar qonşuların heç bir narazılığı və iradı olmamışdır. Cavabdeh onunla qonşuluqda olan X3 məxsus torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsi ilə əlaqədar onunla mübahisə etməyə başlamışdır. Cavabdehin həyətyanı torpaq sahəsinə əvvəldən başqa yerdən giriş darvazası olduğu halda onun mülkiyyətində olan torpaq sahəsinə darvaza qoymuş, bir hissəsini də daş hasarla hörmüşdür. Bu hərəkətləri ilə cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək onu mülkiyyətindən faktiki olaraq məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/3239 saylı, 31.03.2017-ci il tarixli arayışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsinin bazar dəyəri 31.03.2017-ci il tarixə 1700 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsini İddiaçı Quba rayonu X2-X14 tərəfindən 400 manata almışdır. İş materiallarında olan Quba rayonu Vladimirovka Bələdiyyəsinin 23.08.2017-ci il tarixli arayışından görünür ki, Quba rayonu Vladimirovka bələdiyyəsi ilə Dəlləkli kənd sakini İddiaçı arasında Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini qanuna müvafiq olaraq notarial qaydada alğı-satqı müqaviləsi bağlanmışdır. Satılmış ərazidə qanunsuz olaraq tikinti işləri aparılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 məxsusdur. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/0634 saylı, 01.09.2016-cı il tarixli arayışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin bazar dəyəri 01.09.2016-cı il tarixə 19.000 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 məxsusdur. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/0631 saylı, 01.09.2016-cı il tarixli arayışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,04 ha torpaq sahəsinin bazar dəyəri 01.09.2016-cı il tarixə 4400 manat təşkil edir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-145/2019 saylı, 06.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər İddiaçı və Quba rayonunun Vladimirovka Bələdiyyəsi tərəfindən 0,02 ha torpaq sahəsinin cavabdeh İddiaçı satmasına dair Vladimirovka bələdiyyəsi ilə İddiaçı arasında Quba rayon Notariat Kontorunda rəsmiləşdirilmiş 29.03.2017-ci il tarixli Daşınmaz Əmlakın AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, İddiaçı adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********85 reyestr nömrəli, 01.04.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-145/2020 saylı, 23.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Məhkəmə Tikinti-texniki ekspertizasının 10/2615 saylı, 05.10.2020-ci il tarixli, 10/2615 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2020-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən iddiaçı X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin naturada koordinatları müəyyən edildi. İddiaçı X8 istifadəsində olan torpaq sahəsi qeyd edilən çıxarışlara əsasən onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçı X8 faktiki istifadəsində 0,26 ha torpaq sahəsi vardır. İddiaçı X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi cavabdeh İddiaçı və ya başqa şəxs tərəfindən zəbt olunmamışdır. İddiaçı X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrindən arx keçmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha və 0,08 ha torpaq sahələrinin naturada koordinatları müəyyən edildi. Cavabdeh İddiaçı istifadəsində olan torpaq sahəsi RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla verilmiş torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşmür. Cavabdeh İddiaçı faktiki istifadəsində 0,088 torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsinə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsindən arx keçir. Qeyd edilən RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin 0,016 ha hissəsi faktiki iddiaçı X8 istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi Quba rayonu Vladimirovka bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində 23 fevral 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 29 mart 2017-ci il tarixdə Quba rayonu Notariat Kontorunda bağlanılaraq 4Ə-747 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Quba rayonu Vladimirovka bələdiyyəsinin adından çıxış edən Eynulla-X5 rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsini İddiaçı 400 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində 01 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi cavabdeh İddiaçı və ya başqa şəxs tərəfindən zəbt olunmamışdır. İddiaçı X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrindən arx keçmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* və ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən X8 mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,04 ha və 0,20 ha torpaq sahələrinin hər hansı bir hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha sahəsinə düşmür. Ona görə də, iddiaçı X8 apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Quba rayon Məhkəməsinin 2(027)-145/2019 saylı, 06.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhəməsinin 2-1(85)-3755/2017 saylı, 14.11.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı X8 cavabdeh Quba rayonu, Vladimirovka bələdiyyəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,02 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdeh Quba rayonu, Vladimirovka bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün hesab sayılmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhəməsinin 2-1(118)-726/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı X8 cavabdeh Quba rayonu, Vladimirovka bələdiyyəsinə qarşı Quba rayonu Vladimirovka bələdiyyəsinin 14.10.2016-cı il tarixli, 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddələrin dizpozitiv şərtlərini hazırki mübahisəyə tətbiq edərk məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsi AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, Quba rayonu X2-X14 tərəfindən İddiaçı 400 manata satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Quba rayonu, Dəlləkli kəndində yerləşən mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və faktiki olaraq onun istifadəsindədir. Belə ki, iş materiallarında olan Məhkəmə Tikinti-texniki ekspertizasının 10/2615 saylı, 05.10.2020-ci il tarixli rəyindən görünür ki, RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndi ərazisində yerləşən 0,02 ha torpaq sənəsinin 0,016 ha hissəsi faktiki iddiaçı X8 istifadəsindəsində olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində tikili mövcuddur və bu tikililərlə bağlı cavabdeh məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 0,016 ha hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur. Ona görə də, iddiaçılar İddiaçı mülkiyyətində olan Quba rayonu Dəlləkli kəndində yerləşən 0,02 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və ora qoyulmuş darvaza qapı mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş, bununla da mülkiyyətçinin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, tikinti norma və qaydaları pozulmuşdur. Bununla da, Cavabdeh iddiaçıya məxsus Quba rayonu Dəlləkli kəndində yerləşən 0,02 ha hissəsindən qanunsuz olaraq istifadə edilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Quba rayonunun Dəlləkli kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində 01.04.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,02 torpaq sahəsindən cavabdeh çıxarılmalı, cavabdehin həmin ərazidə inşa etdiyi tikililər cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Quba rayonunun Dəlləkli kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində 01.04.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,02 torpaq sahəsindən Cavabdeh çıxarılsın və cavabdehin həmin ərazidə inşa etdiyi tikililər Cavabdeh hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar