Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-402/2023 05.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 və onların nümayəndəsi və vəkili X33 iştirakı ilə, İddiaçı cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı və üçüncü şəxs Quba rayon Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi, onun üzərində tikilmiş inzibati bina və yardımçı tikililərdən, eyni zamanda mərhum dayısına məxsus qurğuların Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus texnikaların onun özünün hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdehlərdən Cavabdeh1 dayısı qızı, Cavabdeh2 dayısı arvadı, Cavabdeh3 dayısının tanışıdır. 2010-cu ilin yanvar ayının əvvəllərində mərhum dayısı X19 ona zəng vuraraq Qubaya gəlməsini və tikinti materiallarının istehsalı ilə məşğul olmağı təklif etmişdir. Həmin vaxt o, Bakı şəhəri Binə Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yaxşı qazanc əldə etmişdir. Bir neçə gün sonra dayısı ilə Qubada görüşüb işi müzakirə etmişlər. Dayısı tikinti materiallarının istehsalı üçün tələb olunan qurğuları İrandan gətizdirdiyini bildirmişdir. Bu ərazidə torpağın alınması və onun üzərində istehsalat üçün zəruri olan tikililərin tikilməsi xərclərini çəkməyini və istehsalata rəhbərlik etməyini təklif etmiş və bu barədə onunla razılaşmışlar. Dayısı, ona yaxın tanıdığı Mehriban adlı qadının ünvan 2i ərazisində özünə məxsus 1,32 ha torpaq sahəsini 30.000 manata satdığını, ilkin olaraq 10.000 manat nəğd şəkildə, yerdə qalan 20.000 manatı isə hər il 5000 manat olmaqla 4 il ərzində, sonuncu ödənişi notariat ofisində topaq sahəsinin alğı-satqı müqaviləsi bağlanarkən verilməsinə razı olduğunu bildirmişdir. O, dayısına danışdıqları kimi 10.000 manat pul vermiş və o, bir neçə gün sonra özünə məxsus qurğuları həmin torpaq sahəsində quraşdırmışdır. 2010-cu ilin yanvar ayının sonundan beton daşınması üçün kirayəyə texnikalar götürüb beton istehsalına başlamışlar. 2012-ci ilin aprel ayından dayısının tanışı Kamalın texnikalarından istifadə etmişlər. 2011, 2012 və 2013-cü ildə torpaq sahəsinə görə Mehriban Atakişiyevaya verilməsi üçün dayısına hər il üçün 5000 manat, cəmi 15.000 manat pul vermişdir. 2012-ci ilin sentyabr ayında Quba rayon İcra Hakimiyyəti Başçının 05 yanvar 2011-ci il tarixli sərəncamının tələblərinə uyğun olaraq, həmin torpaq sahəsi üzərində 200 kv.m sahəsi olan inzibati binanın tikintisinə başlayıb həmin ilin oktyabr ayının sonunda başa çatdırmışdır. 2015-ci ilin əvvəllərində isə sahəsi 6 kv.m olan gözətçi otağı, 2016-cı ildə isə sahəsi 18 kv.m olan anbar və 16 kv.m sahəsi olan toyuq-cücə saxlamaq üçün hin tikmişdir. Tikdiyi 200 kv.m inzibati binanın arxa tərəfində sahəsi 300 kv.m olan meyvə bağı salmışdır. Əlavə olaraq işçilərinin paltar dəyişməsi üçün bir ədəd vaqon almışdır. İstehsalat üçün lazım olan artezian vurdurmuş və 150 ton tutumu olan su hovuzu tikmişdir. İnzibati binanın tikintisi, təmiri, ofis, məişət əşyaların, generatorun alınmasına və digər işlərin görülməsinə 120.000 manat pul xərcləmişdir. 04 noyabr 2014-cü il tarixdə AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, X7 xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi almışdır. Alğı-satqı müqaviləsini satıcı qismində Mehriban Atakişiyevanm səlahiyyətli nümayəndəsi dayısı X19 imzalamış və əvvəldən razılaşdıqları kimi 5000 manat pulu ona vermişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları 08 noyabr 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyesrtində 89 nömrəli reyestr kitabının 7 №-li vərəqində qeydiyyata alınmışdır. İstehsalat rəhbəri kimi işçilərinin aylıq maaşlarını özü vermişdir. Lazım olduqca sınmış və köhnəlmiş avadanlıqların ehtiyat hissələrinin alınmasını özü həyata keçirmişdir. İstehsalat sahəsinin tikinti materiallarının satışını və idarə olunmasını həyata keçirmişdir. 21 iyun 2022-ci ildə onun müvəqqəti olaraq saxlanılmağından istifadə edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi inzibati binanı zəbt etmiş, binaya girmək və sahibkarlıq fəaliyyəti göstərməyimə əngəl yaradırlar. Uyğunluq sertifikatından görünür ki, fiziki şəxs İddiaçı məxsus müəssisə tərəfindən istehsal edilmiş müvafiq qaydada identifıkasiya olunmuş tələblərinə uyğundur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti İdarəsinin əsas yanğın təhlükəsizliyi tələblərinin diqqətinə çatdırılması barədə ona xx.xx.2019-cu il tarixdə 371H-00920 nömrəli məktub göndərmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X30 Agentliyinin 372/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ona beton qarışığının inşaat məhlulunun tərkiblərini, inşaat işləri üçün qırmadaş nümunəsini, inşaat işləri üçün qum nümunəsinin və portlandsement nümunəsinin sınaqlarının nəticəsini göndərmişdir. Müəssisənin idarəçiliyi ilə əlaqədar digər sənədlər iş kabinetində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Qeyd olunan hüquq normasının tələblərinə əsasən cavabdehlər X18, Cavabdeh2, Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılmaqla cavabdeh İddiaçı ümumilikdə 980000 (doqquz yüz səksən min ) manat maddi zərərin tutularaq onlara, yəni iddiaçılar Cavabdeh3, Cavabdeh2, X23 verilməsi və cavabdeh İddiaçı həmin torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2011-ci il tarixli Sərəncamı ilə Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsi iddiaçı Cavabdeh3 yaxını X9 ayrılmış və həmin torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinə dair X8 mülkiyyət hüququ tanınmışdır. X9 iddiaçı Cavabdeh3 və yaxın dostu və şəriki X19 bildirdilər ki, həmin torpaq sahəsini onlara istifadəyə versin və onlar öz vəsaitləri və avadanlıqları ilə ona məxsus torpaqda beton zavodu tikilsin və bunun üçün onun adından Cavabdeh3 yaxın dostu və şəriki X14 etibarnamə verməyini bildirmişlər. X5 rayonunda yerləşən dövlət notariusunda 17 may 2011- ci il tarixdə Cavabdeh3 yaxın dostu və şəriki X14 etibarnamə vermişdir. Cavabdeh3 və yaxın dostu və şəriki X2 Mehriban Arzuman qızına bildirmişdir ki, zavodu qurub işə saldıqdan sonra ona da torpağa görə əldə edəcəkləri xeyirlərindən bir hissədə verəcəklər. Onlar onun torpağında beton zavodu öz vəsaitləri ilə qurmuş və həmin torpaqda o, Kamal və Aftandil inzibati bina və digər yardımçı binalar tikərək, avadanlıqlar quraşdıraraq zavodu işə salmışlar. Bu yaxınlarda bilmişdir ki, X10 bacısı oğlu İddiaçı onlara, yəni Cavabdeh3, X10 həyat yoldaşı Cavabdeh2, X23 qarşı iddia verərək guya ona məxsus torpaqdan avadanlıqlarla birgə çıxarılması tələbi ilə məhkəməyə iddia ərizəsi verib. Sonradan məlum olmuşdur ki, X2 Mehriban Arzuman qızının ona verdiyi etibarnamədən istifadə edərək ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsini alğı-satqı yolu ilə 14 noyabr 2014-cü il tarixdə AN-İN- 0466729 nömrəli alğı- satqı müqaviləsi bağlayaraq cavabdeh İddiaçı adına formal olaraq keçirmiş və bundan sonra cavabdehin adına xx.xx.2014-cü il tarixdə çıxarış alınmışdır. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alğı-satqı müqaviləsi etibarsız bilinib onun əsasında verilən çıxarış ləğv edilməlidir. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alğı- satqı müqaviləsinin 4-cü bəndində torpağın qiyməti formal olaraq 5000(beş min) manat göstərilmişdir. Həmin torpağa dair 2014-cü il tarixdə nə Elməddin nə də X3 hansısa torpaq alğı satqısına görə pul verməmişdirlər. Çünki həmin torpağı satmaq fikiri olmamışdır. Belə ki, Mehriban ona görə Afdandilə etibarnamə vermişdir. Həmin torpağın qiyməti 2014-cu ildə 5000 manatdan qat qat baha idi, necə ola bilər ki, Elməddin həmin torpağı 5000 manata ala bilsin? Aftandil bacısı oğlu Elməddini həmin zavoda 2014-cü ildə operator kimi işə götürmüşdür. İddiaçı Kamal və şəriki Afdandil şərik olaraq birlikdə həmin zavodun tikintisinə və işə salınmasına ümumilikdə 980000 (doqquz yüz səksən min) manat vəsait xərcləmişdilər. Həmin mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılması üçün ekspertiza keçirilməli və müəyyən olunmalıdır ki, həmin tikili və avadanlıqların real dəyəri nə qədərdir. Həmin inzibati binanın və yardımçı tikililərin tikintisinin və avadanlıqların Kamal və şəriki Aftandil tərəfindən quraşdırılmasını təsdiq edən şahidləri məhkəmə iclaslarında iştirak edib təsdiq edəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Qeyd olunan hüquq normasının tələblərinə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, X16 tərəfindən X14 0,32 ha torpağı istifadə etmək üçün verdiyi etibarnamə ilə ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı ilə X19 arasında bağlanmış 04 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X47 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı ilə X19 arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli AN-0466729 nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba İcra Hakimiyyəti Başçısının 05 yanvar 2011-ci il tarixli Sərəncamı ilə Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmışdır. O, yaxından tanıdığı Cavabdeh3 və onun yaxın dostu və şəriki X19 ona həmin torpaq sahəsini onlara istifadəyə versin və onlar öz vəsaiti və avadanlıqları ilə ona məxsus torpaqda beton zavodu tiksinlər və bunun üçün onun adından Cavabdeh3 yaxın dostu və şəriki X14 etibarnamə verməyini bildirdilər. O, Quba rayonunda yerləşən dövlət notariusunda 17 may 2011-ci il tarixdə Cavabdeh3 yaxın dostu və şəriki X14 ona məxsus 1,32 ha torpaq sahəsinin 0,32 ha sahəsinə dair zavod tikintisi üçün etibarnamə vermişdir. Cavabdeh3 yaxın dostu və şəriki X19 ona bildirmişdirlər ki, zavadu qurub işə saldıqdan sonra ona da torpaq üçün xeyirlərindən bir hissədə verəcəklər. Onlar onun torpağında beton zavodu öz vəsaitləri ilə qurdular və həmin torpaqda Kamal və Aftandil inzibati bina və digər yardımçı binalar tikərək, avadanlıqlar quraşdıraraq işə saldılar. O, vaxtı olmadığına görə həmin zavoda gedib gələ bilməmiş və hər ay ona Kamalgil əldə etdikləri gəlirdən pul vermişlər. Bu yaxınlarda bilmişdir ki, X10 bacısı oğlu İddiaçı Cavabdeh3, X10 həyat yoldaşı Cavabdeh2 və qızı X23 qarşı iddia verərək ona məxsus torpaqdan avadanlıqlarla birgə çıxarılınası tələbi ilə məhkəməyə iddia ərizəsi verib. Sonradan bilmişdir ki, Cavabdeh3 yaxın dostu və şəriki X19 ona verdiyi etibarnamədən sui istifadə edərək ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsini alğı-satqı yolu ilə 14 noyabr 2014-cü il tarixdə AN- ******* nömrəli alğı- satqı müqaviləsi bağlayaraq cavabdeh İddiaçı adına formal olaraq keçirmişdir və bundan sonra cavabdeh adına xx.xx.2014-cü il tarixdə çıxarış alınmışdır. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsi etibarsız bilinib onun əsasında verilən çıxarış ləğv edilməlidir. Həmin 14 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin 4-cü bəndində torpağın qiyməti formal olaraq 5000 (beş min) manat göstərilmişdir. Həmin torpağa dair 2014-cü il tarixdə nə Elməddin, nə də Afdandil ona hansısa alğı-satqıya görə pul verməmişdirlər. Çünki həmin torpağı satmaq fikiri olmamışdır. Həmin torpağın qiyməti 2014-cu ildə 5000 manatdan qat qat baha idi, necə ola bilər ki, Elməddin həmin torpağı 5000 manata ala bilsin? Sonradan öyrənmiş ki, Aftandil bacısı oğlu Elməddini həmin zavoda 2014-cü ildə operator kimi işə götürmüş və həmin yeri Afdandil onun bacısı oğlu İddiaçı adına formal olaraq rəsmiləşdirmişdir ki, lazımi dövlət qurumlarına getmək və digər rəsmi işləri görə bilsin çünki Aftandilin vaxtı az olduğu üçün qərarlaşıb ki, bu işlərlə də Elməddin məşğul olsun. Onun mülkiyyət hüququ pozulub və həmin 14 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsi etibarsız bilinərək onun mülkiyyətinə qayıtmalıdır. Belə ki, o, Quba rayonunda yerləşən dövlət notariusunda 17 may 2011-ci il tarixdə Cavabdeh3 yaxın dostu və şəriki X14 0,32 ha torpağın istifadə etmələri üçün etibarnamə verməyinə baxmayaraq, X19 həmin etibarnamə ilə onun bacısı oğlu cavabdeh İddiaçı 14 noyabr 2014-cü il tarixdə AN- 0466729 nömrəli alğı-satqı müqaviləsi ilə 1,32 ha torpaq sahəsini rəsmiləşdirmişdir. Yəni notariat kontoru da qanuna zidd olaraq X14 0,32 ha torpağın istifadə etmələri üçün etibarnamə verməyini nəzərə almayıb və qanunsuz olaraq onun 1 hektarını da cavabdeh İddiaçı alğı-satqı etmişdir. Bu barədə alğı-satqı müqaviləsinin 1, 2-ci bəndlərində 1.32 ha olmaqla qeyd etmişdir. Yəni etibarnamədə verilən səlahiyyət çərçivəsini aşaraq alğı-satqı müqaviləsini notarius təsdiq etmişdir. Həmin torpağa çəkilən elektrik enerjisi indiyə qədər onun adınadır və qaz təchizatı isə onun verdiyi etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən bu günə qədər X10 adınadır. Necə olur ki, cavabdeh dediyi kimi o torpağı almışdısa niyə komunalları öz adına keçirtmir və ödənişləri o ödəmirdi? Çünki həmin beton zavodun sahibi Kamal və şəriki Afdandil olmuşdur. Kamal və şəriki Afdandil şərik olaraq birlikdə həmin zavodun tikintisinə və işə salınmasına ******* (bir milyon) manata yaxın vəsait xərcləmişlər və Elməddin həmin zavodda operator işləmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsası isə Cavabdeh3 yaxın dostu, şəriki X10 ona verdiyi etibarnamədən sui-istifadə etməsi, ona məlumat vermədən və razılığı olmadan xüsusi mülkiyyətində olmuş ünvan 2i ərazisində yerləşən, 1,32 ha torpaq sahəsini 14 noyabr 2014-cü il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən İddiaçı satması, Aftandil və Elməddinin torpağın satılmasına görə ona pul verməməsi, xx.xx.2011-ci il tarixdə Quba rayonunda yerləşən notariat orqanında Avtandilə 0,32 ha torpağın istifadə edilməsi üçün etibarnamə verməsinə baxmayaraq, 1,32 ha torpaq sahəsini Elməddinə satması, Aftandilin səlahiyyət həddini aşması, notariusun isə alğı-satqı müqaviləsini qanunun tələbinə zidd təsdiq etməsidir. İddia tələbinin əsası kimi istinad etdiyi hallan təsdiq edən sübut kimi Aftandil Xudaverdiyevə xx.xx.2011-ci il tarixdə verdiyi etibarnaməni və aralarında bağlanmış 04 noyabr 2014-cü il tarixli torpaq sahəsinə dair alğı-satqı müqaviləsini iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsində bildirmiş ki, 04 noyabr 2014-cü il tarixdə torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən satıcı qismində Mehriban Atakişiyevanın səlahiyyətli nümayəndəsi X19 təmsil etmiş və notarial orqanına təqdim elədiyi etibarnaməyə əsasən müqaviləni imzalamışdır. Həmin alğı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən məhz 09 sentyabr 2014-cü il tarixdə X9 verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən 1.32 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ yaranmışdır. “Satıcı” qrafasındakı qeyddən göründüyü kimi, həmin müqaviləni Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda 01 noyabr 2014-cü il tarixdə verilmiş 46718 reyestr nömrəli etibarnamə əsasında X16 adından çıxış edən X19 imzalamışdır. Göründüyü kimi Mehriban Atakişiyeva xx.xx.2014-cü il tarixdə 1.32 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra ikinci dəfə Aftandil Xudaverdiyevə xx.xx.2014-cü il tarixdə, alğı-satqı müqaviləsi bağlamaq üçün baş etibarnamə vermiş və bundan 4 gün sonra alğı-satqı müqaviləsi bağlanmışdır. X17 Xudaverdiyevə xx.xx.2011-ci il tarixdə 15 il müddətinə verdiyi etibarnamədən görünür ki. ünvan 2i ərazisində yerləşən 0,32 ha torpaq sahəsini idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, salmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu almaq səlahiyyəti vermişdir. Göründüyü kimi iddiaçı 0,32 ha torpaq sahəsini o cümlədən satmaq məqsədilə Aftandilə etibrnamə vermişdir. Ona görə də onun 0,32 ha torpaq sahəsini istifadə edilməsi məqsədilə Afdandilə etibarnamə verməsi barədə iddia tələbinin əsasını Aftandilə verdiyi xx.xx.2011-ci il tarixli etibarnamə təkzib edir. ünvan 2i ərazisində yerləşən 1.32 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər səlahiyyətləri təkrar olaraq 50 il müddətinə, xx.xx.2064-cü ilə qədər xx.xx.2014-cü il tarixdə vermişdir. Göründüyü kimi özü ünvan 2i ərazisində yerləşən 0.32 ha torpaq sahəsini satmaq barədə Aftandil Xudaverdiyevə səlahiyyət vermiş, təkrar bu səlahiyyətləri xx.xx.2014-cü il tarixdə verməsi X11 ona verdiyi etibarnamədən sui-istifadə etməsi, ona məlumat vermədən və razılığı olmadan aldadaraq xüsusi mülkiyyətində olmuş ünvan 2i ərazisində yerləşən 1,32 ha torpaq sahəsini 14 noyabr 2014-cü il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən İddiaçı satması barədə iddia tələbinin əsaslarını təkzib edir, torpağının satılmasını arzu etdiyini və bundan məlumatlı olduğunu göstərir. Bakı şəhərində yaşayan X32 Xudaverdiyevə 1-ci etibarnaməni torpaq sahəsinin yerləşdiyi Quba rayon notariat kontorunda, ikinci etibarnaməni isə Cavabdeh3 yaşadığı Sumqayıt şəhərində fəaliyyət göstərən notariat kontorunda verməsi Mehriban Atakişiyeva və Cavabdeh3 torpaq sahəsinin satılmasından məlumatı olduğunu təsdiq edir. Göründüyü kimi Mehriban Atakişiyeva məhkəməyə sübut kimi təqdim etdiyi alğı-satqı müqaviləsində, onu təmsil edən nümayəndəsinə verdiyi etibarnamənin tarixi və notariat orqanı göstərilməsini bilmədiyi üçün şər-böhtan xarakterli əsaslarla və qərəzli tələblə məhkəməyə iddia ərizəsilə müraciət etmişdir. Etibarnamədən görünür ki, yazılı formada tərtib olunmuşdur. Mehriban Atakişiyeva şəxsən onu imzalamış, etibarnamə verərkən iradəsi düzgün formalaşmış və məzmunu qanunvericiliyin tələblərinə tam uyğundur. Birtərəfli əqd kimi etibarnamə əqdin etibarlı olması şərtlərinə cavab verir. Adından da göründüyü kimi etibarnamə etibar edilən (etdiyin) şəxsə verilir X17 Xudaverdiyevə etibarnamədə verdiyi geniş səlahiyyətlər, torpaq sahəsini almaq, satmaq, dəyişmək, hətta torpaq sahəsinin bağışlamaq səlahiyyətinin özü də 50 il müddətinə verilməsi onların etibarlılıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda ona bütün hallarda öz mülahizəsinə görə məbləği müəyyən etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu almaq səlahiyyəti vermişdir. Verilən bu səlahiyyət, yəni hüquqdan Aftandil Xudaverdiyev də torpaq sahəsinin satışından əldə eldiyi pulu Mehriban Atakişiyevaya vermək vəzifəsi daşımışdır. Belə bir mübahisə yarandıqda vicdanlı alıcı olduğu üçün bağlanmış müqavilə mübahisələndirilməli deyil, etibar edən Mehriban Atakişiyeva etibar edilən Aftandil Xudaverdiyevdən həmin pulun qaytarılmasını tələb etməlidir. Mehriban Atakişiyevanın tələbinin əsaslarından görünür ki, mülkiyyət hüquqlarının pozulması (yəni etibar eldiyi şəxsdən pul almadığını halda) tələbi Notariat kontoruna və etibarnamə verdiyi şəxs vəfat etdiyi üçün vərəsələrinə qarşı yönəlməlidir. Alğı-satqı müqaviləsini X26 Atakişiyevanın verdiyi etibarnamə əsasında iradəsinə uyğun imzalamış, müqavilə qanunun tələb etdiyi forma və məzmununa uyğundur. Əqdin etibarlı olması şərtlərinə tam cavab verir Aftandil Xudaverdiyev və o, müqavilənin bütün şərtləri barədə razılığa gəlib müqaviləni bağlamışlar. Bu zaman əqdin elementləri, əqdin bağlanması üçün mühüm hallar barəsində təsəvvürləri düzgün yaranmışdır. Torpaq sahəsinin qiymətinə gəldikdə özü etibar etdiyi şəxsə əmlakın dəyərini və satılması müddətini müəyyən etməsi səlahiyyəti vermişdir. Digər tərəfdən əmlakın razılaşdırılmış dəyəri hissə-hissə ödənildiyi üçün Mehriban Atakişiyeva torpağın dəyərini artıqlaması ilə almışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan 9 ilə yaxın vaxt keçmişdir. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə (Mülki Məcəllənin 373.2.) 6 illik iddia müddətini keçirmişdir. 2014-cü ildən bəri torpağın dəyərini Aftandil Xudaverdiyevdən daha sonra onun vərəsələrindən istəməməsi pulu almasını göstərir. Yalnız Cavabdeh3 qarşı iddia qaldırdıqdan sonra yadına torpaq sahəsinin düşməsi öncə qeyd etdiyi səbəblərdən qərəzli ərizə ilə məhkəmədə müraciət etdiyini təsdiq edir. Göründüyü kimi iddiaçı əsasız olaraq mübahisəyə Mülki Məcəllənin 339.2. və 339.3.-cü maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Buna görə onun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişlər ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi etibarnamə əsasında Mehriban Atakişiyevanın adından Aftandil Xudaverdiyev tərəfindən ona satılmışdır. Bütün sənədləşmə işləri qanuna uyğun aparılmış, alğı-satqı müqaviləsi Mehriban Atakişiyevanın razılığı ilə bağlanmışdır. Cavabdehlər isə onun torpaq sahəsini və torpaq sahəsi üzərində tikilmiş qeyri yaşayış binasını zəbt etmişlər. Onların qeyri yaşayış binasının tərkibindəki avadanlıqlarla birlikdə çıxarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiasının və cavabdehlərin qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsini, ilkin iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X18 bildirmişdir ki, mərhum Aftandil Xudaverdiyev onun atası olmuşdur. Elməddin isə onun bibisi oğludur. Atasının oğlu olmadığı üçün Elməddini işlərində kömək etmək üçün yanına gətirmişdir. Elməddin atasının yanında işçi kimi fəaliyyət göstərmişdir. Atası vəfat etməmişdən əvvəl Elməddinlə atası arasında mübahisə yaranmış və atası Elməddini işdən qovmuşdur. Onun və anasının xahişi ilə Cavabdeh3 Elməddini yenidən işə qaytarmışdır. Elməddinin onlarla olan münasibəti Elməddin həbsdən çıxdıqdan sonra dəyişmişdir. Elməddin həbs olunmasında günahkar kimi Cavabdeh3 görmüşdür. Elməddin onunla sonuncu dəfə görüşəndə zavodları onlarına adına keçirəcəyini, lakin Kamalı işdən uzaqlaşdırmağı təklif etmişdir. O və anası Elməddinin təklifi ilə razılaşmamış və nəticədə aralarında belə qərəzli mübahisə yaranmışdır. Atası vəfat etdikdən sonra 3 il hər ayın sonu Elməddin ona hesabat vermiş və zavoddan aylıq ona və anasına düşən payı almışdır. Bundan başqa, Elməddin hazırda mərhum atasının sahibliyində və rəhbərliyində olan qum-çınqıl karxanasını qanunsuz olaraq mənimsəmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahatında X12 dediklərini bir daha təsdiq etmiş və bildirmişdir ki, zavod mərhum həyat yoldaşının və onun şəriki Kamalın olmuşdur. Elməddin orada işçi olaraq işləmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki, zavod onun və şəriki mərhum Aftandilin olmuşdur. Elməddin Aftandilin bacısı oğlu olmuşdur. Qeyd edilən torpaq sahəsi Mehriban Atakişeyavanın mülkiyyətində olmuşdur. O, Mehriban və Aftandil şərik olaraq bu işə başlamışlar. Bir gün Aftandil ona demişdir ki, Mehribandan etibarnamə alaraq torpağı Elməddinin adına formal olaraq keçirsin. Çünki Elməddin bacı oğludur. Mehriban isə yaddır. Torpağın üzərində bu qədər xərc çəkib iş qurublar. Ola bilər ki, Mehriban və ya əri əmlakla bağlı mübahisə edə bilərlər. Elməddin isə doğmadır. Müqavildə göstərilib ki, guya əmlak Elməddinə 5000 manata satılıb. Halbuki həmin dövrdə o, Aftandillə zavoda 500-600 min manata yaxın pul xərcləyiblər. Məgər onlar Elməddinin 5000 manatına möhtac olmuşlar ki, torpağı ona satsınlar. Həmin vaxt onlarda lazımı qədər vəsait olmuşdur. Elməddin onun rəhbərlik etdiyi zavodda onun işçisi olmuş və operator vəzifəsində işləmişdir. Zavodun tikintisi ilə bağlı bütün xərcləri o və Aftandil qarşılamışdır. Elməddin ona və Aftandilə məxsus zavodun daxilində olan kassadan zovadla bağlı lazımi ödənişləri etmişdir. Zavodun otaqlarında yerləşdirilmiş kafelləri o özü Sumqayıtdan alıb gətirmişdir. Hovuzun inşasına da özü xərc çəkmişdir. Mübahisəli torpaq sahəsinin Aftandil tərəfindən Elməddinə satılması barədə Mehribanın heç bir məlumatı olmamışdır. Həmin torpağın, avadanlıq və tikintilərin Elməddinə heç bir aidiyyatı yoxdur, Elməddin zavoda operator kimi işə götürülmüşdür. Həmçinin, torpaq Mehriban Atakişiyevaya məxsus olduğundan onlar hər ay ona ***-**** manat pul ödəyirlər. Qeyd olunanlara əsasən ilkin iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia tələbini müdafiə edərək bildirmişdir ki, özü Quba rayonunda yaşamadığı üçün torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin həll edilməsi ilə bağlı Aftandilə Quba rayon notariusunda etibarnamə vermişdir. Həmin etibarnamədə torpaq sahəsinin 0.32 ha hissəsi ilə bağlı sənədləşmələrin aparılması nəzərdə tutulmuşdur. Lakin, Sumqayıt şəhər notariusunda xx.xx.2014-cü il tarixdə Aftandilə etibarnamə verməmişdir. Həmin etibarnamədəki imza da ona aid deyildir. Aftandil onun etibarından sui istifadə edərək torpaq sahəsini bacısı oğlu Elməddinə satmışdır. Lakin, onun həmin alğı-satqıdan xəbəri olmamışdır. O, qeyd olunan torpaq sahəsindən hər ay hazırda da, özünə düşən payı alır. Əgər o, torpağı satmışdırsa niyə görə hazirki vaxta qədər ordan gələn gəlirlər əsasında ona hər ay ***-**** manat pul verirlər. Belə ki, sonuncu dəfə Kamal ona beton zavoddan gələn gəlirdən ona düşən paya uyğun 500 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən onun tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 bildirmişdir ki, zavod failiyyətə başlayan ilk gündən orada mühafizəçi olaraq işləmişdir. Tərəfləri tanıyır. Həmin zavodda 8-9 il işləmişdir, Onu maşın vurduqdan sonra işdən çıxmaq məcburiyyətində qaldığı üçün işdən çıxmışdır. Zavodun rəhbəri Aftandil olmuşdur. Aftandilin şəriki isə Cavabdeh3 idi. Aftandil zavoda icraçı kimi öz bacısı oğlu Elməddini gətirmişdi. Maaşları Elməddin gələnə qədər Kamal vermişdir. Hesabatı Elməddin aparırdı. O, orada işlədiyi müddətcə Cavabdeh3 həmin zavodda şərik olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 bildirmişdir ki, 2009-cu ildən zavodun inşası başlanmışdır. Torpaq sahəsində abadlıq işləri aparılmış və zavod inşa etmişlər. Həmin vaxtlarda Elməddin orada olmamışdır. Tikinti zamanı zavodun rəhbərləri olaraq Kamal və Aftandil olmuşdur. Zavod inşa edildikdən sonrada 3 il orada işləmiş, Kamal və Aftandil zavodu idarə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X61 bildirmişdir ki, Kamal və Aftandili tanıyır. 2010-cu ilin yanvar ayından zavodun tikintisində işləməyə başlamışdır. Zavodu tikintisində, bunkerlərin yerləşdirilməsində və mühafizə otağının tikilməsində qardaşı Rüstəmlə birlikdə usta olaraq iştirak etmişdir. Elməddini tanımır. Çünki, o orada usta olaraq 4 ay işləmiş və həmin müddət ərzində Elməddin adlı şəxs orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirmişdir ki, tərəfləri tanıyır. 9 saylı yol idarəsində işləyir. Beton zavod 2009-2010-cu illərdə tikilmişdir. Yol çəkmək lazım olan zaman betonu həmin zavoddan almışlar. Zavodun rəhbəri Aftandil və Kamal olmuşdur. Aftandil sonradan öz bacısı oğlu Elməddini işlərini idarə etməsi üçün gətirmişdir. Alınmış betonun hesabatını əvvəllər Kamalla aparmış, daha sonra Elməddin gəldikdən sonra Elməddinlə aparmağa davam etmişdir. Aftandil Kamalı zavodun şəriki olaraq tanıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X49 bildirmişdir ki, tərəfləri tanıyır. Zavod fəaliyyətə başladığı vaxtdan Aftandillə işləmişdir. O, zavodda sürücü olaraq işləmişdir. Aftandilin şəriki Kamal olmuşdur. Hər ayın sonu hesabatı Kamalla etmişdir. Zavodda rəhbər kimi Aftandil və Kamal olmuşdur. Elməddin isə Aftandilin işlərini görürdü. Elməddin gəldikdən sonra hesabatı onunla aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 bildirmişdir ki, tərəfləri tanıyır. Zavodda 3 ildir ki, qaynaqçı olaraq işləyir. Zavodun rəhbəri kimi Aftandil və Kamalı tanımışdır. Onu işə Aftandil götürmüşdür. O, işə başladıqdan 3-4 ay sonra Aftandil vəfat etmişdir. Elməddin isə zavodda iş icraçısı kimi fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X52 bildirmişdir ki, Aftandil onun dayısıdır. Elməddin isə onun xalası oğludur. 2017-ci ildə dayısı zəng edərək, onu Qubaya zavodda işləməyə çağırmışdır. Elməddinlə eyni vəzifədə işləmişlər. Elməddin həmdə icraçı vəzifəsini yerinə yetirirdi. Elməddin dayısının rəhbərliyi ilə işləyir və hesabat apardı. Elməddin zavodda onun kimi işçi olmuşdur rəhbər olmamışdır. Kamal dayısının şəriki olmuşdur. Kamal dayısına inandığı və etibar etdiyi üçün zavoda gec-gec gəlmişdir. Zavodda işləməmişdən öncə o Elməddinlə birlikdə restoranda işləmişdir. Elməddin restoranda həm ofisiant, həm də admistrator kimi fəaliyyət göstərmişdir. Zavodda işləyərkən işçilərin maaşını dayısının göstərişi əsasında Elməddin vermişdir. Məhkəmə iclasında şahid qismində X53 bildirmişdir ki, tərəfləri tanıyır. Zavodda onu Aftandil və Kamal işə götürmüşdür. 2012-ci ildə o, zavodda işə başlayanda Elməddin həmin zavodda operator olaraq işləmişdir. Əmək müqaviləsi əsasında işləmişdir. Hesabatı aparan və maaşları verən Kamal olmuşdur. 1-2 il sonra hesabatın aparılması Elməddinə tapşırılmışdı. Zavodun rəhbəri olaraq Aftandili və Kamalı tanımışdır. Məhkəmə iclasında şahid qismində X25 bildirmişdir ki, onu Kamal işə götürmüşdür. Rəhbər olaraq Kamalı tanımışdır. Zavodda santexnik olaraq işləmişdir. Zavodun otaqlarında, hamam və sanitar qovşağına kafel vurmuş, çənlərə sus sistemini çəkmişdir. Kombi sistemini çəkmişdir. Aftandil Kamalın şəriki olmuşdur. Zəhmət haqqısını Kamal vermişdir. Məhkəmə iclasında şahid qismində X54 bildirmişdir ki, 2010-2011-ci illərdə zavodun tikintisi üçün təxminən 10 kamaz kubik gətirmişdir. Zavodun rəhbəri kimi Kamalı tanımışdır. Beləki, Kamal ona zəhmət haqqısını ödəmişdir. O, Aftandili görməmiş və tanımamışdır. Kamalla iş görümüşdür. Məhkəmə iclasında şahid qismində X50 bildirmişdir ki, onu işə Elməddin götürmüşdür. Elməddin həmdə zavodda açot işlərini aparmışdır. O, hazırda da zavodda sürücü olaraq işləyir. Zavodun rəhbərləri Kamal və Aftandil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X62 bildirmişdir ki, Elməddini tanıyır. Kamalı isə tanımır. Zavod üçün mətbəx mebeli, ofis mebeli və yataq mebeli hazırlamışdır. Zəhmət haqqısını isə Elməddin vermişdir. Aftandil Elməddinin dayısı olduğunu bilmişdir. Qeyd etdiyi mebelləri 2014-2015-ci illərdə hazırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 bildirmişdir ki, 2017-2018-ci illərdə zavod ərazisində hovuz inşa etmişdir. Elməddini tanıyır. Aftandili isə qiyabi olaraq tanımışdır. Hovuzu 10 gün müddətdə tikmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X51 bildirmişdir ki, zavodda hovuzu dostu Firuzla birlikdə inşa etmişdir. Elməddini tanıyır. Zəhmət haqqını Elməddin vermişdir. Lakin, Aftandili isə qiyabi şəkildə tanımışdır. Elməddin zavodun işçisi olduğu üçün işlə bağlı onunla əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 bildirmişdir ki, 2012-ci ilin dekabr ayında zavodun hamamlarına və kalidoruna kafel vurmuş, divarları isə boyamışdır. Zavodun rəhbərliyini tanımamış, Elməddinlə iş görmüşdür. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın xx.xx.2011-ci il tarixli, 01 saylı sərəncamından görünür ki, X8 müraciəti, torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0834, kod ********) və mütəxəssis komissiyasının akt-rəyi nəzərə alınması, ona mülkiyyətində olan və İqrıq kənd ərazisində yerləşən torpaq sahəsində tikinti materiallarının istehsalı üçün texnika və avadanlıqların, yüngül konstruksiyalı qurğuların ucaldılmasına və 200 kv.m sahədə yardımçı binaların tikintisinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X8 nümayəndəsi X2 Mehriban Arzuman qızının mülkiyyətində olan Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır. İş materiallarında olan qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2012-ci il tarixli, 427539 saylı aktdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən qeyri yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı X56 (Cavabdeh3 oğlu) tərəfindən nəzarətçi vəzifəsində işləmək üçün işə götürülmüşdür. İş materiallarında olan JN-0834, kod 30304038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, xx.xx.2005-ci il tarixli, 4-ə-2037 saylı alğı-satqı müqaviləsinə əsasən Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsi X1. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh3 2011-ci ildə “Nihadoğlu” mətbəx mebeli mağazasından mətbəx mebeli almış və 980 manat mebelə görə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki, X5 rayonu, İqrıq kəndində yerləşən 0.32 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibarnamə əsasında X14 etibar etmişdir. İş materiallarında olan “Həsənoğlu” firmasının 000077 saylı təslim formundan görünür ki, Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən beton zavoda kabellər çəkilmiş, generator qoşulmuş və Cavabdeh3 təhvil verilmişdir. İş materiallarında olan Quba Rayon Alekseyevka Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 88 saylı arayışından görünür ki, X16 özünə məxsus Quba rayonu, İqrıq kəndində yerləşən qeyri-yaşayış sahəsinin 2021 və 2022-ci illər üçün vergi borclarını tam ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X5 rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi, satmağı və s. səlahiyyətləri etibarnamə əsasında X14 etibar etmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi X8 mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC-nin hesab ödənişi vərəqəsindən görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik sayğac X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayonunun İqrıq Bələdiyyəsinin yerli vergilərin və ödənişlərin qəbulu qəbzlərindən görünür ki, X16 2012-2014-cü illərdə Quba rayonu, İqrıq kəndində yerləşən torpaq sahəsinin vergi ödənişlərini etmişdir. İş materiallarında olan Sumqayıt SPİ-nin İŞ-nin müstəndiqi polis mayoru Əsgər Kazımovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı və qohumlarına məxsus 110.000 manat pulun ələ keçirilməsi faktı öz təsdiqini tapmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh3 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/23-126 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 0.32 ha hissəsinin bazar dəyəri 7.000 manat və Cavabdeh3 məxsus Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 0.32 ha hissəsinin üzərində yerləşən əmlak kompleksinin (tikililərin, qurğu və avadanlıqların) bazar dəyəri 1.100.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilkin olaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı və üçüncü şəxs Quba rayon Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə münasibət bildirildikdən sonra digər tələblərə qiymət verilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi X8 mülkiyyətində olmuşdur. Mehriban Atakişiyev müəyyən sənədləşmə işləri aparılması üçün X14 xx.xx.2014-cü il tarixdə etibarnamə vermiş, sonuncu isə mülkiyyətçinin iradəsinə zidd olaraq daşınmaz əmlakı üç gün sonra - xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən 5.000 manata qohumu, bacısının oğlu İddiaçı satmışdır. Hazırda həmin əmlak Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Əmlakın dəyərinin həddən artıq aşağı göstərilməsi (5000 manat), həmçinin həmin pulun Mehriban Atakişiyevə ödənilməsini təsdiq edən faktın olmaması əqdin qeyri-ciddi olmasına və əsl niyyətin pərdələnməsinə dəlalət edir. Belə ki, ekspertiza ilə müəyyən edilmişdir ki, 1.32 ha torpaq sahəsinin 0.32 ha hissəsinin bazar dəyəri 7000 manat təşkil edir. Həmçinin, mülkiyyətçinin əmlakın özgəninkiləşdirmək niyyəti olsaydı xx.xx.2014-cü il tarixdə etibarnamə əvəzinə alğı-satqı müqaviləsi bağlaması daha ağlabatan olardı. Çünki həmin müqavilə bundan üç gün sonra, xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Bundan başqa hazırkı vaxta qədər X22 Xudaverdiyevin ailəsi və Cavabdeh3 tərəfindən pul ödənilir. Torpaq satılsaydı bundan Mehriban Atakişiyevanın xəbəri olardı. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpağın satılmasından Mehriban Atakişiyeva hazırki iddia qaldırlan vaxt xəbər tutmuşdur. X27 Aftandil Xudaverdiyevə etibarnamə versə də, nəticə etibarilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməli idi. Mehriban Atakişiyevanın əmlakın satılması ilə əlaqədar Aftandil Xudaverdiyevə tapşırıq və ya göstəriş verməsinə dair hər hansı bir fakt mövcud deyildir. Alğı-satqı müqaviləsinin Mehriban Atakişiyevanın xəbəri və razılığı olmadan bağlanmasını o hal da təsdiq edir ki, cavabdeh və ya onun məhrum dayısı Aftandil Xudaverdiyev tərəfindən bu müqavilənin bağlanması ilə bağlı Mehriban Atakişiyevaya heç bir informasiya və hesabat verilməmiş, satılan əmlakın dəyəri isə ona ödənməmişdir. Bu halın baş verməməsi mülkiyyət sahibinin ümumiyyətlə əmlakın satışı ilə bağlı cavabdeh və ya onun məhrum dayısı Aftandil Xudaverdiyevə nə şifahi, nə də yazılı tapşırıq və səlahiyyət vermədiyini göstərir. X46 bacısı oğlu İddiaçıla formal olaraq müqavilə bağlasa da, əslində özü barəsində əqd bağlamışdır. X28 iddiasının təmin olunması üçün əsaslar aşağıdakılardır. Birincisi, Mehriban Atakişiyevanın alğı-satqı müqaviləsindən xəbəri yoxdur. Çünki 3 gün öncə torpağın satılması ilə bağlı etibarnamə verən şəxs elə onu orda sata bilərdi. Demək onun satmaq niyyəti olmayıb. İkincisi, torpaq Aftandil tərəfindən real satılsaydı onun pulu Mehriban Atakişiyevaya verilərdi. X29 əslində özü üçün əqd bağlamışdır. Çünki torpaq yenə onun sahibliyində olmuş və vafat etdiyi günə qədər o zavoda rəhbərlik etmişdir. Dördüncüsü, Aftandil Xudaverdiyev vəfat etdiyi günə qədər, vəfat etdiyi gendən sonra isə Cavabdeh3 tərəfindən Mehriban Atakişiyevaya hər ay onun torpağından istifadə etdikləri üçün bir şərik olaraq pul ödənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz;362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçünbaşqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmçinin, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanınşikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zərurihesab edir ki, məhkəmələr məcburetmə və sair bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onunhüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanıməhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növiddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinəəsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqinəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil,yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özdə bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi etibarsızdır və onun əsasında aparılmış sənədləşmə ləğv olunmalıdır. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddiası ilə bağlı qeyd edir ki, İddiaçı iddia tələbində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi, onun üzərində tikilmiş inzibati bina və yardımçı tikililərdən, eyni zamanda mərhum dayısına məxsus qurğuların Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus texnikaların onların özlərinin hesabına çıxarılmasını tələb etsə də, mütəxəssis rəyi ilə həmin torpaq sahəsinin 0.32 ha hissəsinin bazar dəyəri 7.000 manat və cavabdehlərə məxsus əmlak kompleksinin (tikililərin, qurğu və avadanlıqların) bazar dəyəri isə 1.100.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, İddiaçı iddia etdiyi torpaq sahəsinin dəyəri ilə sökülməsi nəzərdə tutulan əmlakın dəyəri arasındakı kəskin qiymət fərqi mövcuddur. Həmin fərq (kompensasiya) ödənilmədən əmlakın sökülməsi ədalətli hesab edilmir. Həmçinin, məhkəmə hesab edir ki, qeyd olunan əmlak kompleksinin (tikililər, qurğu və avadanlıqlar) iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi sübuta yetirilsə də, hazırda iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsinin hansı əsaslarla iddiaçının adına dövlət qeydiyyatına alınması müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tərəfindən mübahisələndirilmiş, məhkəmə araşdırması zamanı Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslı şübhələr yaranmış və təkzib olunmaz sübutların mövcudluğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü bəndinə əsasən, Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Həmçinin, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı izahatında bildirmişdir ki, 2017-ci ildən Quba rayonu, Qudyalçay hövzəsində yerləşən qum-çınqıl karxanasının icraçı direktoru vəzifəsində olsa da, ora dayısı Aftandil Xudaverdiyev faktiki rəhbərlik etmiş və idarəçiliyi həyata keçirmişdir. Dayısı Aftandil həmin karxananı uzun müddət dostluq münasibətlərində olduğu Cavabdeh3 ilə birgə işlətmiş, Aftandil Xudaverdiyev xx.xx.2019-cu il tarixdə vəfat etmiş, bundan sonra karxanada faktiki işləri və rəhbərliyi Cavabdeh3 həyata keçirmişdir. Ümumiyyətlə, məhkəmə iclasında müəyyən edilmişdir ki, mərhum X6 rayonu, İqriq kəndi ünvanında yerləşən 1,32 ha torpaq sahəsini və Quba rayonu, Qudyalçay hövzəsində yerləşən qum-çınqıl karxanasını formal olaraq bacısının oğlu İddiaçı adına sənədləşdirsə də, əmlakların faktiki sahibliyini və onlara rəhbərliyi özü həyata keçirmişdir. Aparılmış həmin sənədləşmələr həqiqi niyyəti pərdələmək məqsədi daşıdığından etibarsız hesab edilməli və ya qeyd olunan icraatlar mülkiyyətçi tərəfindən bəyənilərsə etibarlı hesab edilə bilər. Məhkəmə ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X18, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılmaqla cavabdeh İddiaçı ümumilikdə 980000 (doqquz yüz səksən min) manat maddi zərərin tutularaq onlara, yəni iddiaçılar Cavabdeh3, Cavabdeh2, X23 verilməsi və cavabdeh İddiaçı həmin torpaqdan çıxarılması tələb edilsə də, hazırda İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsinin hansı əsaslarla onun adına dövlət qeydiyyatına alınması müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tərəfindən mübahisələndirilmiş, məhkəmə araşdırması zamanı Daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslı şübhələr yaranmış və təkzib olunmaz sübutların mövcudluğu müəyyən edilmişdir. Belə olan hal da, qarşılıqlı iddia üzrə iddiaçılar Məmmədov X15 Yeganə İsabala qızı və X4 Mehriban Arzuman qızına qarşı qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi və cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməli, X8 adından X19 ilə İddiaçı arasında Quba rayon Notariat Ofisində bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4Ə/1738 sayla qeyd edilmiş, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdehlər X18, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia tələbi təmin edilsin. X8 adından X19 ilə İddiaçı arasında Quba rayon Notariat Ofisində bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4Ə/1738 sayla qeyd edilmiş, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-402/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-402/2023
05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver