Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-469/2021 08.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X16 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X9rşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 miras qalmış Quba rayonu, Çağacıq kəndində yerləşən, ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi anası X7 ölümündən sonra onun, yəni Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 ilə X3 nikaha daxil olmuşlar. Onların nikahından xx xxxxxxxx 1950-ci il tarixdə o yəni, Ərizəçi anadan olmuşdur. X5 xx xxxxxxx 1983-cü il tarixdə, X3 isə xx xxxx 1995-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra birinci dərəcəli vərəsəsi kimi o, Ərizəçi qalmışdır. X1 ümumi sahəsi 70 kv.m, yaşayış sahəsi 45 kv.m olan fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsi qalmışdır. X3 vəfat etdikdən sonra həmin evdə o, yaşamış və həyətyanı torpaq sahəsinə o sahiblik edərək, nəzarət etmiş və vergiləri də ödəmişdir. Lakin qanunu bilməməzlikdən X3 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Belə ki, hazırda o, anasından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmədə Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi X23 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Onun atası qrafasında - X15, anası qrafasında X13 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.1995-ci ildə Quba rayonu, Cağacıq kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X15 xx.xx.1983-cü ildə Quba rayonu, Cağacıq kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 xx.xx.1995-ci ildə Quba rayonu, Cağacıq kəndində vəfat etmiş və onun vəfatından sonra Ərizəçi onun vərəsi kimi qalmışdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X10 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 15 saylı qərarına ilə, JN:080A, KOD:30324038 saylı Şəhadətnamə tərtib edilərək 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X11 məxsus olmuş JN:080A, KOD:30324038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən X12 – X4 yazılmalıdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Talabıqışlaq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 ölümündən sonrakı dövr ərzində torpaq vergisini Ərizəçi ödəmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 1519 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X2 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən onun vərəsəsi Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X18 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba rayon Talabıqışlaq kənd sovetinin 1980-1982-ci illərə aid Cağacuq kəndi üzrə 6 nömrəli təsərrüfat başına kitabda vətəndaş X15 və X8 ər və arvad olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Talabıqışlaq İƏV üzrə nümayəndəliyinin 1991-2020-ci illərə aid Cağacuq kəndi üzrə 8 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X13 551 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1994cü ildə tikilmiş ümumi sahəsi 7 kvm, o cümlədən yaşayış sahəsi 45 kvm olan yaşayış evi və şəxsi mülkiyyətində 1994-cü ildən 0.08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X15 ilə X8 nikahından Ərizəçi xx.xx.1950ci il tarixdə anadan olmuşdur. X13 xx.xx.1995-ci ildə Quba rayonu, Cağacıq kəndində və X15 xx.xx.1983-cü ildə Quba rayonu, Cağacıq kəndində vəfat etmişlər. Ərizəçi anasından JN:080A, KOD:30324038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Çağacıq kəndində yerləşən, ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X8 vəfatından sonra Ərizəçi oğlu miras qalmış Quba rayonu, Çağacıq kəndində yerləşən, ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsini idarə etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Ərizəçi anasının vəfatında sonra ondan qalmış miras əmlakı faktiki olaraq o idarə etməklə qəbul etmiş, anasından qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi miras əmlakını idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə xx.xx.1995-ci ildə vəfat etmiş ərizəçinin X3nın mülkiyyətində olan JN:080A, KOD:30324038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Çağacıq kəndində yerləşən, ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Cağacıq kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1995-ci ildə vəfat etmiş ərizəçinin X3nın mülkiyyətində olan JN:080A, KOD:30324038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Quba rayonu, Çağacıq kəndində yerləşən, ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Cağacıq kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-469/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-469/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver