Məhkəmə qərarları › İş №2(027)-42/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-42/2024

23.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-42/2024 23.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən ona paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxrılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən ona paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,14 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Qam-qam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,92 ha torpaq paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. O, qeyd edilən torpaq sahəsinə paylı mükiyyət əsasında çıxarış aldıqdan sonra Daşınmaz Əmlakın Kadastr və X8 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinin sərhədləri naturada ona tanıdılmışdır. Bu zaman müəyyən olunmuşdur ki, onun paylı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, cavabdehə buranın ona məxsus olduğunu, tikilinin sökülməsini və torpaq sahəsindən çıxmasını bildirmişdir. Lakin cavabdeh onun sözünə əməl etməmiş, tikintini inşa etməyə davam etmişdir. O, çıxarış aldıqdan sonra torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsünü istəmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ona məxsus torpaq sahəsində cavabdehin tikili inşa etdiyi səbəbindən torpaq sahəsinin plan və ölçüsünün verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Bildirmək istəyir ki, torpaq sahəsi çıxarışla ona məxsus olsa da, o qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnu yerinə yetirə bilmir. Belə ki, Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, istifadə edir. Hətta kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə fərdi yaşayış evi tikərək yaşayır. Bununla da o haqqı olan öz torpaq sahəsini istifadə edə bilmir. Dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını bidirsə də, cavabdeh bundan imtina edir. Həmçinin qeyd etmək istəyir ki, Çıxarışda adı olan digər mülkiyyətçilər X6 18 dekabr 2000-ci il tarixdə, X3 isə 28 avqust 2021-ci il tarixdə ölmüşdür. O, cavabdehi torpaq sahəsindən çıxarda bilmədiyi üçün məcbur qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, həmin mübahisəli torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə, Quba rayonu, Qam-Qam kəndi ərazisində 0.12 ha ölçüdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. 2013-cü ildən isə fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşayır. Bu illər ərzində nə iddiaçı nədə ki başqa şəxslər tərəfindən ona etiraz edilməmişdir. Son iki ildə iddiaçı onun istifadəsində olan torpaq sahəsinin onlara məxsus olmasını bildirmişdir və həmin torpaq sahəsindən çıxmaqla evinin də sökülməsini istəyir. Halbuki onun başqa yaşayış yeri yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qam-Qam kəndində yerləşən 0,92 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 2/4 hissədə İddiaçı Veydulla qızı, ¼ hissədə X3 və ¼ hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-286F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ seriyalı 087545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 211544 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan məhkəmə ekspertizasının 09 iyun 2023-cü il tarixli, 10/3249 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı A.Paşayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı verilmiş 0.92 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, sxem və cizgilər tərtib edildi. İş materiallarında olan məhkəmə ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16- 16/2-10/148 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı məxsus 0,92 ha torpaq sahəsinə dair plan-ölçü sənədi olmadığından uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin müətəxəsis rəyində qeyd edilir ki, Cavabdeh JN 286F KOD 30321098 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmaə ilə verilmiş 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından həmin torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKİUS) əsasən **********56 olan çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.92 ha torpaq sahəsinin verilməsinə əsas olmuş JN-45 nömrəli Dövlət Aktına əsasən 0.92 ha torpaq sahəsi ilə torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKİUS) göstərilmiş JN 286F KOD 30321098 saylı şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üst-üstə düşür. Həmin üst-üstə düşən hissə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin cənub-şərq hissəsini əhatə edir. Lakin Cavabdeh JN 286F KOD 30321098 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh JN 286F KOD 30321098 saylı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından həmin torpaq sahəsinin naturada ölçülərək müəyyən edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən götürülmüşüdür. Mübahisəli torpaq sahəsinə dair sxem və koordinatları naturadan (yerdən) ortofoto görüntülər mütəxəsis rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 213.1-cici maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3-ci maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. 215.3.1-ci maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti: 215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 216-cı maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. İddia tələbinə görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Qam-qam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,92 ha torpaq paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, qeyd edilən torpaq sahəsinə paylı mükiyyət əsasında çıxarış aldıqdan sonra Daşınmaz Əmlakın Kadastr və X8 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinin sərhədləri naturada ona tanıdılmışdır. Bu zaman onun paylı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikməsi müəyyən olunmuşdur. Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, istifadə edir. Çıxarışda adı olan digər mülkiyyətçilər X6 18 dekabr 2000-ci il tarixdə, X3 isə 28 avqust 2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı, X3 və X5 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ayrılmamış, mülkiyyətçilərdən X6 18 dekabr 2000-ci il tarixdə, X3 isə 28 avqust 2021-ci il tarixdə ölmüş, İddiaçı tərəfindən miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edilməmişdir. 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 2/4 hissədə İddiaçı, ¼ hissədə X1, ¼ hissədə X2 payları qeydiyyata alınmışdır. Göründüyü kimi, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/4 hissəsi İddiaçı paylı mülkiyyətindədir. İddiaçı Cavabdeh ona məxsus 0,92 ha torpaq sahəsinin 0,14 ha hissəsindən çıxarılmasını tələb etsə də, Cavabdeh istifadə etdiyi 0,14 ha torpaq sahəsinin məhz ona məxsus 2/4 hissəsində olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyətdə olduğundan, iddiaçının payı naturada ayrılmadığından və ya digər mülkiyyətçilərin paylarının iddaçı tərəfindən vərəsə kimi qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “0,14 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3249 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat və xx.xx.2024-cü il tarixli, 3/16-16/2-10/148 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat olmaqla, cəmi 150 manat təşkil edir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə 150 manat məbləğində ekspertiza xərcləri iddia təmin olunmadığından İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “27 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən ona paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Qam-qam kəndində yerləşən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,14 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə 150 manat məbləğində ekspertiza xərcləri İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar