Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-420/2024 01.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək, 31 oktyabr 2014-cü ildə vəfat etmiş X1 miras qalmış əmlakı, Quba rayonu, Qorxmazoba kəndində yerləşən JN-0062 KOD 30315028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,19 ha həyətyanı torpaq sahəsinə dair mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X12 1932-ci ildən Quba rayonu, Qorxmazoba kəndində yaşamışdır və 31 oktyabr 2014-cü ildə vəfat etmişdir. Onun yeganə vərəsəsi odur. Atasından Quba rayonu, Qorxmazoba kəndində JN-0062 KOD 30315028 saylı torpağa mülkiyyət hüququ haqqında akta əsasən 0,19 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Atasından qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 23 avqust 2023-cü il tarixində X21 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinin 2810 saylı, 23 avqust 2023-cü il tarixli məktubu ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması bildirilmişdir. Bildirilmişdir ki, qohumluq münasibətlərini təsdiq edən sənədin olmaması və mirasın qəbulu, sahibliketmə barədə sübutlar olmadığından ərizəsi təmin edilməmişdir. Ona görə də bu faktların müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Quba rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(027)-1940/2023 saylı qətnaməsi ilə X9 ona münasibətdə atalığının etiraf olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Hal-hazırda atasından qalmış mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Göründüyü kimi həmin faktı başqa yolla təsdiq etmək mümkün deyildir, bu fakt yalnız məhkəmə vasitəsi ilə müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Onun anası X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir.. İş materiallarında olan Quba RİHB-nın Zərqava kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 316 nömrəli arayışından görünür ki, mərhum X12 1932-ci ildən Quba rayonunun Qorxmazoba kəndində yaşamış və 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra 1951-ci il təvəllüdlü oğlu Ərizəçi onun vərəsəsi olaraq qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Zərqava kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 66 nömrəli arayışından görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X9 Quba rayonunun Qorxmazoba kəndində yerləşən miras əmlakına (fərdi yaşayış evinə, torpaq sahəsinə və s.) onun ölümündən sonra oğlu Ərizəçi sahiblik və istifadə etmiş, miras əmlakı idarə etmişdir. Mərhumun evində hal-hazırda Ərizəçi yaşayır. Vergilər və digər ödənişlər onun tərəfindən ödənilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(027)-1940/2023 saylı qətnaməsindən görünür ki, 31 oktyabr 2014-ü il tarixdə vəfat etmiş X7 xx xxxxx 1951-ci il təvəllüdlü Ərizəçi ona münasibətdə atalığının etiraf olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. İş materiallarında olan JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu, Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçinin ata adı X12 əvəzinə səhvən X5 qeyd edilmişdir. Həmin akt Quba RİHB aparatının hüquq şöbəsinin müdiri X8, Quba RİHB-nın Zərqava kənd İƏD üzrə nümayəndəsi X3, DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin müdiri X4 imzalarıyla təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 23 avqust 2023-cü il tarixli, 2810 nömrəli məktubundan görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyündən və mirasın faktiki qəbulu, ona sahiblik etmə barədə sübutlar və qohumluq münasibətlərini təsdiq edə bilmədiklərindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsi ərizəçinin xx.xx.2014-cü ildə vəfat edən X1 miras qalmışdır. Hal-hazırda ərizəçi Quba rayonu, Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsini X9 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktınin müəyyən edilməsini məhkəmədən xahiş edir. Ərizəçi mərhum X6 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan atası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonunun Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsindən ibarət miras əmlakı atasının ölümündən sonra Ərizəçi qəbul etmiş halhazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən, Quba rayonunun Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Qorxmazoba kəndi olmaqla, Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi atası X9 mülkiyyətində olan JN:0062, KOD 30315028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonunun Qorxmazoba kəndində yerləşən 0,19 ha torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Qorxmazoba kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-420/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-420/2024
01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver