Məhkəmə qərarları › İş №2(027)-47/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-47/2024

11.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-47/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH Seriyalı ******* nömrəli, 15 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli çıxarışa əsasən onlara məxus Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,680034 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh qeyd edilən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0001 KOD30311028 nömrəli Dövlət Aktına əsasən onlara və mərhum ailə üzvləri X2 Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisindən 1,60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən Dövlət Aktının 0001 nömrə ilə işarələnmiş 6800.34 m2 hissəsinə dair onlara Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH Seriyalı ******* nömrəli, 15 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd edilən çıxarışla onlara məxsus torpaq sahələrini Cavabdeh zəbt etmişdir. Belə ki, onlara məxsus torpaq sahəsinin X10 məxsus torpaq sahəsi yerləşir. Cavabdeh iddia edir ki, hazırda istifadə etdiyi torpaq sahəsini ona Mürsəl Abasov satmışdır. Lakin dəfələrlə 5 saylı Xaçmaz Ərazi İdarəsində onlara bildirilmişdir ki, cavabdeh çıxarışla onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hal-hazırda Cavabdeh onlara məxsus torpaq sahəsində meyvə ağacları əkmişdir. Onlar dəfələrlə cavabdehə onlara məxsus torpaq sahəsindən çıxmasını bildirsələr də cavabdeh buna əməl etmir öz qanunsuz hərəkətlərinə davam etdirir. Hazırda qanunla onlara məxsus olan torpaq sahəsinə kənardan baxmalı olmuşlar. Cavabdeh isə ona aid olmayan onlara məxsus torpaq sahəsindən öz sahəsi kimi istifadə edir. Bununla da onların mülkiyyət hüquqlarını pozur. Onlar cavabdehi torpaq sahələrindən çıxarda bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində yazılanalara uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0001 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X32 görünür ki, X3, Nümayəndə, X22, X4, X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 1,60 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0042 KOD 30311023 saylı Torpağa Mülkiyyət Hüququna X32 görünür ki, X12, Cavabdeh, X11, X6 və X7 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 1,60 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində mülkiyyətində olan 0,680034 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X3, Nümayəndə, X22, X4, X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında AZ-İ seriyalı, 314219 №li şəhadətnamənin surətindən görünür ki, X4 ilə X30 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və nikahdan sonra arvada «Nəzirova» soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İ seriyalı, 621324 №li şəhadətnamənin surətindən görünür ki, X13 ilə X17 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış və nikahdan sonra arvada «Şixbabayeva» soyadı verilmişdir. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli, AZ-İ seriyalı 881384 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 1025 №li arayışından görünür ki, X1 rayonu Mirzəməmmədkənd kəndində yaşamış və xx.xx.2017-ci ildə Mirzəməmmədkənd kəndində vəfat edib. Vəfat etdikdən sonra vərəsələri Nümayəndə, İddiaçı4, İddiaçı3, X8 qalmışlar. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 3-16-16/2-10/9532 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus 0,680034 ha torpaq sahəsi tam olaraq cavabdeh tərəfindən istifadə olunur (sxem və cizgilər əlavə olunub). Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı nömrəli ilə JN-0001 KOD 30311028 saylı Torpağa Mülkiyyət Hüququna X34 əsasında X3, Nümayəndə, X22, Babayeva (Nəzirova) Xoşqədəm Nadirşah qızı, Babayeva (Şixbabayeva) Xəyalə Nadişah qızının mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 1,60 hektar torpaq sahəsinin verilməsi, iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus 0,680034 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdeh qanunsuz istifadə etdiyi iddiaçılara məxsus 0,680034 ha torpaq sahəsindən çıxarılmalı və bununla da həmin iddiaçıların zəbt olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X16 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X15 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə, iddiaçıların nümayənədəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH Seriyalı ******* nömrəli, 15 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,680034 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və Cavabdeh qeyd edilən torpaq sahəsindən çıxarılmalıdır. Ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9532 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH Seriyalı ******* nömrəli, 15 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,680034 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və Cavabdeh qeyd edilən torpaq sahəsindən çıxarılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar