Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-390/2021 22.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs uşağın anadan mənşəyinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2014-cü ildə Quba rayonunun Adur kəndində doğulmuş Nazlıxanım adlı uşağın ondan - Ərizəçi doğulması hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, o, X7 ilə ailə qurmuş, nikahlarını xx xxxxxx 1999cu ildə rəsmiləşdirmişlər. Faktiki nikahlarından xx xxx 2014-cü ildə bir qız uşaqları anadan olmuşdur. Uşaq evdə doğulmuşdur. O, hal-hazırda sağlamdır və onların - valideynlərinin himayəsindədir. Qızı ev şəraitində anadan olduğu üçün onun doğumu barədə tibbi şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən də Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bunun üçün xx xxx 2014-cü il tarixində doğulmuş qızları Nazlıxanımın ondan doğulması, yəni anadan mənşəyinin məhkəmə qaydasında müəyyən edilməsi tələb olunur. Uşağının atası X4r və o, uşağı üçün doğum haqqında şəhadətnamə verilərkən atası kimi qeyd olunmasına razıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan RMX-nın Rük kənd Həkim Məntəqəsinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli, 17 saylı arayışa əsasən Ərizəçi xx xxx 2014-cü il tarixdə Quba rayonu Adur kəndində X2 adlı uşaq dünyaya gətirmişdir, uşaq hal-hazırda yaşayır və sağlamdır. İş materiallarında olan Rük İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 287 və 288 nömrəli arayışlara əsasən Ərizəçi və X3 Quba rayonunun Adur kəndində yaşaması təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Ərizəçi ilə nikahlarını xx xxxxxx 1999-cu ildə rəsmiləşdirmişlər, xx xxx 2014-cü il tarixdə X6 adlı uşağı doğulmuşdur. Ona görə də, Quba rayonu, Adur kəndində xx xxx 2014-cü il tarixdə doğulmuş Nazlıxanım adlı uşağın anası olmasını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi xx xxx 2014-cü il tarixdə Quba rayonun Rük İƏD-nin Adur kəndində bir qız uşağı (valideynləri tərəfindən “Nazlıxanım” adlandırılan uşağı) doğması faktı iş üzrə toplanmış sübutlarla – ərizəçinin izahatı, şahid X3 ifadəsi, Rük kənd həkim məntəqəsinin arayışları ilə müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Quba rayonunun Rük İƏDnin Adur kəndində xx xxx 2014-cü il tarixdə doğulmuş Nazlıxanım adlı uşağın anası olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Quba rayonunun Rük İƏD-nin Adur kəndində xx xxx 2014-cü il tarixdə doğulmuş Nazlıxanım adlı uşağın Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-390/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-390/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver