Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-400/2021 17.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X23 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X7 xx xxxxx 1924-cü ildə Quba şəhərində doğulması, atasının X25, anasının X20 olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun doğma xalasıdır. Xalasıgil üç bacı olmuşlar. Zəhra ümumiyyətlə nikahda olmamış və uşaqları yoxdur. O və uşaqları ona məxsus olan Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi 149 nömrəli evdə xalası ilə birlikdə yaşamışlar. Yaşadıqları ev babası Əlhür tərəfindən tikilmiş, anası və xalaları həmin evdə yaşamış, evin sənədləri Zəhranın adına olsa da, o evdə hazırda da o və uşaqları yaşayır. Ev hazırda qəzalı vəziyyətdə olduğundan onun təmirinə ehtiyac vardır. Bunun üçün isə evə dair sənədləşmə işləri aparılmalıdır. Xalasından qalmış mirası faktiki olaraq o qəbul etmiş, digər xalasının uşaqları və qardaşı uşaqları da bu faktı təsdiq edə bilərlər. Mirasla əlaqədar sənədləşmə məsələlərini həll edərkən müəyyən olunmuşdur ki, xalasının doğum və ölüm qeydləri mövcud deyildir. Həmçinin Zəhranın onun xalası olmasını təsdiq edən sənədlər də yoxdur. Hazırda isə mirasla əlaqədar həmin faktların müəyyən edilməsi zərurəti yaranmışdır. Bu halları isə məhkəmədən kənar qaydada həll edə bilmirlər. Buna görə də məhkəməyə müraciət elməli olmuşdu. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 361 nömrəli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X16 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 362 nömrəli Maraqlı şəxsndən verilmiş arayışından görünür ki, X16 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 14 nömrəli Maraqlı şəxsndən verilmiş arayışından görünür ki, X12 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının məktubundan görünür ki, Quba vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 1924-cü ilə aid doğum faktlarının qeydiyyatı kitablarında vətəndaş X4 doğum tarixi aşkar olunmamışdır. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 doğulduğu il 1929-cu il yer Quba şəhəri və X10 1931-ci il doğulduğu yer Quba şəhəri olmaqla, xx.xx.1953-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarında olan X1 və X17 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Quba şəhər sakini olmuş X13 xx.xx.1924-cü ildə Quba şəhərində anadan olmuş və xx.xx.1994-cü il tarixdə Quba şəhərində vəfat edərək, həmin şəhər qəbirstanlığında dəfn edilmişdir. X5 dəfn və yas mərasimləri Ərizəçi tərəfindən təşkil olunmuş və onlar həmin yas mərasimində iştirak etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Onun atası – X8, anası – X9r. İş materiallarında olan məzar daşının foto şəkilindən görünür ki, X14 xx.xx.1924-cü il tarixdə anadan olmu və xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, X2 xx.xx.1927-ci ildə Quba şəhərində anadan olmuşdur. Onun atası – X18, anası – X3r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçinin uşağı tibb müəssisəsindən kənarda anadan olduğu üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə qeyd edilib ki, “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-44.2-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin göstərdiyi hallar, yəni xx xxxxx 1924-cü ildə Quba şəhərində doğulması, atasının X26, anasının X21 olması faktı faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. X7 xx xxxxx 1924-cü ildə Quba şəhərində doğulması, atasının X26, anasının X20 olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-400/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-400/2021
17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver