Məhkəmə qərarları › İş №2(027)-408/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-408/2021

02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-408/2021 02.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Həmzəyev İsrafil Saməddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 onun atası olmaqla, qohumluq münasibətində olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi Saməddin oğlu ərizəni müdafiə edərək göstərdi ki, xx xxxxxx 1977-ci il tarixdə Quba rayonu Xucbala kəndində anadan olub. X5 1935-ci ildə Quba rayonu Xucbala kəndində anadan olub. xx xxxxx 1956-ci ildə anası X27 ilə ailə qurub. X5 xx xxxxx 2005-ci il tarixdə vəfat edib. Lakin atası ilə anasının nikahın bağlanması haqqında akt qeydində atanın adı Siyaməddin əvəzinə səhvən Səməddin kimi yazılıb. Hazırda anası X21 özlərinə aid xx xxxxx 1956cı il tarixli 13 nömrəli nikah haqqında akt qeydində “Səməddin” əvəzinə “Siyaməddin” kimi düzəliş edilməsi üçün Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Onun adına verilmiş xx xxxxxx 1977-ci il tarixli V-JQ 368521 nömrəli doğum haqqında şəhadətnamədə atasının adı atası ilə anasının nikah haqqında akt qeydindəki kimi “Səməddin” yazılmışdır. Bundan sonra ona verilmiş bütün sənədlərdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ AZ 011261 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində, AO141659 nömrəli hərbi biletdə, 035063 nömrəli əmək pensiyası vəsiqəsində, uşağına verilmiş AZ-İ 275265 doğum haqqında şəhadətnamədə də və digər sənədlərdə atasın adı Səməddin kimi yazılmışdır. Ona verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-297 30327018 nömrəli Dövlət aktında və oğlu Kənana verilmiş AZ-İ 591002 nömərli doğum haqqında şəhadətnamədə atasının adı Siyaməddin kimi yazılmışdır. X2 Torpağın Mülkiyyətə verilməsinə dair JN-055F KOD 30327018 nömrəli şəhadətnaməyə əsasən 0,13 ha torpaq sahəsindən və Torpağa Mülkiyyət Hüququna dair JN-3xx xxx 30327018 nömrəli Dövlət Aktına əsasən 0,60 ha torpaq sahəsindən düşən payı vərəsəlik üzrə bölüşdürmək istəyir. Lakin doğum haqqında şəhadətnamədə atasının adı “Səməddin” kimi yazıldığı üçün ondan qalmış miras əmlaka öz adına vərəsəlik açdıra bilmir. Ona qohumluq faktı atasından qalmış miras əmlakla bağlı vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Atasının adının “Saməddin”i “Siyaməddin”ə düzəliş edilməsi ilə bağlı Quba rayon Qeydiyyat şöbəsinə müraciət edib. Lakin atasının adının “Saməddin”i “Siyaməddin”ə düzəliş edilməsi üçün ona verilmiş və atasının adının yazıldığı bütün digər sənədlərdə düzəliş edilməsi lazım olduğundan, bu düzəlişlərin edilməsi də mümkün olmadığı üçün, ona qohumluq faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyət edilmişdir. Göstərilənləri nəzərə alaraq xx xxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 onun atası olmaqla, qohumluq münasibətində olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Quba rayon Qeydiyyat şöbəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X13 bildirdi ki, o, Həmzəyev İsrafil Saməddin oğlunun X5 ilə qonşu olub, Siyaməddin haradasa 15 il əvvəl rəhmətə gedib, üzrlərində də yaxından iştirak edib. İsrafil Saməddinin kiçik oğludur. Məhkəmədə şahid X30 bildirdi ki, Siyamməddinlə bir kəndə yaşayıb, yaxın qonşu olublar, rəhmətə gedəndə üzrində iştirak edib. İsrafil mərhum Siyaməddinin kiçik övladıdır. Məhkəmə ərizəçi Həmzəyev İsrafil Saməddin oğlunu və şahidləri dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi oğlu Quba rayonu Xucbala kəndində qeydiyyatdadır və vəsiqədə ata adı “Saməddin” kimi yazılıb. İşdə olan V-ЖГ368521 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə anadan olmuş, ata qrafasında X18, ana qrafasında Həmzəyeva Gülsurə Bəbir qızı qeyd edilmişdir. İşdə olan AZ-İ 135587 saylı “ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2005-ci ildə vəfat etmişdir. İşdə olan Quba rayon Qeydiyyat şöbəsinin akt qeydi kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X18 ilə Həmzəyev İsrafil Saməddin qızı arasında xx.xx.1954-cü ildə rəsmi nikah bağlanmış, 13 nömrə ilə qeyd edilmişdir “Torpağın mülkiyyətə verilməsinə dair” JN 055F Kod 30327018 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş, təsərrüfat başçısı kimi mülkiyyətçi Quba rayonu, Xucbala kənd sakini X9 qeyd edilmişdir. İşdə olan JN 3xx xxx 30327018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş, təsərrüfat başçısı kimi mülkiyyətçi Quba rayonu, Xucbala kənd sakini X9 qeyd edilmişdir. İşdə olan JN 2xx xxx 30327018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş, təsərrüfat başçısı kimi mülkiyyətçi Quba rayonu, Xucbala kənd sakini X10 qeyd edilmişdir. İşdə olan AO ******* seriyalı hərbi biletin soyad, ad, ata adı qrafasında Ərizəçi kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının DSMF-nun Əmək pensiyası vəsiqəsində soyad, ad, ata adı qrafasında Ərizəçi kimi yazılmışdır. İşdə olan xx.xx.2002-ci il təvəllüdlü X7 AZ-İ 275265 seriyalı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ata adı qrafasında atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan xx.xx.2005-ci il təvəllüdlü X19 AZ-İ 591002 seriyalı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ata adı qrafasında atasının adı Ərizəçi Siyaməddin oğlu kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 724 saylı məktubundan görünür ki, qohumluğ faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Quba RİHB-nın Xucbala İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 926 saylı arayışından görünür ki, X9 Xucbala kəndində yaşamış, xx.xx.2005-ci ildə vəfat etmiş və aşağıdakı vərəsələri vardır. Həmzəyeva Gülsurə Bəbir qızı, X28, X8 (vəfat edib), X14, X22, X23, X20, X15, X16, X11, Ərizəçi. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, xx xxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi atası olmaqla, qohumluq münasibətində olması hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən ediilməsinə dair işlərə Məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 339, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx xxxxx 2005-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi atası olmaqla, qohumluq münasibətində olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar