Məhkəmə qərarları › İş №2(027)-40/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-40/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-40/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və ona vurulmuş mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qızının Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və ona vurulmuş mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılması, cavabdehlər qanunsuz hərəkətləri ilə ona mənəvi əzab verdikləri üçün onların hər birindən 3000 (üç min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona Quba rayonu Digah kəndi ərazisində ev tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış və ona 18 mart 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Quba rayonu Xucbala İnzibati Ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 915 saylı arayışında göstərilir ki, Xucbala İƏD üzrə nümayəndəliyinin 20 saylı təsərrüfat başına kitabın 1764 nömrəli şəxsi hesabında onun 0,12 ha xüsusi mülkündə həyətyanı torpaq sahəsi vardır.Yuxarıda göstərilən torpaq sahəsinin kadastr göstəriciləri olmasına baxmayaraq yuxarıda göstərilən cavabdehlər mənim torpaq sahəmi tikanlı məftillə hasarlayaraq qanunsuz olaraq zəbt etmişdirlər və mənim öz torpağımdan istifadə etməyə qoymurlar, mənə mənəvi ziyan vururlar.Bu barədə o, Maraqlı şəxsnə müraciət etdiyi üçün bələdiyyənin sədri, onun müavini və üç nəfər kənd sakininin iştirakı ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, "Tərtib edirik həmin Aktı ona görə ki, Quba rayon Digah kəndində bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsində Digah kənd sakinləri Cavabdeh2 0,30 ha və X4 0,43 ha, eyni zamanda Quba şəhər sakini Cavabdeh1 0,72 ha torpağı qeyri-qanuni zəbt edərək tikanlı məftillə hasarlamışlar".Bundan əlavə Quba rayon Digah-Xucbala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 100 saylı arayışda göstərilir ki, "Verilir həmin arayış ondan ötrü ki, Quba rayon Digah kəndində torpaq islahatı zamanı özlərinə dövlət aktları ilə ayrılmış pay torpaq sahələrinin hüquqlarını bilə-bilə pozan, aşağıda adları qeyd olunan vətəndaşlar: Quba rayon Digah kənd sakini Cavabdeh2 0,30 ha, Quba şəhər sakini, bazar ətrafında yerləşən "Əfqan" marketin sahibi Cavabdeh1 0,72 ha və Quba rayon Digah kənd sakini X5 0,43 ha.Bələdiyyə mülkiyyətində olan kəndaltı torpaq sahəsini tərəfimizdən xəbərdarlıq edilməsinə əhəmiyyət vermədən zəbt edərək (dövlət aktları ilə özlərinə ayrılmış pay torpaqlarından çox-çox kənara çıxmaqla), qanunsuz olaraq tikanlı məftillə hasarlamışlar".10 ildən çoxdur ki, Müdafiə Nazirliyinin qoşunlarında hərbi xidmətdədir. 27 sentyabr 2020-ci il tarixindən hərbiçi kimi döyüş bölgələrində iştirak etmiş, vətən müharibəsi iştirakçısıdır.Vətən müharibəsində iştirak etdiyi üçün bu günə kimi məhkəməyə müraciət etməmişdir. O, müharibədə iştirak etdiyi zaman bazar ətrafında yerləşən "Əfqan" marketin sahibi Cavabdeh1 onun torpağını zəbt edərək ona həm maddi həm də mənəvi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmtakm Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu Digah kəndi ərazisində xususİ mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılmaları və cavabdehlərqanunsuz hərəkətləri ilə ona mənəvi əzab verdikləri üçün onların hər birindən 3000 (üç min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan X12i, X3, X7, Cavabdeh2 İskədnər qızı və X5 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Quba rayon Digah kəndində Bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsində Digah kənd sakinləri Cavabdeh2 0.30 ha, X5 0.43 ha və Quba şəhər sakini Cavabdeh1 0.72 ha torpağı qeyriqanuni zəbt edərək tikanlı məftillərlə hasarlamışlar. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********87 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Yuxarı- Digah kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********76 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Yuxarı- Digah kəndində yerləşən 0.7246 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-100, KOD 30307038 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərar ilə X2 və X10 Quba rayonu, Digah kəndində 0.90 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “X15 və Ekspertiza Mərkəzi” MMC-nin 75 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba raynu Yuxarı Digah kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaq sahəsinə aiddir. Həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Quba rayonu, Digah kəndində yerləşən 0,204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu Digah kəndində yerləşən 0,7246 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür (rəyə sxem əlavə olunur). Lakin Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Quba raynu Yuxan Digah kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 650 kv.metr hissəsini, həmçinin həmin torpaq sahəsinə bitişik, X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 500 kv.metr hissəsini zəbt edərək, dəmir torla hasara alaraq faktiki istifadə edirlər. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3583 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu Yuxarı Digah kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsi, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Quba rayonu, Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Digah kəndində yerləşən 0.7246 ha kənd təəsrrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin cavabdehlər Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 650 kv.metr hissəsini, Cavabdeh1 isə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 550 kv.m hissəsini zəbt edərək, istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********87 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********76 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.7246 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/3583 saylı rəyi ilə xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu Yuxarı Digah kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsi, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Quba rayonu, Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Digah kəndində yerləşən 0.7246 ha kənd təəsrrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin cavabdehlər Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 650 kv.metr hissəsini, Cavabdeh1 isə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 550 kv.m hissəsini zəbt edərək, istifadə etdiyi müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə, iş materialları ilə iddiaçının torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin, İddiaçı məhkəmədən ona vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf cavabdehlərin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin edilməli, Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılmalıdırlar. Həmçinin, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən çıxarılsın. Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar